Kuban Xalq Respublikası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Demokratik respublika
Kuban Xalq Respublikası
Bayraq[d] Gerb
Bayraq[d] Gerb

Paytaxt Yekaterinador
Dilləri rus dili, ukrayn dili
Rəsmi dilləri rus dili
İdarəetmə forması Parlament respublikası
 • 19191920 Nikolay Burketov
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Luka Lavrentiyeviç Bych, respublikanın ilk başçısı

Kuban Xalq Respublikası (rusca: Кубанская Народная Республика) — Rusiya İmperiyasının süqutundan sonra Kuban vilayətiKuban Kazak Ordusunun ərazilərində yaradılan və 1918-1920-ci illərdə mövcud olmuş keçmiş dövlət quruluşu.

Rusiya imperiyası zamanı Kuban bölgəsi Adıgeylərin (Çərkəzlərin) torpaqları idi. Bir çox başqa vilayətlər kimi Kuban xalqı da digər Rusiya quberniyalarından fərqli təşkil edilmişdi. Qərb bölgələri 1792-ci ildə Ukraynadakı Qara dəniz Kazak ordusunun soyundan gələnlərə, cənubşərq bölgələr isə Don Kazaklarının soyundan gələn Qafqaz Xətti Kazak ordusuna aid olmuşdur.

Daha əvvəllər Kuban Kazakları, 1860-cı ildə 60 il boyunca Qafqaz müharibəsində Dağlı xaqlarına qarşı Rusiya imperiyası sərhədlərini qorumaq üçün istifadə olunmuşdur. Bundan baqşa Kazaklar Rusiya imperiya ordusu ilə birlikdə döyüşmələri üçün böyük ordu birləşmələrinə də göndərilmişlərdir. Hətta Kazaklar Çarın şəxsi qorumaları olaraq da xidmət etmişlər. Bu vəzifələrə görə Kazaklar vergidən azad edilmişdilər. Onların hərbi yaşayış şəkli bölgənin inzibati idarəçilik formasına da təsir göstərmişdir. Stanista adlı yaşayış bölgələri də ənənəvi rus kəndlərinə bənzəyir. Kazakların yerli idarəçi olan Atamanı seçmək hüquqları da olmuşdur.

Fevral inqilabı

[redaktə | mənbəni redaktə et]

Petoqraddakı (Sankt-Peterburq) Fevral inqilabından sonra qurulan Müvəqqəti Hökumət bir yük olaraq qəbul edilən I Dünya Müharibəsini davam etdirməyi qərara aldı. Nəticə olaraq Rus ordusu çökməyə başladı. Kuban Kazak qüvvələri cəbhə xəttlərini tərk edib, öz vətənləri kimi gördükləri Kubanı cənubdan gələ biləcək Osmanlı qüvvələrindın qorumaq üçün Kubana döndülər.

Rusiya imperiyası dövründə Kuban birbaşa Çar tərəfindən, çox hallarda Kazak olmayan Ataman tərəfindən idarə olunurdu. 1917-ci ilin, martında Kuban parlamenti olan Kuban Radası, özünü Kubanı idarə edə biləcək tək rəsmi orqan olaraq elan etdi. Məqsəd hərbi idarıçilik yaratmaq idi. 17 iyun 1917-ci il tarixində yeni Rus respublikası içində Kuban Muxtar Xalq Respublikası elan edildi.

Müstəqillik cəhdləri

[redaktə | mənbəni redaktə et]

Bolşeviklərin Kuban Sovet Respublikası qurulması üçün Kazak olmayan kəndliləri təşviq etməsiylə birlikdə gənc respublikanın süqut edəcəyi gözlənilərkən, Kuban Radası 28 yanvar, 1918-ci ildə Kuban Xalq Respublikasının müstəqil olacağını elan etdi. 16 fevral, 1918-ci ildə müstəqillik elan edildi. Lakin, yeni yaranmış respublikanın formal olaraq Çar Rusiyasına sadiq olduğu elan edildi. Kuban Xalq Respublikasının köhnə Rus İmperiyası içindəki Kuban Oblastını əhatə edəcəyi bildirildi. İlk əvvəllər Ağ qvardiyaçılarla ittifaqda idilər.

1918-ci ilin dekabrında Kuban Radası respublikanın ilk rəhbəri Luka Bychın rəhbərliyi ilə Paris Sülh Konfransına nümayəndəlik göndərildi. Aprel ayında verdikləri təqdimatda özlərini anti-bolşevik kimi təqdim edərək, bolşeviklərdən qorunmaq üçün köməyə ehtiyacı olduqlarını bildirdilər. Həmçininartıq Ağ Qvardiyaçılarla və Denikinlə birlikdə hərəkət etməyəcəylərini elan etdilər. Demək olar ki, heç bir bəndi razı salmadı.

Lakin respublika de-yure səviyyədə Ukrayna Xalq Respublikası, Azərbaycan Xalq Cümhuriyyəti,[1] Alman İmperiyası, Osmanlı imperiyası, Gürcüstan Demokratik RespublikasıŞimali Qafqaz Dağlılar Respublikası tərəfindən tanındı.

General-mayor Nikolay Andrianoviç Bukretov (1876-1930), respublikanın son Atamanı

Respublikanın süqutu

[redaktə | mənbəni redaktə et]

Denikin respublikanın Ağ Qvardiyaçılardan ayrıldığını öyrəndiyi zaman , 1919-cu ildə, 6 noyabrda Radanın binasını mühasirəyə aldı. Ona bu işdə Ataman Aleksandr Filimonov da kömək edirdi. 10 nəfər deputatla, parlamentin sədri P. Kurqanski həbs edildi. Kazaklar yenidən orduya alındı. 1919-cu ilin dekabrında Denikin məğlub edildikdən sonra Kuban Respublikasını tutmaq üçün bolşeviklərin qarşısında bir maneə qalmadı. 1920-ci ildə respublikanın əksər ərazisi artıq işğal edilmişdi.

Lakin Kazaklar bolşeviklərə qarşı Gürcüstan Demokratik Respublikasının qoşunlarında, Ukrayna Demokratik Respublikasının qoşunlarında, Pilsudskinin qoşunlarında döyüşdülər. Son Ataman Vrangel ilə bolşeviklərə qarşı döyüşdü. Məğlub olduqdan sonra isə Krımdan Osmanlı ərazisinə keçdi.[2]

Bolşeviklərin qələbəsindən sonra Kuban Rusiya Sovet Federativ Sosialist Respublikasına daxil olmuşdur.

Bir çox ukraynalı tarixçi Kuban Kazaklarının Ağ Qvardiya ilə ittifaq qurmamasının, Bolşeviklərin qələbə qazanmasında ən mühüm amil olduğunu qeyd edirlər. Bəzi Ukrayna tarixçiləri Kuban Radasının Ukrayna hökumətinə birləşmək fikrinin olduğunu bildirirlər. Bunu sonuncu baş nazir Vasili İvanuislə, Ukrayna Kazaklarının rəhbəri Pavlo Skoropadskinin əlaqələri ilə əsaslandırırlar. Vasili İvanisin fikrinə görə, əgər bütün anti-bolşevik qüvvələr bir mərkəzdən idarə olunsaydı, Pavlo Skoropadski general Natiyevin başçılığında olan ordunu Kubana daha tez göndərsəydi, şərqdə də Kolçakla əlaqə yaradılsaydı, bolşevik qüvvələrini çox asanlıqla məğlub etmək olardı.

  1. As stated by Khoyski, Official Azerbaijan Archives, folio.895, list.1, w. 288, pp.28-49
  2. Kubijovyč, Volodymyr. Ukraine: A Concise Encyclopedia. Toronto: University of Toronto Press. 1963. 790–793.
  • "Kuban People's Republic" by Kirill Protopopov, in The Cinderella Philatelist, Vol. 52, No. 1 (Whole No. 205), January 2012, p. 9. (Contains background and philatelic information.)