Lord Baden-Powell

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Lord Baden-Powell
Şəxsi məlumatlar
Ləqəbi B.-P.
Doğum adı Robert Stephenson Smyth Baden Powell of Gilwell
Doğum tarixi 22 fevral 1857(1857-02-22)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 8 yanvar 1941(1941-01-08)[1][2][…] (83 yaşında)
Vətəndaşlığı
Hərbi fəaliyyəti
Mənsubiyyəti Britaniya Ordusu[d]
Qoşun növü Britaniya Ordusu[d], süvari
Xidmət illəri 1876-cı ildən
Rütbəsi general-leytenant
Döyüşlər
Təltifləri Knight Grand Cross of the Royal Victorian Order Order of Saint John King's South Africa Medal Ashanti Star Queen's South Africa Medal Order of the Redeemer Order of the Phoenix "Ağ şir" ordeninin böyük xaçı Fəxri Legion ordeninin yüksək rütbəli zabiti "Fəxri Legion" ordeni komandoru "Müqəddəs Mixail və Georgi" ordeni Knight Commander of the Order of the Bath Estonian Red Cross Order First Class "Ağ şir" ordeni Macarıstanın "Xidmətlərə görə" ordeni XII Alfons ordeninin böyük xaçı Dannebroq ordeni Grand Cross of the Order of the Dannebrog Polşanın İntibah ordeninin ulduzlu komandoru Grand Commander of the Order of the Redeemer Grand Cross of the Order of the Phoenix Order of Christ Commander of the Military Order of Christ Grand Cross of the Order of Orange-Nassau "Xidmət" ordeni Bronze Wolf Award British South Africa Company Medal Ehrenzeichen für Verdienste um die Republik Österreich
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1857-ci il 22 fevral tarixində Böyük Britaniyanın paytaxtı olan London şəhərində məşhur bir ailədə dünyaya göz açmışdır.[3][4][5]Onun babası Robert Stefenson paravozun ixtirası ilə bütün dünyada məşhur olmuş Corc Stefensonun oğludur. O, Oksford Universitetinin professoru, keşiş Baden Pauellin ailəsinin on uşağından sayca səkkizincisi idi. B.P-nin üçyaşı tamam olarkən atası vəfat etmişdir. Əziz uşaqlar və gənclər, əgər siz skaut ədəbiyyatında BP işarəsinə rast gəlsəniz, təəccüblənməyin- bütün dünyada Baden Pauelli nəvazişlə belə adlandırırlar. Baden-Pauell uşaqlıqdan həvəslə yeniliyi öyrənməyə çalışırdı və buna asanlıqla nail olurdu. Kiçik yaşlarından pianino və skripkada ifa etməyi öyrənmiş, aktyor kimi tamaşalarda çıxış edirdi. Uşaqlıq illərinin çox hissəsini kənd yerində keçirdiyi üçün təbiətdə olmağı və açıq havada oyunları çox xoşlayırdı. O, asudə vaxtını hədər yerə sərf etmirdi. İmkan yaranan kimi qardaşları və yaxın dostları ilə birgə yeni macəralar axtarmaq məqsədilə İngiltərənin dəniz sahillərinə və Temza çayı ilə qayıq səyahətlərinə çıxardı. Bu səyahətlərdə onlar çadırlarda gecələyər, ocaqda hazırlanmış yeməklə qidalanardılar. Bu cür səyahətlər o dövr üçün çox qeyri-adi idi və onların gələcək həyatlarında çox faydalı olmuşdur.

Vaşinqton D.C.-nin eyvanından oğlan skautlarına baxış Ağ ev: Baden-Powell, Prezident Taft, İngiltərə səfiri Bryce (1912)

Baden-Pauell əlaçı tələbə olmayıb, ancaq buna baxmayaraq, hərbi məktəbə qəbul zamanı imtahanları müvəffəqiyyətlə verərək mükəmməl təhsil almışdır və atçılıq polkunda qulluq etmişdir. Onun hərbçi həyatı çətinliklərlə dolu olsa da, uğurla keçmişdir. 1876-cı ildə Baden-Pauell yüksək bilikli hərbi kəşfiyyatçı və gənc zabit kimi xidmət keçməsi üçün Hindistana göndərilir. O, burada həmin dövr üçün qeyri adi olan təlim üsulları ilə əsgərlərin hazırlanmasında yüksək nailiyyətlər əldə edir. Sonralar B.P. Balkanlarda, Cənubi Afrikada, Maltada hərbi xidmət keçir. O, Afrikada İngiltərə-bur müharibəsi zamanı Meyfinqin 217 günlük mühasirəsi zamanı onun müdafiəsində qəhrəmanlıq göstərərək, İngiltərənin milli qəhrəmanı adına layiq görülür. Hərbi xidmətlə yanaşı, o daha çox gənc nəslin tərbiyəsi ilə məşğul olmağa üstünlük verirdi. 1901-ci ildə İngiltərəyə qayıtdıqdan sonra o, gənclərin tərbiyəsi ilə bağlı düşüncələrini və ideyalarını həyata keçirmək üçün eksperiment aparmağa qərar verir.1907-ci ildə Baden-Pauell 20 nəfər gənc oğlanı Braunsi adasında qurulmuş düşərgəyə toplayır. Bu düşərgədə iştirak edənlər müxtəlif ailələrdə tərbiyə almış, ayrı-ayrı sosial təbəqələrdən çıxmış yaxın qohumlarının, dostlarinin və tanışlarının uşaqları idi. Düşərgədə onlar 6–8 nəfərlik dəstələrə bölünərək, öz aralarında vəzifələri bölüşdürdülər. Onlar həyatlarında ilk dəfə olaraq çadırlarda yaşamalı oldular. Bu düşərgədə onlar gələcək skaut uniforması, nişanlarının layihəsi haqqında fikirlər irəli sürdülər. Hər bir iştirakçının sinəsində latundan olan zanbaq nişanı asılmışdır. Müəyyən sınaqlardan sonra onlara «Hazır ol»! sözləri həkk olunmuş fit təqdim olunurdu. Daha yüksək nəticələr göstərmiş uşaqlara skaut boğaz örpəyi verilirdi. Bu düşərgə indiki skautlar üçün tarixi əhəmiyyət daşıyır. Çünki burada Skaut prinsipləri və qanunları haqqında ideyanın təməli qoyulmuşdur.[6]

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Lundy D. R. Lt.-Gen. Robert Stephenson Smyth Baden-Powell, 1st Baron Baden-Powell // The Peerage (ing.).
  3. "Lord Baden-Powell" (az.). Archived from the original on 2022-01-04. İstifadə tarixi: 04.01.2022.
  4. "Arxivlənmiş surət" (az.). Archived from the original on 2022-01-04. İstifadə tarixi: 04.01.2022.
  5. "1st Baron Baden-Powell" (az.). Archived from the original on 2022-01-04. İstifadə tarixi: 04.01.2022.
  6. "Robert Baden-Powell" (az.). Archived from the original on 2022-01-04. İstifadə tarixi: 04.01.2022.