Gülcamal Qadınəfəndi
Gülcamal Qadınəfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1826 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 1851 |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Dəfn yeri | |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Gülcamal Qadınəfəndi (Osmanlı türkcəsi: سمايلي جنتلمان) (1826, Albaniya – 15 dekabr 1851, İstanbul) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 35-ci Osmanlı sultanı V Mehmed Rəşadın anası.
Həyatı
[redaktə | mənbəni redaktə et]Gülcamal Qadınəfəndi 1826-cı ildə Bosniya əyalətində dünyaya gəlmişdir. Əsl adı bilinmir. Kiçik yaşlarında bacısı Bimisal xanımla birlikdə Osmanlı sarayına alınmış, 1840-cı ildə isə Topqapı sarayında Sultan Əbdülməcidlə evlənmişdir. Bu nikahdan 5 övladı olsa da, bunlardan ikisi ölü doğulmuşdur. Gənc yaşında vəfat etdiyi üçün həyatda qalan üç övladı Sultan Əbdülməcidin digər xanımı Sərvətsəza xanımın himayəsində böyümüşdür. Belə ki, Gülcamal xanım 1851-ci ildə uzun müddətdir əziyyət çəkdiyi vərəm xəstəliyindən vəfat etdi. Cənazəsi Yeni məsciddə Validə Turhan Sultan türbəsinə dəfn olunmuşdur.
Yeganə oğlu Mehmed Rəşad Əfəndi isə onun ölümündən 58 il sonra taxta çıxmışdır. Qardaşı oğlu olan Sabit bəy Sultan Rəşadın yavərlərindən idi.[1]
Övladları
[redaktə | mənbəni redaktə et]- Fatma Sultan (d. 1 noyabr 1840 — ö. 29 avqust 1884)
- Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880)
- Xədicə Sultan (d. 1842) — Ölü doğulub.
- Mehmed Rəşad Əfəndi (d. 2 noyabr 1844 — ö. 3 iyul 1918)
- Ruqiyə Sultan (d. 1850) — Ölü doğulub.
Mənbə
[redaktə | mənbəni redaktə et]- https://books.google.com.pk/books?id=4ddqaCdZdZ0C
- http://www.kultur.gov.tr/EN/BelgeGoster.aspx?17A16AE30572D313A79D6F5E6C1B43FF181C1E909B6AD5ED
- Açba, Harun (2007). "Bölüm 2: Sultan I. Abdülhamid Han Ailesi". Kadınefendiler: Son Dönem Osmanlı Padişah Eşleri (in Turkish)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Açba, Harun. Kadın efendiler: 1839–1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1