Nailə Mirməmmədli
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Nailə Mirməmmədli | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 23 may 1961 |
Doğum yeri | |
Vəfat tarixi | 4 yanvar 2021 (59 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Həyat yoldaşı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, pianoçu |
Fəaliyyət illəri | 1983–2021 |
Janrlar | klassik musiqi, opera, lirika |
Musiqi aləti | piano |
Səs tembri | lirik soprano[d] |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
Nailə Mirməmmədli (23 may 1961, Bakı – 4 yanvar 2021, Bakı) — bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü.
Həyatı
[redaktə | mənbəni redaktə et]Nailə Mirməmmədli 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur.1968–1979-cu illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Fortepiano ixtisası üzrə təhsil almışdır. Nailə Mirməmmədli 1981–1985-ci illərdə Tusi adına Pedaqoji Universitetində Musiqişünas, Dirijor, Xormeyster, Vokal, Aranjiman, Orkestrovka ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu ilə başa vurmuşdur. Təhsilini davam etdirmək məqsədilə Nailə Mirməmmədli 1994–1997-ci illərdə Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasında Musiqişünaslıq və Tofiq Quliyevin sinfində (Tofiq Quliyevin ilk və son tələbələrindən biri) Bəstəkarlıq ixtisasları üzrə təhsil almış, təhsilini Fərqlənmə Diplomu dərəcəsi ilə başa vurmuşdur. 1994–2004-cü illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində müəllim,"Bənövşə" xorunda Xormeyster və Ansambl rəhbəri vəzifələrində çalışmışdır. 2003-cü ildən həyatın sonuna kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Musiqi fakültəsində dosent, baş müəllim vəzifəsində çalışıb. 2020-ci ildə Bakı Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə yeni yaradılan Mədəniyyət-yaradıcılıq Mərkəzinin direktoru təyin edilib.[1]
Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib[2] "Qurd qapısı" məzarlığında dəfn olunub.[3]
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Nailə Mirməmmədli mərhum bəstəkar Hikmət Mirməmmədlinin həyat yoldaşıdır. Sənətçi 2001-ci ildə atasını itirib. Bir il sonra isə 16 yaşlı oğlu dənizdə boğulub. 2007-ci ildə həyat yoldaşı və anası vəfat ediblər.[4]
Övladları:
1. Seyid Hüseyn Mirməmmədli(rəhmətə gedən ilk övladı)
2. Cavidan Mirməmmədli.
3. Minirə Mirməmmədli.
4. Əli Əkbər Mirməmmədli.
Cavidan Mirməmmədli ailəlidir Nailə Mirməmmədli adında bir qız övladı var.
Mükafatları
[redaktə | mənbəni redaktə et]- 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.[5]
- Azərbaycan Respublikası Müdafiə nazirliyi- FƏXRİ FƏRMAN
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- FƏXRİ FƏRMAN
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- DİPLOM
- Bakı Şəhər İcra hakimiyyəti Mədəniyyət İdarəsi- FƏXRİ DİPLOM
- Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi- DİPLOM
- Azərbaycan Güləş Federasiyası- FƏXRİ FƏRMAN
- Bakı Şəhəri Gənclər və İdman Baş İdarəsi- FƏXRİ FƏRMAN
- Azərbaycan Dövlət Pedaqoji Universiteti- FƏXRİ FƏRMAN
- İdeal Sülhün Təbliği Fondu- DİPLOM
- Azərbaycan Respublikası " Vektor " Beynalxalq Elm Mərkəzi Türk Dünyasına Xidmət- BEYNƏLXALQ DİPLOM
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Qrand Müstəqil Milli İctimai Mükafatı- DİPLOM
- Qızıl açar — 98 Mahni Festivalı- DİPLOM
- Min Bir Mahni Müsabiqəsi- FƏXRİ DİPLOM
- Saatlı — 1 Çadır Şəhərçiyi- FƏXRİ ÜZVÜ
- Tac İnternet Portalı- DİPLOM
- Azərbaycan Respublikası " Zirvə " Ziyalılar Təşkilatı- DİPLOM
- Rezonans Qəzetinin " Ulduzlar " Müsabiqəsi- DİPLOM
- ANS Müstəqil Yayım və Media Şirkəti- DİPLOM
- V&V Company Tərəfindən keçirilən Festivalı- DİPLOM
- Dunya Azərbaycanlıların Konqresi "Azərbaycan Mədəniyyəti və incəsənətində göstərdiyi xidmətə görə"- SEVGİ ÖDÜLÜ
- Cəmşid Naxçivanski Adına Hərbi Litsey — FƏXRİ FƏRMAN
- Bakı Avropa Litseyi- FƏXRİ FƏRMAN
- 3 saylı Uşaq evi- FƏXRİ FƏRMAN
- Səbayıl rayonu 190 saylı orta məktəb-FƏXRİ FƏRMAN
Yaradıcılığı
[redaktə | mənbəni redaktə et]- "Bir əli torpaqda, bir əli Haqda" — Yunis İmrə dastanına simfonik poema (söz: Zəlimxan Yaqub)
- "Yeni Azərbaycanım" — Yeni Azərbaycan Partiyasının himni simfonik orkestr və xor üçün əsər (söz: Zəlimxan Yaqub)
- "Azərbaycan" — Xor əsəri
- "Azərbaycan səs salacaq" — Xor əsəri
- "İstiqlal günü" — Simfonik orkestr və xor üçün əsər
- "Sülh" — Simfonik orkestr, xor, solist üçün oda
- "Xocalı" — Simfonik orkestr, xor, solist üçün oda
- "Laçın intizarda, Şuşam dardadır" — Simfonik orkestr, xor, solist üçün oda
- "Azərbaycan bayrağı" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
- "Çağırış" — Nəfəs alətləri orkestri, xor, solist üçün marş
- "Zəfər himni" — Simfonik orkestr və solistlər üçün himn (söz: Baba Vəziroğlu)
- "Ulu Öndər" — Simfonik orkestr və xor üçün oratoriya
- "Qalib olunca güləş" — Azərbaycan Güləş Federasiyasının himni
- "İrəli Nefçi" — Nefçi komandasının himni
- "Əlvida" — Romans (söz: prof. Nərgiz Paşayeva)
- "Ana" — Romans (söz: Səməd Vurğun)
- "Arzu" — Mahnı (söz: Vüqar Əhməd)
- "Mən sənətkaram" — Mahnı (söz: Vüqar Əhməd)
- "Ayrılma məndən" — Mahnı (söz: Könül Nazimqızı)
- "Söylə" — Mahnı (söz: Dilarə Şahid)
- "Qovuşmaz" — Mahnı (söz: Şahnaz Nəsirova)
- "Vətən" — Mahnı (söz: Zivər Ağayeva)
- "Azərbaycan" — Mahnı (söz: Abdulla Qurbani)
- "İstəmirəm" — Mahnı (söz: Baba Vəziroğlu)
- "Gəl ki," — Mahnı (söz: Əhmədağa Şahin)
Və s. 500 artıq mahnı
26. "Bakı Dövlət Universiteti"-100 illik yubileyi Simfonik orkestr və xor üçün oratoriya və Himn (Söz: Baba Vəziroğlu)
Elmi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]İŞ TƏCRÜBƏLƏRİ
- Azconsert birliyi- KONSERTMEYSTER(1980)
- Azərbaycan Dövlət Pedagoji Universiteti- KONSERTMEYSTER(1980–1981)
- 190 sayılı Məktəb- MÜƏLLİM(1985–2004)
- Bülbül adına orta ixtisas musiqi məktəbi- MÜƏLLİM(1994–2004)
- Avropa Lisseyi- MÜƏLLİM(1994–2004)
- "Bənövşə" xoru- XOR MEYSTER/ANSANBL rəhbəri(1994–2004)
- Azərbaycan Dövlət Pedagoji Universitet(ADPU)- DOSSENT/BAŞ MÜƏLLİM (2003–2021)
- Bakı Dövlət Universiteti(BDU) Mədəniyyət və Yaradıcılıq mərkəzi- DİREKTOR/BAŞ MÜƏLLİM(2020–2021)
Xor Aranjimanı, Alətşünaslıq, Musiqi və onun tədrisi haqqında 67 elmi məqalə və Pedaqoji Universitet və İnstitutlarda Bakalavrın hazırlığı üçün proqram.
30-dan çox xalq mahnılarının, bəstəkar mahnılarının xor üçün işlənilməsi. (Laçın, Küçələrə su səpmişəm, Qara tellər, Üşşaq ritmik muğamı, Ulduzlar, Darıxma, Yaşa könül və s.)
Filmoqrafiya
[redaktə | mənbəni redaktə et]- Böyük ömrün davamı (film, 2007)
- Pərvanələrin rəqsi (serial, 2012)
- Sonuncu fəsil (teleserial, 2013)
- Gecə qonağı (film, 2015)
- Qayıdış (film, 2016)
- Ləkə (serial)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azvision.az. "Tanınmış bəstəkara BDU-da vəzifə verildi" (az.). Azvision.az. 19.02.2020. İstifadə tarixi: 2020-02-19.[ölü keçid]
- ↑ "Bəstəkar Nailə Mirməmmədli vəfat etdi". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
- ↑ "Bəstəkar Tofiq Quliyevin ilk və son tələbəsi Nailə Mirməmmədlinin doğum günüdür". Oxu.az (az.). İstifadə tarixi: 2024-05-23.
- ↑ "Sənət dostları kimsəsiz qalmış Nailə Mirməmmədli haqda: "O mahnı hələ çıxmalı deyildi"". 2023-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-09.
- ↑ "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-01-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-05.
- 23 mayda doğulanlar
- 1961-ci ildə doğulanlar
- Bakıda doğulanlar
- 4 yanvarda vəfat edənlər
- 2021-ci ildə vəfat edənlər
- 59 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunları
- Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri
- Azərbaycanın əməkdar incəsənət xadimləri
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan bəstəkarları
- Film bəstəkarları
- Ürək tutmasından ölənlər