Aslı Ərdoğan
Aslı Ərdoğan | |
---|---|
türk. Aslı Erdoğan | |
Doğum tarixi | |
Doğum yeri | |
Vətəndaşlığı | Türkiyə |
Milliyyəti | Türk |
Təhsili | Boğaziçi Universiteti |
Fəaliyyəti | yazıçı, insan hüquqları fəalı, fizik, felyetonçu[d] |
Mükafatları | 1997 Deutsche Welle Hekayə mükafatı |
aslierdogan.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Aslı Ərdoğan (türk. Aslı Erdoğan) - Türk fizik və yazar. Türk ədəbiyyatına əsərlərini 1990-cı illərdən verməyə başlamış, dövrünün yeni yazarlarındandır və Avropa atom araşdırmaları mərkəzində xidmət edən ilk türk fizikidir. Fizika doktoranturasını yarıda buraxaraq ədəbiyyatı seçdi, hekayə yazarı kimi tanındı. Hekayələrdən roman, poetik mətn, sınaq üçün əsərlər yazdı. Çoxsaylı qazetlərdə köşe yazarı kimi işləmişdir. Bir çox yerli və beynəlxalq mükafatlara layiq görülmüş Erdoğanın əsərləri xüsusilə Avropa ölkələrində maraq görmüş çoxsaylı dillərdə tərcümə olunmuşdur.
Həyatı
[redaktə | mənbəni redaktə et]1967-ci ildə İstanbulda dünyaya gəlib İlk öncə Amerika Robert Liseyini bitirmiş ardınca Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi və Fizika bölümlərini bitirmişdir. 1991-1993-cü illərdə Cenevrədə Avropa atom araşdırmaları mərkəzində Higgs booze üzərində çalışdı.
Türkiyəyə döndükdən sonra İstanbulda Afrikalı qaçqınlarla yaşadı. Fizika doktorluğunu oxumaq üçün Rio-de-Janeyroya gedən Ərdoğan, iki il doktorluq üzrə çalışdıqdan sonra işlərini yarıda buraxaraq yazar olmağa qərar verdi iki il də Cənubi Amerika da yaşadı. 1994-cü ildə ilk Qabık Adam, 1996-cı ildə hekayə kitabı Möcüzəvi Naringini yayımlamışdır. İsveçdə böyük əks-səda oyadan Möcüzəli Naringi, Mourakabi, Joyce Carol Oates və Vaclav Havel ilə birlik də ilin kitapları arasında yer aldı. 1997-ci ildə Deutsche Wellenin keçirdiyi yarışda Taxda Quşlar hekayəsi ilə birinci yerə çıxmışdır. Hekayə doqquz dilə çevrilmişdir.
1999-2000 ci illərdə Radikal qəzetində köşe yazarlığı eledi. Köşe yazıları "Bir Delinin Güncesi" və "Yenidən" adlı kitablarında toplandı.
Kitabları
[redaktə | mənbəni redaktə et]- Qabıq adam 1994
- Möcüzələ naringi 1996
- Yenidən 2006
- Bir dəlinin güncesi 2006
- Daş bina və başqaları