Harri Potter və Simurq Ordeni (roman)
Bu məqalə "Harri Potter və Simurq Ordeni" romanı haqqındadır. Eyniadlı film haqqında məqalə üçün Harri Potter və Simurq Ordeni (film, 2007) səhifəsinə baxın. |
Harri Potter və Simurq ordeni | |
---|---|
Harry Potter and the Order of the Phoenix | |
Müəllif | Coan Roulinq |
Janr | Roman |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 21 iyun, 2003 |
Tərcüməçi | Nərmin İskəndər |
Rəssam |
Jeyson Kokroft (BB) Meri QrandPri (ABŞ) |
Seriya | Harri Potter (romanlar seriyası) |
Nəşriyyat |
Bloomsbury Scholastic Raincoast Росмэн-Издат Qanun |
Səhifə |
766 (BB) 870 (ABŞ) 826 (Rusiya) 792 (Azərbaycan) |
Əvvəlki | Harri Potter və Alov Qədəhi |
Sonrakı | Harri Potter və Yarımqan Prins |
ISBN | ISBN 978-9952-36-418-7 |
Harri Potter və Simurq Ordeni (ing. Harry Potter and the Order of the Phoenix) — Coan Roulinq tərəfindən yazılmış Harri Potter romanlar seriyasından olan beşinci romandır. Kitabda gənc sehrbaz Harri Potterin Sehrbazlıq və Cadugərlik məktəbi Hoqvartsda beşinci ili və gizli Simurq Ordeninin fəlaiyyətindən bəhs olunur. Roman ilk dəfə 21 iyun 2003-cü ildə Bloomsbury nəşriyyatı tərəfindən Birləşmiş Krallıqda, Scholastic nəşriyyatı tərəfindən ABŞ-də, Raincoast nəşriyyatı tərəfindən Kanadada nəşr edilmişdir. Kitab satışa çıxarıldıqdan sonra 24 saat ərzində 5 milyon nüsxə satılmışdır.[1] Harri Potter və Simurq Ordeni Harri Potter romanlar seriyasına daxil olan ən böyük həcmli romandır. Roman Azərbaycan dilində 2017-ci ildə Qanun nəşriyyatı tərəfindən çap edilmişdir.[2]
Harri Potter və Simurq Ordeni bir neçə mükafata layiq görülmüş, həmçinin ABŞ Kitabxanalar Assosasiyası tərəfindən 2003-cü ilin Ən yaxşı yeniyetmə kitabı adlandırılmışdır. Romanın film uyğunlaşdırması 2007-ci ildə çıxarılmışdır. Electronic Arts tərəfindən roman əsasında oyun çıxarılmışdır.
Məzmunu
[redaktə | mənbəni redaktə et]Yay tətilini xalası Petuniya və onun həyat yoldaşı Vernonun yanında keçirən Harri və xalası oğlu Dadli Dementorların hücumuna məruz qalır. Özünü və xalası oğlunu müdafiə etmək üçün sehrdən istifadə edən Harri Hoqvartsdan uzaqlaşdırılır, lakin, sonradan bu qərar dəyişidirilir və Harrinin dinlənməsi keçirilənə kimi təxirə salınır. “Qəddar göz” Qryum, Professor Lüpin, Nimfadora Tonks, Kinqsli Şeklbolt və digər cadugərlər Harrini Qrimmold meydanı 12 ünvanında yerləşən Sirius Blekin uşaqlıq evinə gətirirlər. Həmin ev indi Xanım və cənab Uizlilərin, həmçinin Siriusun özünün də üzvü olduğu Simurq Ordeninin qərargahı kimi istifadə olunur. Ron Uizli və Hermiona Qreyncer Harriyə izah edirlər ki, Simurq Ordeni Hoqvarts direktoru Albus Dambldor tərəfindən yaradılmış, Lord Voldemort və Ölüm yeyənlərə qarşı mübarizə aparan gizli təşkilatdır. Uşaqlar Orden üzvlərindən öyrənirlər ki, Lord Voldemort məğlub edilməsindən əvvəl onda olmamış və ehtimal ki, silah olan bir əşyanı axtarır. Harri öyrənir ki, Sehr Naziri Kornelius Fadc Lord Voldemortun qayıtmasını etiraf etmir, bu xəbərin cadugərlər arasında xaosa səbəb olacağından çəkinir və Dambldorun onun vəzifəsini əlindən alma ehtimalından qorxur.
Hoqvartsa qayıtdıqdan sonra Harri öyrənir ki, Sehr Nazirinin yaxın köməkçisi olan Dolores Ambric yeni Qara qüvvələrdən müdafiə müəllimi olacaq. Dolores də Fadc kimi Voldemortun qayıtmasını dandığına görə Harri ilə onların arasında qarşıdurma yaranır. Harrini cəzalandıran Ambric sehrli lələk ilə ona kağızda “Mən yalan deməməliyəm” sözləri yazmağı tapşırır. Harrinin kağızda yazdığı hər kəlmə onun əlinin üstündə cızılır və dərin yara yaradır. Dolores həm də uşaqlara müdafiə praktikası keçmir, buna görə də Ron və Hermiona Harrinin başçılığı ilə özləri müdafiə öyrənməyə başlayırlar. Harrinin məşğələlərinə Qriffindor, Ravenklav və Puffenduydan çoxlu tələbə gəlir ki, sonradan onları Dambldorun ordusu kimi tanınırlar.
Rubeus Haqrid keçən tədris ilində Dambldorun göstərişi ilə getdiyi səfərdən hələ də qayıtmayıb. Haqridin qayıtmasından sonra gənclər öyrənirlər ki, onun əsas missiyası nəəhəngləri Lord Voldemorta qoşulmağa qoymamaq olsa da, Haqrid demək olar ki, uğursuzluqla üzləşir. Professor Ambric getdikcə Hoqvartsda daha çox hökmə malik olur, bir müddət sonra Sehr Nazirliyinin göstərişi ilə məktəbdə həmm də təftişçi təyin edilən Ambric bütün professorları, xüsusilə Haqridi yoxlamağa başlayır.
Bir gecə Harri yuxuda ilan Nagininin gözləri ilə görür ki, Voldemort Ronun atası Artur Uizliyə hücum edir. O, cəld bu haqqda Professor MakQonoqal və Dambldoru məlumatlandırır və Artur Uizli xilas edilir. Harrinin zehninin Voldemortun hücumundan qorunması üçün Dambldor Professor Sneypə Okklumenasiya dərsləri keçməyi tapşırır.
Uzaqgörmə dərsləri keçən Proffesor Triloninin dərsində yoxlama keçirə Ambric onu işdən və Hoqvartsdan qovur. Lakin, Dambldor yaşamağa yeri olmayan Trilonini Hoqvartsda saxlayır, Doloresin yarım-insanlara qarşı olmasına baxmayaraq, kentavr Frienzeni isə onun yerinə işə götürür. Tezliklə Ambric uşaqların məktəb ərazisində gizlincə məşq etmələrindən xəbər tutur və Nazirliyə məlumat ötürərək Dambldorun özü üçün ordu yığdığını deyir. Bundan sonra həbs edilməsinə qərar verilən Dambldor Hoqvartsdan qaçaraq gizlənməyə məcbur olur.
Okklumensiya dərsi zamanı Sneyp bir neçə dəqiqəlik Harrini otaqda tək qoyur. Bu zaman Yaddaş girdabına baxan Harri Sneypin məktəb illəri ilə bağlı xatirələrini görür. Atası Ceyms Potter və Siriusun zəif Sneypi məzhəkəyə qoymasını görən Harri təəccüblənir. Harrinin xatirələr arasında eşələndiyini görən Sneyp onu otaqdan qovur və dərsləri dayandırır.
Ambric tərəfindən işdən çıxarılacaq növbəti müəllim olacağından ehtiyatlanan Haqrid, Harri, Ron və Hermionanı nəhəəng qardaşı ilə tanış edir. O, danışır ki, səfərdən qayıdarkən qardaşını özü illə gətirmiş və Qadağan olunmuş meşədə gizlətmişdir. Haqrid bildirir ki,, qardaşına ingilis dili və mədəniyyət öyrədərək onu cəmiyyətə çıxarmaq istəyir. Haqrid uşaqlardan xahiş edir ki, məktəbdən qovulacağı təqdirdə onun qardaşından muğayat olsunlar. Bir neçə gün sonra, gecə vaxtı Ambric bir dəstə sehrbazla birlikdə Haqridin daxmasına hücum edir. Haqridin köməyinə gələn Professor MakQonoqal ağır yaralanır və Müqəddəs Munqo xəstəxanasına göndərilir.
Yay buraxılış imtahanlarının son günündə Harri, Siriusun Sehr Nazirliyinin Sirlər bölməsində ələ keçirildiyini və əziyyət verildiyini görür. Siriusun yerini dəqiqləşdirmək üçün Harri gizlində Ambricin otağına girərək ordakı divar sobası vasitəsiylə Simurq ordeninin qərərgahı ilə əlaqə yaradır. Bleklərin ev elfi Kriçer Siriusun evdə olmadığını deyir. Artur Uizlinin məsələsində olduğu kimi bu dəfə də gördüklərinin gerçək olduğunu başa düşən Harri Orden üzvlərinə xəbər verməyə çalışır. Hoqvartsda qalmış yeganə Orden üzvü Sneyp olduğuna görə Harri məlumatı ona ötürməyə çalışır.
Otağında Harrini tutan Ambric onu danışmağa məcbur etmək üçün qadağan edilmiş Krusiatus tilsimini istifadə etmək istəyir. O, həm də Dementorları Harrinin üstünə göndərdiyini etiraf edir. Hermiona Dambldorun göstərişi ilə gizli silah hazırladıqlarını və Qadağan olunmuş meşədə gizlətdiklərini deməklə Doloresin fikrini Harridən yayındırır. Harri, Hermiona və Dolores birlikdə meşəyə gəlirlər və burada kentavrlarla qarşılaşırlar. Özlərinə qarşı təhqiramiz münasibətə dözməyən məğrur kentavrlar Doloresi əsir alırlar.
Luna, Ron, Cinni və Nevill meşədə onların yanına gəlirlər. Gənclər Siriusu tapmaq və xilas etmək üçün festrallara minərək Sehr Nazirliyinə yola düşürlər. Sirlər bölməsində Harri başa düşür ki, Lord Voldemortun əsas məqsədi Harrini ələ keçirmək imiş. Buna görə də, o, Harriyə yalan görmələr göndərərək buraya gəlməsini təmin etmişdir. Sirlər bölməsində Harri və Lord Voldemorta aid peyğəmbərlik saxlanır və Voldemort orda nədən bəhs edildiyini öyrənmək istəyir. Peyğəmbərliyi bölmədən yalnız orda haqqında bəhs edilən adamlar götürə bilər. Lord Voldemort nazirliyə gələrək özünü ələ vermək istəmədiyinə görə Harrini bura gəlməyə məcbur edir. Harri peyğəmbərlik şarını götürdükdən sonra onu ələ keçirmək üçün Lusius Malfoyun rəhbərlik etdiyi bir neçə Ölüm yeyən Sirlər bölməsində peyda olur. Onalarla qeyri-bərabər döyüşdə Hermiona, Ron və Nevill yaralanır. Lakin, qısa müddət sonra Sirius gənclərin köməyinə gəlir. Döyüş zamanı Bellatriks Lestreync Siriusu öldürür. Daha sonra Albus Dambldor döyüş meydanında peyda olur və onu görən Ölüm yeyənlər dağılışırlar. Peyğəmbərliyi ələ keçirmək üçün son şansından istifadə etməyə məcbur olan Lor Voldemort özü nəhayət ki, Sehr Nazirliyinə gəlir. Burada Voldemort və Dambldor arasında döyüş baş verir. Tezliklə Nazirliyə gəlmiş Qaranlıqla mübarizə aparan cadugərlər Lord Voldemortun qayıtdığına şahid olurlar. Peyğəmbərlik şarının məhv edilməsini öyrənən Lord Voldemort Bellatrisi də götürərək yoxa çıxır.
Hoqvartsa qayıtdıqdan sonra Dambldor Harriyə peyğəmbərliyin məğzini izah edir: Harri doğulmamışdan əvvəl Professor Triloni xəbər verir ki, Qaban başı pivəxanasında görüş zamanı Dambldora deyir ki, “Lord Voldemort ona iki dəfə qarşı çıxmış insanların ailəsində doğulmuş və özü tərəfindən bərbər tutularaq işarələnmiş uşaq tərəfindən məğlub edilə bilər.” Harri xaç atasını itirdiyinə görə çox kədərlənir.
Nəşri və qəbulu
[redaktə | mənbəni redaktə et]Dördüncü kitabın çıxarılmasından sonra Potter fanatları sevimli qəhrəmanlarının yeni macəralarını öyrənmək üçün üç il gözləməli olmuşdular.[3][4] Beşinci kitabın çıxarılmasına kimi əvvəlki dörd roman 200 ölkədə 55 dilə tərcümə olunmuş və 200 milyon nüsxədən çox satılmışdı.[5] Seriya beynəlxalq fenomenə çevrildiyinə görə beşinci roman həm də əvvəlcədən sifariş üçün yüksək nəticə göstərmişdir.[5] Yüksək təhlükəsizlik tədbirlərinə baxmayaraq, 15 iyun 2003-cü ildə kitabın satışa aparılan minlərlə nüsxəsi Örlstaun, Mersisaydda oğurlanmışdır.[6]
Tənqidçilərin mövqeyi
[redaktə | mənbəni redaktə et]Harri Potter və Simurq ordeni tənqidçilər tərəfindən müsbət qarşılanmış və müxtəlif mükafatlara layiq görülmüşdür. Kitab, ABŞ Kitabxana Assosasiyası tərəfindən 2004-cü ildə Ən yaxşı yeniyetmə kitabı və Əlamətdar Kitab mükafatlarına layiq görülmüşdür.[7][8] Kitab həm də Oppenheim Toy Portfolio 2004 Qızıl medalına layiq görülmüşdür.[9]
“USA Today” yazarı Deydra Donahyu Roulinqin fantaziyasını yüksək qiymətləndirir.[10] Əsas tənqidlər isə romanda yer almış şiddət səhnələri və bütüm kitab zamanı üzə çıxan əxlaq problemləri ilə bağlıdır.[11]
“The New York Times” yazarı Con Leonard əsəri qiymətləndirərək qeyd edir ki, “Simurq Ordeni yavaş başlayır, sürət toplayır, irəliləyir və qəzəblə yekunlaşır...Harri böyüdükcə, Roulinq mükəmməlləşir.”[12] Lakin, o həm də “bir sözlü Drako Malfoy” və təxmin edilə bilən Lord Voldemortu tənqid edir.[12]
Sələfləri və xələfləri
[redaktə | mənbəni redaktə et]Harri Potter və Simurq ordeni Harri Potter romanlar seriyasına daxil olan beşinci kitabdır.[3] Seriyaya aid olan ilk kitab Harri Potter və Fəlsəfə Daşı Bloomsbury nəşriyyatı tərəfindən 1997-ci ildə 500 nüsxə ilə nəşr edilmiş, onlardan 300-ü kitabxanalara paylanmışdır. 1997-ci ilin sonunda kitabın BK nəşri Milli Kitab Mükafatına və Nestle Ağıllı Kitab mükafatının 9-11 yaşlılar kateqoriyasında qızıl mükafatına layiq görülmüşdür.[13][14][15] İkinci kitab olan Harri Potter və Sirlər Otağı BK-da 2 iyul 1998-ci ildə nəşr edilmişdir. Üçüncü kitab Harri Potter və Azkaban Məhbusu BK-da 8 iyul 1999-cu ildə, ABŞ-də isə 8 sentyabr 1999-cu ildə yayımlanmışdır.[14][15] Seriyanın dördüncü kitabı olan Harri Potter və Alov Qədəhi həm ABŞ, həm də BK-da 8 iyul 2000-ci ildə yayımlanmışdır.[16] Harri Potter və Simurq Ordeni seriyaya daxil olan ən uzun həcmli kitabdır. Roman əsasında çəkilmiş film isə 2 saat 18 dəqiqə davam etməklə ikinci ən qısa filmdir.[17]
Simurq Ordeninin nəşr edilməsindən sonra seriyanın davamı olan altıncı kitab – Harri Potter və Mələz Şahzadə 16 iyul 2005-ci ildə nəşr edilmiş və ilk 24 saat ərzində bütün dünyada 9 milyon nüsxə ilə satılmışdır.[1][18] Seriyanın yeddinci və sonuncu kitabı olan Harri Potter və Ölüm Hədiyyələri 21 iyul 2007-ci ildə nəşr edilmişdir.[19] Kitab BK-da 2.7 milyon, ABŞ-də isə 8.3 milyon nüsxə ilə satışa çıxarılmış və ilk 24 saat ərzində 11 milyon nüsxə ilə satılmışdır.[18]
Uyğunlaşdırmalar
[redaktə | mənbəni redaktə et]Film
[redaktə | mənbəni redaktə et]2007-ci ildə Maykl Qoldenberqin ssenarisi əsasında Devid Yeytsin rejissorluğu ilə çəkilmiş “Harri Potter və Simurq Ordeni” filmi çıxarılmışdır. Filmin prodüserliyini Devid Heymana məxsus Heyday Films və Devid Barron həyata keçirmişdir. Film, təxminən $150–200 milyon büdcəyə malik olmuşdur.[20][21] Bütün zamanların on birinci ən çox gəlir gətirən filmi olmuş “Simurq Ordeni” həm tənqidçilər həm də izləyicilər tərəfindən müsbət qarşılanmışdır.[22] İlk beş günündə $333 milyon gəlir gətirən film, nəticədə $938.4 milyon gəlirlə yalnız “Karib dənizinin quldurları: Dünyanın sonunda” filminin nəticələrindən geri qalaraq, 2007-ci ilin ikinci ən çox gəlir gətirmiş filmi olmuşdur.[23][24]
Videooyun
[redaktə | mənbəni redaktə et]Kitab və filmin videooyun versiyası Microsoft Windows, PS2, PS3, Xbox 360, PSP, Nintendo DS, Wii, Game Boy Advance və Mac OS X platformaları üçün hazırlanmışdır.[25] Oyun ABŞ-də 25 iyun 2007-ci ildə, Avstraliyada 28 iyun 2007-ci ildə, BK və Avropa üçün 29 iyun 2007-ci ildə PlayStation 3, PSP, PlayStation 2, Windows üçün, 3 iyul 2007-ci ildə isə digər platformalar üçün çıxarılmışdır.[26] Oyunlar “Electronic Arts” tərəfindən nəşr edilmişdir.[27]
Kitab həm də 2011-ci ildə çıxarılmış “Lego Harry Potter: Years 5–7” oyununda təsvir edilmişdir.
Tərcümələr
[redaktə | mənbəni redaktə et]Romanın ilk xarici dildə tərcüməsi 21 iyul 2003-cü ildə Vyetnam dilində nəşr edilmişdir. 2003-cü ilin sentyabrında romanın ilk Avropa tərcüməsi rəsmi naşir “Narodna Knjiga” tərəfindən serb dilində Serbiya və Monteneqroda nəşr edilmişdir. Digər dillərdə tərcümələr sonradan nəşr olunmuşdur (2003-cü ilin noyabrında holland və alman dillərində tərcümələr yayımlanmışdır). Romanın ingilis dilli nəşri Fransada best-seller siyahısına daxil olmuş, Almaniya və Niderlandda isə qeyri-rəsmi distribyutorlar tərəfindən qeyri-rəsmi onlayn satışa çıxarılmışdır.[28]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "July date for Harry Potter book". BBC News. 21 dekabr 2004. 29 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "HARRİ POTTER VƏ SİMURQ ORDENİ – C.K.Roulinq". qanun.az. İstifadə tarixi: 28 iyul 2018.[ölü keçid]
- ↑ 1 2 Ross, Shmuel; Mark Zurlo. "Harry Potter Timeline: 2000 to the Present". Pearson Education, publishing as Infoplease. 2000–2009. 24 dekabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Harry Potter Books". MuggleNet.com. 1999–2009. 6 iyun 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ 1 2 "Potter-mania sweeps bookstores". CNN. 30 iyun 2003. 24 iyul 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Thousands of Potter books stolen". BBC News. 17 iyun 2003. 18 avqust 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Best Books for Young Adults Annotated List 2004". American Library Association. 2004. 14 April 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "2004 Notable Children's Books". American Library Association. 2009. 5 September 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Levine, Arthur. "Awards". Arthur A. Levine Books. 2001–2005. 29 aprel 2006 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Donahue, Deirdre. "Rich characters, magical prose elevate 'Phoenix'". USA Today. 25 iyun 2003. 1 iyun 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Smithouser, Julie. "Harry Potter and the Order of the Phoenix". Focus on the Family. 2009. 8 May 2006 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ 1 2 Leonard, John. "Nobody Expects the Inquisition". The New York Times. 13 iyul 2003. 9 iyun 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Knapp, N.F. "In Defense of Harry Potter: An Apologia" (PDF). School Libraries Worldwide. International Association of School Librarianship. 9 (1). 2003: 78–91. 9 mart 2011 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ 1 2 "A Potter timeline for muggles". Toronto Star. 14 July 2007. 20 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28.
- ↑ 1 2 "Harry Potter: Meet J.K. Rowling". Scholastic Inc. 4 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Speed-reading after lights out". The Guardian. London. 19 iyul 2000. 31 dekabr 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Elisco, Lester. "The Phenomenon of Harry Potter". TomFolio.com. 2000–2009. 12 aprel 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ 1 2 "Harry Potter finale sales hit 11 m". BBC News. 23 iyul 2007. 25 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Rowling unveils last Potter date". BBC News. 1 fevral 2007. 28 dekabr 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Cornwell, Tim. "Oscars signal boom (except for Scots)". The Scotsman. UK. 24 January 2007. 9 January 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ Haun, Harry. "Harry the Fifth". Film Journal International. 20 iyun 2007. 4 avqust 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Harry Potter and the Order of the Phoenix (2007)". Box Office Mojo. 1 fevral 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Worldwide Openings". Box Office Mojo. 23 iyun 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "2007 Worldwide Grosses". Box Office Mojo. 6 mart 2008. 8 may 2013 tarixində arxivləşdirilib.
- ↑ "Harry Potter and the Order of the Phoenix: The Videogame". Electronic Arts Inc. 2007. 19 yanvar 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Harry Potter: Phoenix". CBS Interactive Inc. 2009. 11 iyun 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Harry Potter and the Half Blood Prince: The Video Game". Electronic Arts Inc. 2009. 18 may 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
- ↑ "Harry auf Deutsch: Projekt-Übersicht der Harry Potter Übersetzung (en)". 25 aprel 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyul 2018.
Harri Potter portalı Ədəbiyyat portalı Fentezi portalı |