Rəfiyə Sultan (Sultan Əbdülməcidin qızı)
Rəfiyə Sultan | |
---|---|
رفه سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (37 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | I Əbdülməcid |
Anası | Gülcamal Qadınəfəndi |
Həyat yoldaşı | Əthəm Mahmud Paşa |
Ailəsi | Osmanlı xanədanı |
Rəfiyə Sultan (d. 7 fevral 1842 — ö. 4 yanvar 1880) — 31. Osmanlı padşahı Əbdülməcidin qızıdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Rəfiyə Sultan 1842-ci ildə Beşiktaşdakı sarayda dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal xanımdır. 1851-ci ildə anasının vəfatının ardından atasının digər xanımı Sərvətsəza xanımın himayəsinə verildi. Sarayda mükəmməl təhsil aldı. Kamança və piano dərsləri ilə yanaşı, ərəb və fransız dilləri üzrə də dərslər aldı. 1854-cü ildə Rəfiyə Sultan bibisi Adilə Sultanın ögey oğlu Əthəm Mahmud Paşa ilə nişanlandı. Toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi.
Ancaq Rəfiyə Sultanın yumurtalıqlarında şiş var idi və bir neçə dəfə əməliyyat olunmuşdu. Bu əməliyyatların birində 1880-ci ildə vəfat etdi və Yeni məsciddə dəfn olundu.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. baskı, s. 447–50