III Vaçaqan

Vikipediya, azad ensiklopediya
(III Mömin Vaçaqan səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
III Mömin Vaçaqan
bayraq
Qafqaz Albaniyasının IX çarı (Arşakilər)
487 – 510
ƏvvəlkiII Vaçe (müstəqil Albaniya çarı kimi)
I Varsken (Sasani mərzbanı kimi)
SonrakıSasani mərzbanı
Varaz Qriqor (müstəqil Albaniya çarı kimi)
Şəxsi məlumatlar
Vəfat tarixi 510
Dəfn yeri
Fəaliyyəti Kral
Atası Yesuagen
Anası II Yezdəgirdin bacısı
Uşaqları Pantaleon
Xançik
Ailəsi Arsax krallığı[d]
Dini Alban Həvari Kilsəsi

III Mömin Vaçaqan (487-510) – Qafqaz Albaniyasının Arşakilər sülaləsindən sonuncu hökmdarı.

464-484-cü illərdə Cənubi Qafqazda Sasanilərə qarşı yenidən üsyanlar başlanmışdı. Bu hərəkat nəticəsində 485-ci ildə əldə olunmuş Nvarsaq sülhünə görə Albaniyada müstəqillik və xristianlıq bərpa edilir. Dövlətin yeni hökmdarı 487-ci ildə III Vaçaqan olur. Onun hakimiyyət illəri Albaniyanın yüksəlişi dövrüdür. Ölkə təsərrüfatı dirçəldilir, ticarət əlaqələri genişlənir, əkinçilik, hevandarlıq və sənətkarlıq durmadan inkişaf edirdi. Albaniyada feodal şəhərləri təşəkkül tapır. Bunlar Bərdə, Dərbənd, Şamaxı, Qəbələ, Beyləqan, Şabran, XalxalŞəki idi. Şəhərlərdə iri bazarlar mövcud olmuşdur. Sənətkar və tacirlərin öz ittifaqları yaranırdı. Ölkə Çin, Hindistan, Misir, Suriya, Şərqi Avropa, Kiçik Asiya, Şimali Qafqazİran körfəzinin bir çox dövlətləri ilə birbaşa ticarət əlaqələri yaratmışdır. 488-ci ildə III Vaçaqan Aquanda qurultay çağıraraq yeni qanunlar qəbul etdi. Tarixdə Aquan qanunları kimi tanınan bu islahatlar Albaniyada mərkəzi hakimiyyətin gücləndirilməsinə və xristianlığın mövqelərinin möhkəmlənməsinə yönəldilmişdir. Bu qanunlara əsasən kilsəyə böyük səlahiyyətlər verilmiş və hətta məhkəmə işləri də onun ixtiyarına keçmişdir. Artıq I-III yüzillikdən Azərbaycana müxtəlif türk tayfaları daxil olmağa və burada məskunlaşmağa başlayırlar. Ölkə ərazisinə onlar bir neçə itsiqəmtdən – şimaldan Dərbənd və Dəryal keçidlərindən, cənubdan İran ərazisindən, qərbdən isə Bizans imperiyasının torpaqlarından keçərək daxil olurdular. I-VI yüzilliklərdə ölkə ərazisində hun, onoqur, sabir, bulqar, xəzər və digər türkdilli xalqların nümayəndələri məskunlaşmışdır.

Quruculuq işləri

[redaktə | mənbəni redaktə et]
Vaçaqan tərəfindən bərpa edilmiş Amaras monastırı

Musa Kalankatlı Alban ölkəsinin tarixi adlı əsərində yazır:

" Albaniyada Cəsur Vaçaqandan Mömin Vaçaqana kimi yuxarıda adlarını sadaladığımız on çar olmuşdur. Onlardan yalnız Mömin Vaçaqan şərq ölkəsində ilin günlərinin sayı qədər kilsələr inşa etdirmişdir.[1] "

Mömin Vaçaqanla əlaqələndirilən abidələr bunlardır:

III Vaçaqanın vəfatından sonra Alban çarlığı

[redaktə | mənbəni redaktə et]

510-cu ildə III Vaçaqanın vəfatından sonra Alban çarlığı yenidən Sasanilərə tabe etdirilərək mərzabanlığa çevrildi. Sasani imperiyasında Azərbaycanın həm cənub, həm də şimal hissələri xüsusi əhəmiyyət kəsb edirdilər. Zəngin torpaqlara və böyük əhaliyə malik olan bu ölkədə əkinçilik, heyvandarlıq və sənətkarlıq yüksək inkişaf etmiş, iri və dövlətli şəhərlər mövcud olmuşdur. Ölkə təsərrüfat baxımından böyük məna kəsb etməklə yanaşı, həm də mühüm hərbi-strateji əhəmiyyətə malik idi. Çünki o Sasani imperiyasının hüdudlarını şimal və qərbdən qoruyurdu. 603-628-ci illərdə Azərbaycan, İran və Bizans arasındakı ardı-arası kəsilməyən müharibələr meydanına çevrildi. Bu müharibə və qarətlər nəticəsində acınacaqlı vəziyyətə düşmüş yerli əhali 603-ci ildə üsyan etdi. Üsyanın başında alban katalikosu Viro dururdu. Şahinşah II Xosrov (590-628) albanların üsyanının susduraraq Vironu həbs edib sürgünə göndərmişdir. Bu ərəfədə Sasanilərin təzyiqi ilə Albaniya mərkəzi hökuməti ləğv edilmişdir. Ona görə də ölkədə kilsənin nüfuzu güclənmiş, onun başçısı Viro isə demək olar ki, dövlətin rəhbəri vəzifəsini yerinə yetirirdi. Bu hadisələrdən bir qədər sonra Bizans imperatoru İrakli (610-641) Azərbaycana yürüş edərək Naxçıvan və Qazaka (indiki Taxtı Süleyman) şəhərlərini ələ keçirir. Eyni zamanda şimaldan ölkəyə Bizansın müttəfiqi olan xəzər tayfaları hücum etdilər. Demək olar ki, Azərbaycanın bütün şimal əyalətləri onların hücumuna məruz qaldı. BərdəDərbənd şəhərləri kimi strateji mərkəzlər onlara tabe edildi. İran hökmdarı II Kavadın dövründə (629-630) Viro 25 il davam edən sürgündən geri qaytarılır (628-ci il). Vətənə qayıdan alban katalikosu ölkənin talan və qarətdən xilas etmək məqsədilə bir sıra tədbirlərə əl atır. Hələ 603-cü ildə Azərbaycanın şimal hissəsində Girdiman əyalətində Mehranilər sülaləsinin banisi Mehran hakimiyyətə gəlmişdir.

Movses Kalankatlının məlumatına əsasən III Vaçaqanın iki övladı olmuşdur:

  • Pantaleon :

Allahsevən və mömin çar Vaçaqanın oğul–uşağı olmadığı üçün o, rahiblərlə birlikdə ibadət edir Allaha yalvarırdı ki, ona oğul bəxş etsin. Və insanları sevən, bərəkət verən Allah çarın dualarına cavab verərək ona bir oğul bəxş etdi. Müqəddəs şəhidlərin havadarlığı ilə o, Allahın ona göndərdiyi hədiyyəni qəbul etdi. Çar oğlunun adını müqəddəs Pantaleonun, İsanın əsgəri və şəhidi naminə Pantaleon qoydu və əmr etdi ki, onu Allaha itaətdə tərbiyə etsinlər və o, həmişə ayıq olub İsanın müqəddəs şəhidlərinə qulluq etsin.

  • Xançik:

Çar Vaçaqanın çox istəkli Xançik adlı gənc qızı var idi. Çar onun üçün bir malikanə tikdirmişdir.

Müasir mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2011-ci ildə qondarma Dağlıq Qarabağ respublikasının prezidenti III Vaçaqanın heykəlinin Şuşada ucaldılması üçün sərəncam vermişdir.[6] Həmçinin qondarma respublikada mədəniyyət sahəsindəki nailiyyətlərə görə "Vaçaqan Barepaşt medalı" da verilmişdir.[7]

  1. Kalankatlı, Moisey. [frametext32.htm Alban ölkəsinin tarixi, III kitab, XXIII fəsil] (#bad_url) (пер. Ш. В. Смбатяна). Матенадаран. 1984. 265.
  2. Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989. səh. 117
  3. Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989. səh. 156
  4. Караахмедова, А.А. Христианские памятники Кавказской Албании (Алазаньская долина). Баку. 1986.
  5. Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989. səh. 133
  6. "В Нагорном Карабахе намерены поставить памятник царю Вачагану". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.
  7. "Медалью «Вачаган Барепашт» награждаются за творческие достижения в сфере культуры, литературы, гуманитарных наук, искусства, здравоохранения, за благотворительную деятельность во благо НКР". 2012-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-12-05.