Sent-Lüsiya bayrağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sent-Lüsiya Dövlət Bayrağı
Təfərrüatlar
Proporsiya 1:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sent-Lüsiya bayrağıKarib dənizində yerləşmiş Sent-Lüsiya dövlətinin rəsmi dövlət bayrağı. 1 mart 1967-ci ildə qəbul olunmuş, 1979 və 2002-ci illərdə kiçik dəyişikliklər edilmişdir.

Bayraq açıq mavi fonda yerləşdirilmiş qara və qızıl sarısı rəngdə yerlədirilmiş iki üçbucaqdan ibarətdir.[1] Açıq mavi fon ölkəni əhatə edən Karib dənizini və Atlantik okeanını simvolizə edir. Bayrağın ortasındakı ağ çərçivəli qara üçbucaq isə bir zamanlar ölkədəki AvropaAfrika mədəniyyətinin göstəricisidir. Bu üçbucağın qarşısında isə dah kiçik olan qızıl sarısı üçbucaq yerləşdirilmiş və ölkəyə zənginlik gətirən günəşə xitab edir. Bayrağın bu cür quruluşu Afrika mədəniyyətinin Karib dənizinin mavi sularında Avropa mədəniyyətinə olan üstünlüyünü ifadə edir. Bu üçbucaqlardan ibarət fiqur ölkədə yerləşən Piton dağlarını da əks etdirir.

Əvvəlki bayraqlar

[redaktə | mənbəni redaktə et]
  1. "Flag of Saint Lucia". February 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]