Nquyen Van Lemin edamı
Nquyen Van Lemin edamı | |
---|---|
Tarix | 1 fevral 1968 |
Yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Nquyen Van Lem (vyet. Nguyễn Văn Lém, vyetnam: [ŋʷǐənˀ vān lɛ̌m]) və ya Bay-lop (vyet. Bảy Lốp) — Vyetnam hərbçisi, kapitan rütbəli Vyetkonq zabiti. O, Vyetnam müharibəsində Tet hücumu zamanı Vyetnam Respublikası generalı Nquen Nqok Loan tərəfindən Sayqonda edam edilmişdir. Edam şəkli 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmış və ABŞ-də müharibə əleyhinə hərəkatın güclənməsinə kömək etmişdir.
Edam
[redaktə | mənbəni redaktə et]Nquyen Van Lem Vyetkonqda kapitan idi və Bay-lop kod adı ilə tanınırdı. Həyat yoldaşı Nquyen Thị Lop bu kod adının onun yeddinci oğlunun adından və "təkər" mənasında olan öz qızlıq soyadından yarandığını bildirmişdir.[1]
Lem 1 fevral 1968-ci ildə Vyetkonq və Şimali Vyetnam qüvvələrinin gözlənilməz kütləvi hücumu zamanı Cənubi Vyetnam qoşunları tərəfindən Sayqonda mülki geyimdə olarkən tutulmuşdur.[2] O, Vyetnam Respublikası Milli Polisinin rəisi, briqada generalı Nquen Nqok Loanun yanına gətirilmişdir.[3] 36 yaşlı Lem Cənubi Vyetnamlı polkovnik-leytenant Nquyen Tuanı, onun həyat yoldaşını, altı uşağını və 80 yaşlı anasını öldürməkdə ittiham olunurdu.[4][5] İddialara görə, o, təxminən otuz dinc sakindən ibarət kütləvi məzarlıq yaxınlığında əsir götürülmüşdü.[6]
Loan bağlı məhbusu başından vurmaq üçün özünün ".38 Special" patronlu "Smith & Wesson Bodyguard" revolverindən istifadə edərək Lemi küçədə edam etmişdir.[7] Fotoşəkil hadisənin şahidi və "NBC News"un operatoru Vo Sıu və "Associated Press" fotoqrafı Eddi Adams tərəfindən qeydə alınmışdır. Fotoşəkil və video müasir Amerika jurnalistikasında məşhur obrazlara çevrilmişdir. Adamsa 1969-cu ildə yerindəcə xəbər fotoqrafiyasına görə "Pulitser" mükafatını qazanmışdır.[8]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Unforgettable". people.com (ingilis). 2018-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ "Stunning AP Images of Vietnam War from Stunning Images of Vietnam War". ABC News (ingilis). 2018-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-05.
- ↑ "Nguyen Ngoc Loan, 67, Dies; Executed Viet Cong Prisoner". The New York Times. 1998-07-16. 2009-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-05-07.
- ↑ Hastings, Max. Vietnam. Collins. 2018. səh. 403.
- ↑ Hastings, Max. Vietnam: An Epic Tragedy, 1945-1975. Harper. 2018. səh. 467. ISBN 9780062405661.
- ↑ Eddie Adams' iconic Vietnam War photo: What happened next Arxivləşdirilib 2023-06-05 at the Wayback Machine, BBC
- ↑ Buckley, Tom. "Portrait of an Aging Despot", Harper's magazine April 1972, page 69.
- ↑ "Nguyen Ngoc Loan, 67, Dies; Executed Viet Cong Prisoner". The New York Times. 16 July 1998. 2009-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 July 2009.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- The Saigon Execution, a thorough account by an AP photo editor including research after the war.
- Feb. 1, 1968: A grisly moment from the Vietnam War -St. Louis Dispatch