Azərbaycan Ana Torpaq Partiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan Ana Torpaq Partiyası
Sədri Rövşən Qəmbər
Quruluş tarixi 15 avqust 1992
Dağılma tarixi 18 noyabr 1995
Birləşən Müsavat Partiyası (1995)
Sələfi Quruçay Cəmiyyəti
Baş qərargah
Üzvlüyü SİDSUH (1998)
Şüar Nə qədər ki, Qarabağımız xəstədir, hamımız Qarabağlıyıq!
Parlamentdə
0 / 360

(Ali Sovet)

Azərbaycan Ana Torpaq Partiyası — 1992-ci ildə yaradılan, 1995-ci ildə Müsavat Partiyasına birləşən siyasi partiya.

Azərbaycan Ana Torpaq Partiyasının təsisçisi Müsavat Partiyasının sabiq sədri İsa Qəmbərin qardaşı Rövşən Qəmbərdir. Partiya təsisçiləri sırasında daha sonralar İxtiyar Şirinlə birgə Milli Konqres Partiyasını təsis etmiş Sircəddin Hacı, Rafiq Məmmədli, Allahverdi Orucov, kimya üzrə professor Rafiq Əliyev, gənc jurnalist Fəridə Məmmədova, professor Famil Mehdi də olmuşdur.[1]

Partiya 26 fevral 1992-ci ildə Xocalı Soyqırımına baş verməsinə cavab axtaran, ermənilərin törətdikləri cinayəti anlaya bilməyən "Quruçay" cəmiyyətinin fəallarının qurulmasəna təşəbüs etdiyi bir siyasi təşkilat kimi meydana gəlib.[2]

1992-ci ilin mart ayında partiyanın quruluşu üçün təşəbbüs başladılmışdır. 15 avqust 1992-ci ildə partiya quruluş qurultayını gerçəkləşdirmişdir və Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmışdır. Partiya qeydiyyata alınan sayca 8-ci partiya olmuşdur.

Partiya Azərbaycanda rüşvətsiz tələbə qəbulunu gerçəkləşdirmək üçün test üsulunun tətbiq olunmasını 28 may 1992-ci ildə müzakirə edərək bunun ən vacib problem sayaraq parlament sədri ilə məsləhətləşib təşəbbüs qaldıran ilk partiya olub.[3]

Partiyanın sədri Rövşən Qəmbər olmuşdur. Partiya 1995-ci ildə Müsavat Partiyasına birləşmişdir.

  1. "Arxivlənmiş surət". 2023-04-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-14.
  2. "Arxivlənmiş surət". 2011-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-15.
  3. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-15.