Düzdidil xanım

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Düzdidil xanım
türk. Düzdidil Kadın Efendi
Şəxsi məlumatlar
Doğum tarixi 1825
Doğum yeri
Vəfat tarixi 18 avqust 1845(1845-08-18)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
Atası Şıxım bəy Dişan
Həyat yoldaşı
Uşağı

Düzdidil xanım (1825, Şimali Qafqaz18 avqust 1845, İstanbul) — 31. Osmanlı padşahı Sultan Əbdülməcidin üçüncü xanımı.

Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi. Bu nigahdan ard-arda 2 qızı dünyaya gəldi: Cəmilə Sultan və Səmiyə Sultan.

Ancaq çox keçmədən İstanbulda yayılan vərəm epidemiyasına tutuldu və uzun müddət çəkən xəstəliyin ardından 1845-ci ildə vəfat etdi. Cənazəsi Yeni məsciddə dəfn edilmişdir. Ölümünün ardından həyatda qalan yeganə övladı Cəmilə Sultan Sultan Əbdülməcidin digər xanımı Rahimə Pirüstü xanım tərəfindən övladlığa götürüldü.