40°03′ şm. e. 43°56′ ş. u.HGYO

Kələkarx

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
kənd
Kələkarx
40°03′ şm. e. 43°56′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region [[Sərdarabad mahalı]]
Rayon [[Sərdarabad rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 890 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 1.423 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Kələkarx xəritədə
Kələkarx
Kələkarx

Kələkarx — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd.[2][3][4]

Rayon mərkəzindən təxminən 15 km məsafədə, Araz çayından axan arxın yanında yerləşir.

Toponim Azərbaycan dilinin cənub dialektində "yan tərəfləri daşla hörülmüş ağıl, heyvan salınan yer" mənasında işlənən kələk sözü ilə[5] arx sözünün birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin I. IV. 1946-cı il fərmanı ilə dəyişdirilib Şenevan (Şenli qəsəbə) qoyulmuşdur. Əsli Kulak-Arx. Türk dillərində kulak "dərə", "çökəklik yer", "çuxur" sözündəndir. Kəndin adı "Kulakdan çəkilmiş arx" mə’nasındadır. XIX əsrdə Azərbaycanda Yelizavetpol qəzasında Kələk (digər adı Şıxlar) kəndinin adı ilə mə’naca eynidir.[6]

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис. 1913.
  4. ХанАгов А.Е. Экономический быт государственных крестьян в Ечмиадзинском и сурмалинском уездах Ереванской губернии. “Материалы для изучения экономического быта государственных крестьян Закавказского края”,. Тифлис. 1886.
  5. Azərbaycan dilinin dialektoloji lüğəti, bircildlik, Bakı, "Azərb. SSR Elmlər Akademiyası", 1964. s.256
  6. Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Кәләкарх // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.