Sıyıq
Sıyıq | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Rusiya mətbəxi | |
Mənşəyi | |
Tərkibi | |
Əsas | |
Təfərrüatları | |
Tipi | İsti yemək |
Sıyıq (rus. Каша; ing. Porridge[1])— suda (və ya süddə) qaynadılmış taxıldan, bəzən isə duz, şəkər, ədviyyat, süd, meyvə və quru meyvələr, mürəbbə kimi əlavələrdan ibarət, əsasən rus mətbəxinə xas olan ənənəvi yemək[2][3][4].
Tarixi
[redaktə | mənbəni redaktə et]Min illərlə insanların sevimli yeməyi olan sıyıq Rusiya mətbəxində çox geniş yayılmışdır. Rus məsəlində deyilir ki, "sıyıq çörəyin ulu nənəsidir"[5]. Sıyıqlar, horralar dəndən, yarmadan, undan hazırlanan duru və ya yarımduru xörəklərdir. Çörək meydana gəldikdən sonra da onlar süfrədə öz əhəmiyyətini itirməmişdir. Orta əsrlərdə sıyıq Şərqdə, xüsusən türk xalqlarının mətbəxində möhkəm yer tutmuşdur. P.Karpini tatarların bişirdiyi horradan bəhs edərək yazır: «Onlar darını suda qaynadıb bişirirlər. Xörək o qədər duru olur ki, onu su kimi içirlər. Səhərlər belə horradan iki çömçə içmək gün ərzində adamı tox saxlayır. Tatarlar axşam vaxtı isə ətli şorba yeyirlər». Başqırdlarda əsrlər boyu «butka» adlı sıyıq gündəlik yemək olmuşdur. Onu bayramlarda və ənənəvi günlərdə də bişirmişlər. Uyğurlar ətli, soğanlı düyü sıyığını xoşlayırlar. Orta əsrlərdə Skandinaviya ölkələrində arpa sıyığı çox yayılıbmış. «Kaşa» rus xalqının «şi»dən sonra ən çox yayılmış qədim xörəklərindən biridir. Onu bayramlarda, şənliklərdə, toy və ad günlərində bişirirlər. «Kaşa» üçün müxtəlif yarmalardan istifadə edilir. XIV əsrdən etibarən Rusiyada düyü yayılmağa başlayandan sonra, sıyığı düyüdən də bişirməyə başlayıblar. XVII əsrdə Rusiyada buğda, arpa, darı və qarabaşaqdan bişirilmiş sıyıqlar çox geniş yayılmışdı. «Kaşa»nı yağla, südlə, ya da ət suyu ilə yeyirdilər. Avropada Makedoniyalı İsgəndərin əsgərləri ilk düyü sıyığı yeyənlərdən olublar. Yunanlar noxuddan, mərcidən hazırlanmış şorbaları, eləcə də arpa horrasını qədimdən istifadə edirlər. Qədim İtaliyada pirincdən sıyıq bişirirdilər. Qarğıdalı Avropaya yayılandan sonra italyanların «polenta», rumınların isə «mamalıqa» adlanan kütləvi sıyıqları meydana gəlib. Sıyıq və horraları Afrikada da xoşlayırlar. Qədim vaxtlarda Əlcəzair və Tunisdə sarımsaq əlavə etməklə mərcini yağda qaynadır, kalorili horra hazırlayırdılar. Cənubi Afrikada yaşayan zuluslar qarğıdalı yarmasını ət suyunda isladır və həll etdikdən sonra ondan bərk sıyıq hazırlayırlar[6].
Ayrı-ayrı ölkələrdə dəndən, yarmadan başqa undan horra, xəşil, umac və sairə bu kimi milli yeməklər bişirirlər. Azərbaycanlılar umacı belə hazırlayırlar: Unun üstünə su çiləyir, ovuşdurur, qaynar qazana tökürlər. Sonra da ona quyruq və ya yağ, eləcə də yumurta və yağda qızardılmış soğan əlavə edirlər. Umacı qarğıdalı və ya buğda ununa, adətən süd əlavə etməklə uyğurlar da bişirirlər. Undan qatı xörəklər də hazırlayırlar. Gürcüstanda yaşayan minqrellər haqqında XIX əsrin birinci yarısına aid məlumatda deyilir ki, «qomiya» onlar üçün çörəyi əvəz edir. Bu, undan bişirilən qatı kütlədir, elə qatıdır ki, onu əldə tutub yemək olur. Çərkəzlərin qomiyanı xatırladan «poseta» adlı xörəyi vardır. Onlar bu xörəyi ətlə yeyirlər. Ləzgilərdə «sav» deyilən xoşagələn xörək növü vardır. Onu hazırlamaq üçün dəni qovurur, dəyirmanda üyüdür, alınmış diri unu su, qatıq, ya da süddə isladır, sonra üstünə yağ töküb yeyirlər. Bu xörəyin mənşəyi uzaq keçmişə-eneolit dövrünə gedib çıxır. Yunanlar də keçmişdə arpa unundan xəmir yoğurur, yarma şəklinə salır, qurudub saxlayır və ondan sıyıq bişirirdilər. Bu xörəyi daha çox yoxsullar hazırlayırmış. Bəzən unu yağda qızardır, sonra su əlavə edir və bişirirdilər. Azərbaycanda yağda qovrulmuş undan, su və doşab əlavə etməklə yüksək kalorili «quymaq» adlı xörək bişirirlər. Bu çox qədim milli yeməkdir. Osetinlər isə yağda qovurulmuş undan «xaru» adlı xörək hazırlayırlar. XIX əsrdə kasıb kumık ailələrində qovurulmuş buğda unundan şorba (xolva xüdur) bişirirlərmiş. Bir çox ölkədə səhər yeməyi üçün ənənəvi yeməkdir. Ənənəvi olaraq, sıyıq saxsı və ya dəmir qablarda rus sobasında bişirilmiş, indi də qazanlarda, boşqablarda və ya xüsusi qablarda və mikrodalğalı sobalarda bişirilir.
Rusiyada, sıyıq hər zaman orduda, xüsusilə də yürüş şəraitində tez-tez istifadə olunan qaynar yemək olmuşdur. Bu səbəbdən, rus ordusunda ordu aşpazı artıq xüsusi peşə sahibi — "sıyıqçı" (rus. "кашевар") adlandırılır . Bəzi əsgərlər öz sıyığına jarqon ləqəblər verirlər, məsələn, arpa sıyığı xarici görkəminin xüsusiyyətlərinə görə, şrapnel (içi xırda güllələrlə doldurulmuş top gülləsi) və ya bolt adlanır.
Sıyıq həm də körpə qidasının ayrılmaz tərkib hissəsidir[7]. Sıyığa süd, zeytun, pendir, yağı az olan pendir, yağ, üzüm, quru ərik, quru meyvələr və digər faydalı və digər dadlı və faydalı əlavələr qatmaq olar[8].
Növləri
[redaktə | mənbəni redaktə et]Sıyıqların aşağıdakı növləri vardır:
- Qarabaşaq sıyığı[9] — qarabaşaqdan hazırlanır, rus, belorus, ukrayn və polyak mətbəxində məşhurdur[10];
- Noxud sıyığı — qaynadılmış noxuddan hazırlanır, böyük qida dəyəri və kaloriliyi var[11][12];
- Manna sıyığı — manna yarmasından hazırlanır;
- Quryevsk sıyığı — manna yarmasının süd və çərəzlərlə qarışığından hazırlanır[13].
- Arpa sıyığı — arpa yarmasından hazırlanır[14][15];
- Yulaf sıyığı — yulaf yarmasından hazırlanır[16][17][18] .[19];
- Buğda sıyığı — buğda yarmasından hazırlanır;
- Düyü sıyığı — düyü yarmasından hazırlanır[20];
- Qarğıdalı sıyığı — qarğıdalıdan hazırlanır.
Xüsusiyyətləri
[redaktə | mənbəni redaktə et]Qarabaşaq sıyığı
[redaktə | mənbəni redaktə et]Qarabaşaq sıyığı dəmir, kalsium, B qrupu vitamin, orqanizm tez həzm edən zülallarla (ona görə də Çində ət əvəzi yeyilir) zəngindir. Qan- damar, hipertoniya (qanazlığında), böyrək xəstəliklərində çox xeyirlidir. Həzm sistemini və bağırsaqların işini yaxşılaşdırır. Bundan başqa, qarabaşağın tərkibindəki 8%-lik kversetin maddəsi var ki, xərçəngin müalicə və profilaktikası üçün ən güclü təbii maddələrdən biri sayılır. Kalori dəyəri: 329 kkal/100qr.
Qarğıdalı sıyığı
[redaktə | mənbəni redaktə et]Bağırsaqların işini yaxşılaşdırır. Tərkibindəki silisium dişlərə müsbət təsir edir. Daha bir müsbət təsiri odur ki, az kalorili sıyıq kimi orqanizmdən piylərin əriməsinə kömək edir. Kalori dəyəri: 325 kkal\ 100qr.
Manna sıyığı
[redaktə | mənbəni redaktə et]Yaranmış stereotipə zidd olaraq, çox faydalı sıyıq deyil. Tərkibində allergiyalı bitki zülalı olan qlutein var, digər tərəfdən orqanizmdən kalsiumu yuyur. Lakin mütəxissislər mədə xəstəliklərindən əziyyət çəkənlərə mannı sıyığı tövsiyə edirlər. Kalori: 326 kkal/100 q.
Darı sıyığı
[redaktə | mənbəni redaktə et]Orqanizmdəki artıq mineral duzların, piylərin çıxmasına şərait yaradır. Darı A vitamini ilə zəngindir. Bundan əlavə, darı sıyığında ürək damarlarına faydalı olan kalsium, maqnium var. Əgər yarma ağarıbsa, öz tərkibini itirmişdir. Kalori dəyəri: 334kkal/ 100qr.
Düyü sıyığı
[redaktə | mənbəni redaktə et]Aşağı kalorili sıyıqdır. Tərkibində bir çox bitki zülalları vardır. Aşılanmışının orqanizmə bir o qədər də xeyiri yoxdur. Tez həzm olunur. Kalori dəyəri 323kkal/ 100qr.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Porridge (pronunciation: /ˈpɒrɪdʒ/), Oxford English Dictionary, 6 April 2016 tarixində arxivləşdirilib, İstifadə tarixi: 4 April 2013
- ↑ Fisher, Roxanne. "Eat like an athlete - Beckie Herbert". BBC Good Food. BBC Worldwide. 25 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2014.
- ↑ Chappell, Bill. "Athletes And The Foods They Eat: Don't Try This At Home". The Torch. NPR. 25 July 2012. 9 May 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 April 2014.
- ↑ Randall, David. "Cursed! The astonishing story of porridge's poster boy". The Independent. 19 February 2012. 26 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 February 2018.
- ↑ "Sıyıqlar haqqında kayzen.az saytında". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ Grant, Mark. Roman Cookery. London: Serif. 1999. ISBN 978-1897959602.
- ↑ "Uşağın sıyıqla qidalandırılması". 2018-02-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-01.
- ↑ How to cook perfect porridge Arxivləşdirilib 2019-05-27 at the Wayback Machine, Felicity Cloake, The Guardian, 10 November 2011. An article by an expert who has systematically tried many variants to get the best result.
- ↑ "Гречневая каша — матушка наша, а хлебец ржаной — отец наш родной". 2017-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Гречневая каша". 2022-05-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Polona". polona.pl. 2014-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-22.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "ГУРЬЕВСКАЯ КАША - Книга о вкусной и здоровой пище". www.e-reading.club. 2019-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-07.
- ↑ Перловая каша Arxivləşdirilib 2009-04-21 at the Wayback Machine, kulina.ru
- ↑ Вкусная перловая каша в горшочке Arxivləşdirilib 2018-01-02 at the Wayback Machine, vitacook.onfo
- ↑ The Danish cultural historian Troels Frederik Lund (1840–1921) published a work later known as “Everyday Life in the North”. In his comments (1883) about the development of foods, he highlights porridge as one of the oldest Nordic meals. No other meal is described as frequently as this "from the moment the written sources begun." See: Troels-Lund, Troels Frederik. Fødemidler // Danmark og Norges Historie i Slutningen af det 16de Aarhundrede [History of Denmark and Norway to the End of the Sixteenth Century] (Danish). Copenhagen: C.A. Reitzel. 1883. ISBN 1247189856.
- ↑ Lloyd, J & Mitchinson, J: "The Book of General Ignorance". Faber & Faber, 2006.
- ↑ "How Oats are Processed". buzzle.com. 2016-04-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-28.
- ↑ "Nairn's (2010)". Nairns-oatcakes.com. 2011-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-10-08.
- ↑ «Rice porridge (Juk) A Practical source of nutrition» Arxivləşdirilib 2012-03-17 at the Wayback Machine Пак Чеын, профессордиетологии и питания, Bucheon College, 2008 Spring Koreana. Retrieved 2010-06-16
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Hansı sıyıq daha faydalıdır? Arxivləşdirilib 2016-06-08 at the Wayback Machine
- Где каша, там и наши (rus.)
- Bennett, Lynne Char. "Morning comfort / From Irish oatmeal to Chinese congee to Mexican champurrado, every cuisine offers steaming bowls of cereal to stave off winter's chill". San Francisco Chronicle. 5 January 2005. (ing.)