Marqaret Mitçell
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Marqaret Mitçell | |
---|---|
ing. Margaret Munnerlyn Mitchell | |
Təxəllüsü | Margaret Mitchell |
Doğum tarixi | |
Doğum yeri | Atlanta, ABŞ |
Vəfat tarixi | (48 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | nəqliyyatın insan üzərindən keçməsi[d] |
Fəaliyyəti | yazıçı, romançı, ssenarist, jurnalist, nasir |
Fəaliyyət illəri | 1936-cı ildən |
Əsərlərinin dili | ingilis dili |
Tanınmış əsərləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Marqaret Mitçell (ing. Margaret Munnerlyn Mitchell; 8 noyabr 1900[3], Atlanta[1][2] – 16 avqust 1949[1][2][…], Atlanta[1][2]) — ABŞ-lı yazıçı. Marqaret Mitçell 1936-cı ildə nəşr etdirdiyi "Küləklə sovrulanlar" əsəri ilə məşhurlaşdı.
1936-cı ildə nəşr olunan "Küləklə sovrulanlar" kitabı 1936-cı ildə "Ən görkəmli roman" nominasiyasında Milli Kitab Mükafatını və 1937-ci ildə ABŞ-də 70-dən çox nəşri ilə Pulitser Mükafatını qazanıb və 37 dilə tərcümə olunub. 1939-cu ildə rejissor Viktor Fleminqin çəkdiyi eyniadlı film səkkiz Oskar qazandı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Marqaret Mitçell 1900-cü ildə ABŞ-nin Atlantandə doğulub. Yazıçının atası Skarlett Ohara İrlandlı, ana tərəfi isə Fransızdır. Babaları ABŞ Vətəndaş müharibəsində iştirak ediblər. Romanda təsvir olunan hadisələr də elə Vətəndaş Müharibəsi fonunda cərəyan edir. Gələcək yazıçı varlı aristokrat ailədə böyüyüb, tərbiyə almışdır. Uşaqlıq illərində o, anasının təkidi ilə dünya ədəbiyyatının qızıl fonduna daxil olmuş əsərləri mütaliə edərdi, amma, zamanında çox dəbdə olan ucuz, bayağı məhəbbət romanlarını da acgözlüklə oxuyardı. On doqquz yaşlı gənc qız Northemptonun kollecində təhsil alırdı. Anasının ölümündən sonra, təhsilini yarımçıq qoyub doğma Atlanta şəhərinə, Şaftalı küçəsindəki böyük malikanəyə-ata ocağına dönür. O, Red Apşounla evlənir, lakin bir neçə ay sonra boşandılar.
Fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Red Apşoundan boşandıqdan sonra, özünü mətbuat aləmində jurnalist kimi sınamaq istəyir. Mitçell Atlanta Journalında işləməyə başladı və nəticədə aparıcı müxbir oldu.
1925-ci ildə ikinci dəfə ailə qurur. 1926-cı ildə ayaq biləyinin zədələnməsinə görə Mitçell qəzeti tərk edir.
"O, sevdiyi iki kişidən heç birini anlaya bilməmişdi, indi onların hər ikisini itirib"-bu cümlə ilə yazmağa başlayıb xanım Marqaret. Bu fraza romanın son bölümündə yer alıb. Son abzasdan başlayaraq yazmaq səriştəsi ona jurnalistikadan yadigar qalmışdı. Marqaret Mitçell oçerklərini də bu üslubda yazardı. "Küləklə sovrulanlar" on il müddətində yazılıb, zira, belə bir epik roman əlbəttə ki, bir neçə aya ərsəyə gələ bilməzdi. 1935-ci ilin dekabrında yazıçı romanın son variantını tamamladı. Romanın əlyazmasını nəşriyyata təqdim etdi. Bu məqamda bir faktı da qeyd etmək yerinə düşər, əlyazmada romanın adı "Sabah başqa gün olacaq" yazılmışdı. Son anda, yazıçı nəşriyyatdaca romanın adını dəyişdirib, kitabın adını Qədim Roma yazıçısı Horatsinin bir misrasından götürüb. Qəhrəmanın adını da son anda düşünüb tapıb.
Bir ildən sonra roman işıq üzü gördü, işıq üzü görər-görməz bestseller siyahısına düşdü və uzun illər boyu bu siyahıda qaldı. Romanın satışa çıxarıldığı birinci gün əlli min nüsxə satıldı. İl ərzində roman otuz bir dəfə çap olundu, bir ildə müəllifinə üç milyon dollar gəlir gətirdi.
1937-ci ildə roman Amerikanın nüfuzlu Pulitser mükafatına layiq görülür.
1949-cu ilin avqustun 11-də Marqaret Mitçell əri Con Marş ilə evdən çıxıb kinoteatra gedərkən onu maşın vurur və 5 gün sonra özünə gəlmədən dünyasını dəyişir.
Marqaret Mitçell Corciya ştatının Atlanta şəhərindəki Oakland qəbiristanlığında dəfn edilir. Onun əri Con Marş isə 1952-ci ildə vəfat edib və həyat yoldaşının yanında dəfn edilir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Краткая литературная энциклопедия (rus.). Москва: Советская энциклопедия, 1962. Т. 4. С. 873.
- ↑ 1 2 3 4 Митчелл Маргарет // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ The Fine Art Archive. 2003.