Nornlar
Nornlar | |
---|---|
q.skan. nornir | |
| |
Mifologiya | german-skandinav mifologiyası |
Yer | Urd bulağı |
Cinsi | qadın |
Fəaliyyəti | tanrılar və insanların talelərini müəyyənləşdirmək |
Əlaqəli personajlar | fülqyalar, haminqyalar, valkiriyalar və dislər |
Digər mədəniyyətlərdə | moyrlar, parkalar, siminq |
Vikianbarda əlaqəli mediafayllar |
Nornlar (q.skan. norn; cəmdə: nornir) — skandinav mifologiyasında tanrılar və insanların talelərini idarə edən qadın varlıqlar.[1] Onlar Avropa mifologiyalarında digər insan taleyini idarə edən varlıqlarla demək olar ki, eynidilər.
Snorri Sturlusonun "Völvanın kəhanəti" şeirində yazılanlara görə, ən önəmli üç norn olan Urd, Verdandi və Skuld Urd bulağında yerləşən bir zaldan gəliblər. Onlar bulaqdan su götürürlər və onun ətrafında qumu əllərinə alırlar. Onlar bu qumu İqqdrasil ağacının üzərinə səpirlər ki, onun budaqları çürüməsin. Bu üç norn güclü qız divlər (yötunlar) kimi təsvir ediliblər. Onların Yötunheymdən gəlməsi tanrıların qızıl dövrünü sona çatdırmışdır. Onlar "Vaftrudnismal" şeirində təsvir olunan Möqtrasir qızları ilə eyni ola bilərlər.[2]
Bu üç tanınmış norna əlavə olaraq, başqa nornlar da var. Onlar bir insanın gələcəyini müəyyənləşdirmək üçün onların doğumunda iştirak edirlər. Xristianlıqdan əvvəlki skandinav cəmiyyətlərində nornların yeni doğulmuş uşaqları ziyarət edildiyinə inanılırdı.[3] Həm bədxah, həm də ki xeyirxah nornlar var idi. Bədxah nornlar dünyadakı bütün faciəvi hadisələrin səbəbkarı, xeyirxah nornlar isə mərhəmətli, adamsevən ilahələr idi.[2]
Etimologiya
[redaktə | mənbəni redaktə et]"Norn" sözünün mənşəyi naməlumdur, ancaq onun "dolamaq" mənasını verən bir sözdən törədiyi güman edilir. Bunun nornların tale saplarını dolaması ilə əlaqəsi ola bilər.[2] Bek-Pedersen irəli sürür ki, "norn" sözünün İsveç dilindəki "norna" (nyrna) sözü ilə əlaqəlidir, hansı ki, "gizlincə əlaqə saxlamaq" mənasını verən bir feildir. Bu, nornların sirrlərini insanlara sadəcə vaxt keçdikcə deyən, arxa planda olan kölgəli varlıqlar olması ilə bağlıdır.[4]
Urd (q.skan. Urðr, anqlosaks. Wyrd) adının mənası "tale" deməkdir. "Wyrd" və "Urðr" eyni etimologiyaya malikdir, ancaq bu, onların eyni semantik keyfiyyətə sahib olduğu mənasını vermir.[5] Həm "Urðr", həm də ki "Verðandi" qədim skandinav dilində "olmaq" mənasını verən "verða" feilindən törəmişdir.[6] Alimlərin əksəriyyəti düşünür ki, "Urðr" sözü ""verða" feilinin keçmiş zaman ("olmuş"), "Verðandi" sözü isə indiki zamanından ("olur") törəmişdir. "Skuld" sözü qədim skandinav dilində "olması gərək" mənasını verən ""skulu" feilindən törəmişdir.[6][7] Buna görə də alimlər bu üç nornun keçmiş, indiki və gələcək zaman ilə əlaqəsi olması nəticəsinə gəlirlər.[2][8]
Başqa german ilahələri ilə əlaqəsi
[redaktə | mənbəni redaktə et]Nornlar, fülqyalar, haminqyalar, valkiriyalar və dislər arasında dəqiq bir fərq yoxdur. Əlavə olaraq, qədim skandinav şeiriyyətində bu terminlərdən canlı qadınlara xitab etmək üçün də istifadə olunurdu. Snorri Sturlusonun "Poeziya dili" əsərindən:
Qadınlara məcazi mənada asinyur, valkiriyalar, nornlar və ya fövqəltəbii qadınlar adları ilə də xitab olunur.[9] |
Nornlar və digər german ilahələri arasındakı qeyri-dəqiq fərqliliklər Bek-Pedersenin "Qədim skandinav mifologiyasında nornlar" kitabında müzakirə mövzusuna çevrilmişdir.
Mənbə
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ The article Dis Arxivləşdirilib 2009-09-18 at the Wayback Machine in Nordisk familjebok (1907).
- ↑ 1 2 3 4 The article Nornor Arxivləşdirilib 2019-07-12 at the Wayback Machine in Nordisk familjebok (1913).
- ↑ Sturluson, Snorri. Gylfaginning // Edda. London, England: J.M. Dent. 1995. səh. 18. ISBN 978-0-4608-7616-2.
- ↑ Bek-Pedersen, Karen. Norns in Old Norse Mythology. Edinburgh, Scotland: Dunedin Academic Press. 2011. səh. 191. ISBN 978-1-906716-18-9.
- ↑ Bek-Pedersen, Karen. Norns in Old Norse Mythology. Edinburgh, Scotland: Dunedin Academic Press. 2011. səh. 169. ISBN 978-1-906716-18-9.
- ↑ 1 2 "Swedish Etymological dictionary". Runeberg.org. 2009-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.
- ↑ "Etymonline.com". Etymonline.com. 2007-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.
- ↑ Bek-Pedersen, Karen. 2011. The Norns: Representatives of Fate in Old Norse Tradition. In: Monaghan, Patricia. Goddesses in World Culture. V.2 P.271.
- ↑ Skáldskaparmál in translation by Arthur Gilchrist Brodeur (1916), at Google Books Arxivləşdirilib 2021-11-03 at the Wayback Machine.
Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kisholm, Hyu, redaktorNorns // Britannika Ensiklopediyası (XI). Cambridge University Press. 1911.
- Bek-Pedersen, Karen (2011). The Norns in Old Norse Mythology. Dunedin Academic Press. ISBN 978-1-906716-18-9.
- The Elder Edda: A Book of Viking Lore.(2011). translated by Andy Orchard. Penguin Classics. ISBN 978-0-140-43585-6.
- Lindow, John (2001). Norse Mythology: A Guide to the Gods, Heroes, Rituals, and Beliefs Arxivləşdirilib 2017-01-26 at the Wayback Machine. Oxford University Press. ISBN 0-19-515382-0.
- Lionarons, Joyce Tally (2005). "Dísir, Valkyries, Völur, and Norns: The Weise Frauen of the Deutsche Mythologie," in The Shadow Walkers: Jacob Grimm's Mythology of the Monstrous. ed. Tom Shippey. Arizona Center for Medieval and Renaissance Studies. ISBN 9780866983341
- Simek, Rudolf (2007), translated by Angela Hall. Dictionary of Northern Mythology. D.S. Brewer. ISBN 0-85991-513-1.
- Sturluson, Snorri (1995), translated by Anthony Faulkes. Edda. J.M. Dent. ISBN 978-0-4608-7616-2.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vikianbarda Nornlar ilə əlaqəli mediafayllar var.