Azərbaycan İslam Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan İslam Partiyası
Sədri Mövsüm Səmədov
Hacı İlham Əliyev (sədr əvəzi)[1]
Qurucu Hacı Əlikram
Lideri Mövsüm Səmədov
Quruluş tarixi 1991 (faktiki)
1992 (hüquqi)
Dağılma tarixi 1995 (hüquqi)
Bölünmə İslam Demokrat Partiyası[a] (2002)
Baş qərargah
İdeologiya İslam (Şiəlik)
Azərbaycan millətçiliyi[2]
Xristianafobiya[3]
Üzvlüyü Azərbaycançı Qüvvələr Birliyi (1999-2005)
Vətən Seçki Bloku (2013)
Mətbuat orqanı Yeni nəbz qəzeti
Saytı islaminsesi.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan İslam Partiyası və ya qısa adı ilə AİPAzərbaycanda 1991-ci ildən etibarən faktiki olaraq və 1992–1995-ci illərdə hüquqi olaraq fəaliyyət göstərən islamçı siyasi partiya.

Partiyanın 1995-ci ildən bəri qadağan olunmuşdur.

Azərbaycan İslam Partiyası 1991-ci ildə Nardaran qəsəbəsində təsis edilmiş[4] və 20 sentyabr 1992-ci ildə dövlət qeydiyyatına alınmışdır.[4][5]

1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir.[4]

1999-cu ildə Azərbaycan İslam Partiyası, Azərbaycan Sosial Demokrat PartiyasıVəhdət Partiyası Azərbaycançı Qüvvələr Birliyi adlı siyasi ittifaq təsis etmişdir. Azərbaycançı Qüvvələr Birliyinə daxil olan partiyalar 2000-ci il parlament seçkilərinin ardından 19 siyasi partiya ilə birgə seçki nəticələrinin tanınmaması ilə bağlı sənəd imzalamışdır.[6] Sonralar bu ittifaqa Birlik Partiyası və Azərbaycan Xalq Dirçəliş Partiyası da qatılmışdır.[7] Azərbaycan İslam Partiyası 2005-ci il parlament seçkilərində Azərbaycançı Qüvvələr Birliyinin əsasında Xudadat Xudiyevin rəhbərlik etdiyi Birlik Partiyası, Vəhdət PartiyasıAzər Qasımzadənin sədrlik etdiyi Azərbaycan Xalq Dirçəliş Partiyası ilə bərabər "Azərbaycançı Qüvvələr" Siyasi Partiyalar Blokunu təsis edərək vahid blok adı altında iştirak etmişdir. Blok Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 24 iyul 2005-ci il tarixli iclasında qeydiyyata alınmışdır.[8] Azərbaycançı Qüvvələr Birliyinin üzvü olan Azərbaycan Sosial Demokrat Partiyası isə seçkilərə "Yeni Siyasət" Seçki Bloku daxilində qatılmış, seçkilərdən sonra isə AQB-dən ayrılmışdır.[9] Blokun ümumilikdə 61 namizədi qeydiyyata alınmışdır.[10]

2002-ci ildə Tahir Abbaslı partiya sıralarından istefa verərək islamyönümlü İslam Demokrat Partiyasını təsis etmişdir.[11]

Partiyanın qurucularından olan Hacı Kəblağa 1998-ci ildə, partiya sədrinin müavini Hacı Vaqif Abdullayev isə 12 iyul 2012-ci ildə həbsxanada vəfat etmişdir.

2013-cü ildə partiyanın gənc fəalları Nida Vətəndaş Hərəkatını yaratmış və ictimai-siyasi fəaliyyətlə məşğul olmuşlar. Lakin 2013-cü il Azərbaycan Respublikası prezidenti seçkiləri ərəfəsində razılığa gələ bilməyən AİP və Yeni Nida Vətəndaş Hərəkatı arasında fikir ayrılığı yaranmışdır. Yeni Nida Milli Şuranı və namizədi Cəmil Həsənlini dəstəklədiyini bəyan etmişdir.[5][12][13][14] Azərbaycan İslam Partiyası isə 2013-cü ildə Ədalət Partiyası və Azərbaycan Yaşıllar Partiyası tərəfindən yaradılmış "Vətən" Siyasi Blokuna qatılmış və blokun 2013-cü il prezident seçkilərində vahid namizədi İlyas İsmayılovu dəstəkləmişdir.[15][16] Blok rəsmi olmasa da, 2015-ci il parlament seçkilərində də iştirak etmişdir.[17]

# Adı Vəzifəsi
1 Mövsüm Səmədov Sədr
2 Hacı İlham Əliyev Sədrin birinci muavini (sədr əvəzi)
3 Vüqar İbayev Sədr muavini (təşkilati məsələlər üzrə)
4 Akif Heydərli Sədr muavini (siyasi məsələlər üzrə)

Partiyanın emblemi dairəvi formada ləfzi-cəlalə kəliməsi("Allah" yazısı) həkk olunmuş dini nişandır. Bayraq isə həmin emblemin ağ parça üzərində həkk olunmuş formasıdır.

Partiya qərargahı

[redaktə | mənbəni redaktə et]

Bakı şəhəri, Hidayətzadə küçəsi, ev 51.

Partiyanın əsas-baş qərargahı 2013-cü ildən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi ev 18-də yerləşir.

AİP Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar ümumxalq yürüşündə
  1. Rəsmi dövlət qeydiyyatında olmayan siyasi partiya
  • AİP. "Keçmişdən gələcəyə" (siyasi düçüncələr, müsahibələr, xatirələr). Bakı — 2012. 188 səh. şəkilli
  1. "Elçin Manafov vəzifəsindən istefa etdi, AİP-in yeni sədri..." (az.)). islamazeri.az. 2015-08-26. 2015-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-09.
  2. "ISLAMIC PARTY OF AZERBAIJAN FOR MILITARY SOLUTION OF KARABAKH PROBLEM". 16 February 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 December 2010.
  3. Article: AZERBAIJAN: AZERBAIJAN'S ISLAMIC PARTY WANTS CHRISTIAN MISSIONARIES BANNED.(Brief Article)
  4. 1 2 3 İlkin Məmmədov. "Doktor Səmədov" (az.)). Bakı: azadliq.org. 2011-01-11. 2015-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-05.
  5. 1 2 K. Orxan. "Akif Heydərli: "İlyas İsmayılov olmasaydı AİP-i dövlət qeydiyyatına almazdılar" (MÜSAHİBƏ)" (az.)). ru.salamnews.org. 2013-09-11. 2015-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
  6. ""Azərbaycanda sağ və sol müxalifət qüvvələrinin birliyi mümkün deyil" - solçu partiyanın rəhbəri". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  7. "AİP sədri: "Azərbaycançı Qüvvələr Birliyinin bərpa olunması üçün danışıqlar aparılır"". 2023-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  8. "İyulun 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  9. "AQB Sədrlər şurası sentyabrın ikinci yarısında toplaşacaq". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  10. ""AZƏRBAYCANÇI QÜVVƏLƏR" SEÇKİ BLOKUNUN 61 NAMİZƏDİ OLACAQ". 2023-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-15.
  11. İslamçılar bir araya gəlmək istəyirlər
  12. "«Rifah»dan AİP-ə sərt ittihamlar" (az.)). jam.az. 2013-11-04. 2015-01-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
  13. "Yeni yaranan islamçı hərəkatdan İsa Qəmbərə dəstək" (az.)). virtualaz.org. 2013-06-12. 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
  14. "İslam Partiyasının seçki qərarı ortalığı qarışdırdı" (az.)). musavat.com. 2013-09-08. 2015-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-21.
  15. "Azərbaycanda iki partiya "Vətən" bloku yaratdı". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  16. "İslamçıların seçki sirri: "Hökumətin öz maraqları olub"". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.
  17. ""Vətən" bloku bütün dairələrdən namizəd irəli sürəcək - Mayis Güləliyev". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-20.