Diaspor (mineral)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Diaspor
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
AlO(OH)[1]
Strunz təsnifatı IV/F.04a[2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diaspor (mineral)mineral, α- AlOOH (və ya da HAlO2). Al qismən Mn3+, Fe3+, Cr ilə əvəz olunur.

Diaspor - Rombik. Habitus lövhəvari, iynəvari. İkiləşmə {061} və {021} üzrə nadir. Ayrılma {010} üzrə mükəmməl, {110}, {210} və {100} üzrə qeyri-mükəmməl. Aqreqat: yarpaqvari, gizli kristallik, stalaktitəbənzər. Rəngi ağ, bozumtul; Mn ya da Fe qatışıqları ilə - boz, yaşıl, sarı, çəhrayı, qəhvəyi, qırmızı. Parıltısı şüşəlidən, almaz parıltısı kimi. Sərtliyi 6,5-7. Xüsusi çəkisi 3,36. Boksit yataqlarında filiz əmələ gətirən diaspor mineralı, bömit, hidrargillit, kao­linit və s. ilə assosiasiyada olur. Həmçinin korund, marqarit, xloritoid və başqaları ilə bir­gə metamorfogen, hidrotermal və başqa yataqlarda. Bəzən muskovit, hematit, korund, rutil və b. ilə birgə skarn və hidrotermal yataqlaqlarda rast gəlir. Alüminiumlu mineral və süxurların (nefelinli siyenit, peqmatit, porfirit və b.) dəyişilməsindən əmələ gəlir. Kaolinit, alunit, pirofillit və korund ilə assosiasiyadır. Alüminium filizi. Növ müxtəlifliyi: manqandiaspor.  Sinonim: Kamenskit.

  • Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. rruff. International Mineralogical Association, Arizona Universiteti.
  2. Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.