II Demetre (Gürcüstan çarı)
II Demetre | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | დემეტრე II თავდადებული |
Doğum tarixi | 1259 |
Vəfat tarixi | 12 mart 1289 və ya 13 mart 1289 |
Vəfat səbəbi | başın kəsilməsi |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | VII David (Gürcüstan çarı) |
Uşaqları | |
Dini | Gürcü Ortodoks Kilsəsi |
Vikianbarda əlaqəli mediafayllar |
II Demetre (gürc. დემეტრე II თავდადებული; 1259 – 12 mart 1289 və ya 13 mart 1289) — Baqrationilər sülaləsindən ola Gürcüstan çarı.[2][3] 1270-1289 illərdə Gürcüstan krallığını idarə etmişdir.
Həyatı
[redaktə | mənbəni redaktə et]Atası çar VII David Ulu və anası isə Qvanta adlı qadındır. VII David Ulu Elxanilərə qarşı üsyan qaldırmış və məğlub olaraq əmisi oğlu VI David Narinə, İmereti krallığına sığınmışdır. II Demetre 1270-ci ildə atası çar VII David Ulunun ölümündən[4] sonra 11 yaşında taxta çıxmışdır.
II Demetre 1277-1281-ci illərdə Suriyada Elxanilərin Məmlüklərə qarşı yürüşlərində iştirak etmişdir. Xüsusən 29 oktyabr 1281-ci ildə İkinci Homs döyüşündə xüsusilə fərqlənmişdir.[4] Belə ki, Elxani ordusunun mərkəzinin dağılmasına baxmayaraq, II Demetre qoşunlarını nizamlı olaraq geri çəkməyi bacardı. Monqollar tərəfindən rəsmi şəkildə Gürcüstan çarı kimi tanınmasına baxmayaraq, Qərbi Gürcüstandakı İmereti krallığı və birbaşa Elxanilərin təyin etdiyi hakimlər tərəfindən idarə edilən Samtsxe bölgəsi onun hakimiyyəti xaricində idi.
Ziddiyyətli şəxsiyyəti
[redaktə | mənbəni redaktə et]II Demetre ziddiyyətli şəxs kimi tanınır. Dindar bir xristian olmasına baxmayaraq, çoxarvadlılığı qəbul etmişdi. Həmçinin özündən əvvəlki çarlar və çariçalardan fərqli olaraq Elxanilərə qarşı qiyam qaldırmadı və Monqol zadəganları ilə şəxsi yaxınlıq əlaqələri qurdu.
Ölümü
[redaktə | mənbəni redaktə et]II Demetre 1288-ci ildə Elxani hökmdarı Arqun xanın əmri ilə Dərbənd şəhərindəki qiyamı yatırmışdır. Elə həmin il Arqun xan vəzirlərindən Buğanın onu hakimiyyətdən salmaq istəməsinə dair məlumatlar əldə etmişdir. Bundan sonra Arqun xanın əmri ilə Buğa və bütün ailəsi öldürülür. Buğanın qızlarından biri də II Demetrenin oğlu ilə evli idi. Bu səbəbdən II Demetre də çevriliş cəhtindəki şübhəlilər arasına daxil oldu. Arqun xan II Demetreyə haqqında qaldırılan ittihamlara cavab verməsi üçün Elxanilərin paytaxtına gəlməsini əmr etdi. II Demetre paytaxt Təbrizə çatan kimi həbs edildi. O, 12 mart 1289-cu ildə Movakanda edam edildi.[4] Məzarı Msxetadır və Gürcü Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir.
II Demetreden sonra hakimiyyətə əmisi oğlu II Vaxtanq gəlmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lundy D. R. Dmitri II, King of Kartli // The Peerage (ing.).
- ↑ ჯავახიშვილი ივ., ქართველი ერის ისტორია, წგნ. 3, თბ., 1966
- ↑ გუჩუა ვ., ქართული საბჭოთა ენციკლოპედია, ტ. 3, გვ. 458-459, თბ. 1978 წელი.
- ↑ 1 2 3 Mikaberidze A., Historical Dictionary of Georgia, Rowman & Littlefield, Blue Ridge Summit, 2015, ISBN 978-1-4422-4146-6. p. 80–81
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Джавахишвили И.А. История грузинского народа. - Тбилиси, (1966).
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- II Demetre (rus.)