Kürdəmir aviabazası
Kürdəmir aviabazası | |
---|---|
40°16′24″ şm. e. 48°09′48″ ş. u.HGYO |
|
IATA: yoxdur – ICAO: UB14 | |
Məlumat | |
Hava limanı tipi | Hərbi |
Ölkə | Azərbaycan |
Kürdəmir aviabazası — Azərbaycan Respublikasının Kürdəmir rayonunda, Bakıdan qərbdə yerləşən, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi aerodrom. Aviabazada Su-25 qırıcı təyyarələri və Su-24 bombardmançıları yerləşir.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]1941-ci ilin sentyabr ayından 1942-ci ilin mart ayına kimi 25-ci ehtiyat qırıcı aviasiya polku bu aviabazada yerləşib. Polkun pilotları burada İkinci dünya müharibəsi dövrünə aid təyyarələrlə, həmçinin İngiltərədən və Amerikadan göndərilmiş təyyarələrlə döyüş təlimi keçirdilər. 28 noyabr 1945-ci ildən 22 noyabr 1969-cu ilə kimi MiQ-17 təyyarələrindən ibarət 761-ci qırıcı aviasiya polku Kürdəmir aviabazasında yerləşib. 1953 - cü ildən etibarən aerodromda Su-24 və Su-17 təyyarələrindən ibarət olan, 36-cı Bombardmançı Aviasiya diviziyasının tərkibindəki 976-cı İnsterburq Bombardmançı Aviasiya Alayı yerləşirdi.[2] 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra aviabaza Azərbaycana Hərbi Hava Qüvvələrinin nəzarətinə verilməsi razılaşdırılıb. Razılaşmaya görə Rusiya ordusu Azərbaycanı tərk edərkən hərbi bazalarda olan silah-sursatı təhvil verməli olduğu halda, bir çox hallarda Rusiya razılaşmaya əməl etmirdi. Kürdəmir aviabazasında xidmət edən rus əsgərləri bütün hərbi texnikanı icazəsiz Rusiyaya daşıdılar, bazada ancaq bir ədəd istifadəyə yararsız Su-24 təyyarəsi saxlayaraq bazanı tərk etmişdilər. Rusiya ordusu getdikdən sonra Kürdəmir aviabazası Surət Hüseynova sadiq qüvvələrin nəzarətinə keçib və aviabazadan 1992-ci ilin iyunundan etibarən buradan hərbi təyyarələr Qarabağa döyüş uçuşları həyata keçirməyə başladılar. İlk uçuşlara 1992-ci ilin iyun ayının ortalarından Balaxan Qəhrəmanov və Konstantin Virtsev MiQ-21 təyyarəsi ilə başlayıblar. Azərbaycan Ordusuna xidmətə keçən hərbi təyyarəçi Sergey Murtuzəliyevin köməyi ilə aviabazadakı Su-24-ün təmiri işlərinə başlanılıb. Surət Hüseynov Tbilisi Aviasiya Zavodundan ehtiyat hissələrinin təmirdən sonra gətirilməsini təşkil etmişdi, haradasa iyulun sonundan Su-24-də Sergey Murtuzəliyevin rəhbərliyi ilə Qarabağda hərbi uçuşlara başlandı. 1993-cü ilin iyun hadisələri zamanı prezident Ə.Elçibəyə sadiq qüvvələr Kürdəmir aviabazasındakı hərbi təyyarələrə Gəncəyə döyüş uçuşu həyata keçirərək S.Hüseynova sadiq qiyamçı qüvvələri bombalamağı əmr etdi. Lakin döyüş pilotları arasında S.Hüseynovun böyük nüfuza olması səbəbindən bəzi pilotlar bu əmri yerinə yetirməkdən imtina etdilər, Kürdəmir aviabazasından havaya qalxan döyüş təyyarələri isə bilərəkdən Gəncə yaxınlığında boş əraziləri bombalayaraq geri qayıtdılar.[3]
Hal-hazırda aviabazada Azərbaycan HHQ-ya məxsus Su-25, təlim-məşq təyyarələri və digər texnika yerləşir. Kürdəmir aviabazası texniki xüsusiyyətlərinə və Qarabağdakı münaqişə zonasına yaxınlığına görə Azərbaycanda ən vacib aviabazalardan biri hesab olunur. 2015-2017-ci illərdə Terraserver-dən əldə olunmuş peyk şəkillərinə əsasən Kürdəmir bazasının açıq park yerlərində təxminən 30 ədəd Su-25 və Su-25UB hücum təyyarələri, 14 ədəd L-39 döyüş təlim təyyarəsi, 2 ədəd Su-24, 5 ədəd Su-17 və 4 ədəd MiG-21 var. Şəkillərdə həmçinin ona qədər Mi-8/17 və Mi-24 helikopteri əks olunur və 2015-2017-ci illərdə ehtimal ki, Azərbaycan PUA-larının bir hissəsini yerləşdirmək üçün aviabazada kiçik anqarlar tikilib.[4] 2018-ci ildə əldə olunmuş peyk şəkillərinə əsasən Kürdəmir aviabazası Azərbaycanda ən çox istifadə olunan aviabaza hesab olunur. Aviabazada həmçinin zenit-raket kompleksləri və tədris mərkəzi də yerləşir.[1]
Qəzalar
[redaktə | mənbəni redaktə et]- 23 avqust 1958 - Azərbaycan SSR ərazi idarəetməsi mülki hava donanmasına məxsus, kənd təsərrüfatı işlərində istifadə olunan Po-2A tipli yüngül mülki təyyarə Kürdəmir ərazisində pambıq ziyanvericilərinə qarşı mübarizə üzrə uçuş keçirərkən pilot 200 metr hündürlükdə uçuş keçirərkən təyyarəni 15 metr yüksəkliyə qədər aşağı endirib və bu zaman qadağan edilmiş manevr həyata keçirərək 45 dərəcədən çox bucaq altında dönüş yerinə yetirib. Bu zaman pilot idarəetməni itirdiyi üçün təyyarə Kürdəmirdəki aerodrom yaxınlığında yerə çırpılıb. Qəza nəticəsində pilot həyatını itirib, aviatexnik isə yaralanıb.[5]
- 31 avqust 1993 - Kürdəmir aviabazasında təlim uçuşu keçirən, Sergey Murtuzəliyev və Əfqanıstan Hərbi Hava Qüvvələrinin pilotu mayor Şeydullanın (SSRİ-yə təhsil almağa göndərilən bir qrup Əfqan HHQ zabitindən biri idi, ancaq Nəcibullah rejimi çökdükdən sonra geri dönə bilməmişdilər) idarəetməsindəki Su-24 təyyarəsi qəzaya uğradı. Məşq uçuşunu həyata keçirərkən ekipaj pilot səhvinə yol verdi və uçuş zolağına düşdü. Qəza nəticəsində hər iki ekipaj üzvü həlak oldu.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 "Bakı Dağlıq Qarabağdan 100 km aralıda hərbi hava qüvvələri yerləşdirib". 2021-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-08.
- ↑ Feskov, V.I.; K.A. Kalashnikov; V.I. Golikov. The Soviet Army in the Years of the 'Cold War' (1945-1991). Tomsk: Tomsk University Press. 2004. səh. 144. ISBN 5-7511-1819-7.
- ↑ 1 2 "Qarabağ müharibəsində Azərbaycanın Hərbi Hava Qüvvələri". 2019-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-27.
- ↑ Barabanov, M.S; Yeşiltaş, M. Fırtına gözləyərkən: Cənubi Qafqaz. Rusiya Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzi. 2018. 21. (#accessdate_missing_url)
- ↑ "Kürdəmir rayonunda Po-2A qəzası". 2018-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-26.