Oliqosen-Erkən Miosen (Maykop) epoxası
Oliqosen-Erkən Miosen (Maykop) epoxası
[redaktə | mənbəni redaktə et]Relyefin inkişafının neotektonik mərhələsinin başlandığını təşkil edən Maykop əsrinin əvvəllərində Afrika - Ərəbistan və Avropa – Asiya litosfer tavalarının konvergensiyası güclənir və onların arasındakı tavaların kolliziyası nəticəsində dağlıq ərazilərdə qalxma, dağarası çökəkliklərdə isə nisbi enmə hərəkətləri güclənir. Bu dövrdən etibarən qalxma hərəkətləri üstünlük təşkil etməyə başlayır və beləliklə də ərazinin enmə təmayülü qalxma təmayülü ilə əvəz olunur. Bunun nəticəsində dənizin reqressiyası baş vermiş Böyük və Kiçik Qafqazın bir sıra sualtı kənar çökəklikləri qalxmağa məruz qalmış və geniş quru sahələrinə çevrilmişlər. Kür çökəkliyi isə gömülərək bu vaxtdan etibarən ilk dəfə olaraq vahid dağarası depressiya formasını almışdır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Azərbaycan Respublikasının coğrafiyası. Fiziki coğrafiya. I cild, Bakı-2015