Fiat M14/41
M14/41 dörd nəfərlik ekipaja malik olan İtaliya istehsalı olan orta tank. 1941-ci ildə İtaliya Kral Ordusunda xidmətə qəbul edilmişdir. Rəsmi olaraq İtaliya Kral Ordusunda Carro Armato M14/41 adı altında fəaliyyət göstərirdi. Tank ilk dəfə Şimali Afrikadakı hərbi əməliyyatlar gedişində istifadə edilmiş və çatışmazlıqları görünmüşdü. Tank 14.5 ton ağırlığında (32.000 lb), 4.915 m[1] (193.5 inç) uzunluğunda, 2.280 m [2] (89.8 inç) enində, 2.370 m[2] (93.3 inç) hündürlüyündə olmuşdur. Tank 4 ekipaj üzvündən (komandir/atıcı, radio operator/pulemyot, yükləyici, sürücü)[3] ibarət olmuşdur. Tankın ön tərəfində zirehi 30 mm (1,2 in)[1], yan tərəflərdə və arxa hissəsində 25 mm (0,98 in)[1], altında və tavan (üst) hissəsində 6–14 mm (0,24-0,55 in)[1], qüllədə 42 mm (1,7 in) təşkil etmişdir. Əsas silahı 1 ədəd 47 mm-lik “cannone da 47/32” markalı 87 atışlıq top[4], köməkçi silahı isə 4×8 mm “Breda mod 38” markalı 2664 atışlıq pulemyot olmuşdur[4] (1 ədəd cütləşdirilmiş, 1 ədəd AA, 2 ədəd gövdədə). SPA 8 TB M41 11,140 cc V8 dizel mühərriki ilə təchiz olunmuş tank 145 at gücünə (108 kW) malik olmuşdur[5]. Güc/çəki nisbəti isə at 1,900 olmuşdur[5]. Asqı sistemi yarım elliptik yarpaq formalı yay olmuşdur. Yerdən hündürlüyü 41 sm (16 inç)[1], əməliyyat mənzili 200 km (120 mil), sürəti düz yolda 33 km/saat (21 mil)[5] olmuşdur.
Keçmişi
[redaktə | mənbəni redaktə et]İnkişaf
[redaktə | mənbəni redaktə et]M14/41, daha gücləndirilmiş dizel mühərriki ilə özündən əvvəlki M13/40 modelinin bir az təkmilləşdirilmiş versiyası idi. Nümayiş etdiriləndən sonra köhnə sayıldığı üçün məhdud sayda istehsal edilmişdir. M14/41, M13/40 ilə eyni şassini istifadə etmişdir, ancaq daha yaxşı düzəldilmiş olan gövdəyə sahib idi. M14/41, 1941 və 1942-ci illərdə istehsal edilmişdir. İstehsalı bitəndə təxmini olaraq 800 ədəd istehsal edilmişdi.
Döyüşdə
[redaktə | mənbəni redaktə et]Tank ilk dəfə qüsurlarının sürətlə göründüyü Şimali Afrikadakı hərbi əməliyyatlar zamanı istifadə edilmişdir. Tank etibarsız və dar idi. Vurulan zaman çox qısa bir müddət ərzində yanmağa başlayırdı. İtalyanların Şimali Afrika cəbhəsindən geri çəkilməsindən sonra, bu tanklara çox nadir hallarda rast gəlinirdi. Ancaq bir çox ələ keçirilmiş tank 1941-ci ildə vurulmuş olan müttəfiq qüvvələrinin tanklarının boşluğunu doldurmaq üçün Böyük Britaniya və Avstraliya hərbi qüvvələri tərəfindən uzun bir müddət ərzində istifadə edilmişdir.
Versiyaları
[redaktə | mənbəni redaktə et]M14/41 şassisi, döyüşlərdə daha çox qabiliyyətli olan Semovente da 90/53 tank qatili üçün baza rolunu oynamışdır.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 Falessi and Pafi, 1976. səh. 67
- ↑ 1 2 Cappellano and Battistelli, 2012. səh. 46
- ↑ David, B. "Carro Armato M14/41". tanks-encyclopedia.com. 9 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 August 2017.
- ↑ 1 2 Pignato, 2004. səh. 41
- ↑ 1 2 3 Falessi and Pafi, 1976. səh. 74