Portal:Azərbaycan Silahlı Qüvvələri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç


Azərbaycanın ordusu regionda ən böyük ordudur. Azərbaycan Respublikasında hər il iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd edilir. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 115 milyon manat (135 milyon dollar) idi. Hal-hazırda isə Azərbaycanın hərbi büdcəsi 1 milyard 800 milyon manatdır (2,3 milyard dollar). Məlumata görə 2010-cu ildə isə hərbi büdcə 2 milyard manat (2.5 milyard dollar) ola bilər.



Redaktə Seçilmiş məqalə


Zaqafqaziya atlı-müsəlmən polku — Rusiya İmperator ordusuna daxil olan azərbaycanlılardan ibarət atlı polk.

2 iyun 1835-ci ildə General-Feldmarşal Paskeviçin əmri ilə müharibə dövrü Zaqafqaziya atlı-müsəlmən polku yaradılır. Polka komandir, 2 komandirin köməkçisi, 6 sultan (hər 100 atlının başçıları), 18 naib (sultanlatın köməkçiləri), 48 vəkil, 600 atlı, 198 rezerv atlı daxil olur. Qafqaz korpusunun əmri ilə qoşunların içindən Azərbaycan dilini bilən 2 zabit qoşulurdu. Davamı...



Redaktə Seçilmiş şəkil


Redaktə Xəbərlər


  • 27.03.2009

Martın 27-də saat 05.35 radələrində Azərbaycanın işğal olunmuş torpaqlarında 4 erməni əsgəri ölüb. ANS Press


  • 26.01.2009

Atəşkəsi pozan Ermənistan silahlı qüvvələri itki verərək geri çəkilib. Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumu nəticəsində 3 erməni əsgəri öldürülüb Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərinə hücumu nəticəsində öldürülmüş üç erməni əsgərindən birinin meyiti Azərbaycan tərəfdədir. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, ermənilər meyitlərdən ikisini götürə biliblər. Erməni əsgərin cəsədi hazırda «N» saylı hərbi hospitaldadır. ANS Press



Redaktə Portal haqqında məlumat




Redaktə Azərbaycan ordusu


Redaktə Seçilmiş tərcümeyi-hal


Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.

Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb. (Daha ətraflı)



Redaktə Azərbaycanın Milli qəhrəmanları


Redaktə Yeni məqalələr


Redaktə Təlabat olan səhifələr


Redaktə Cəbhə bölgələri