Türkiyə Böyük Millət Məclisi hökuməti
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
dağılıb | |||
Türkiyə Böyük Millət Məclisi hökuməti | |||
---|---|---|---|
Ankara Hükûmeti Türkiye Büyük Millet Meclisi Hükûmeti | |||
|
|||
«türk. Ya istiklâl ya ölüm! ("Ya istiqlal ya ölüm!")» |
|||
Himn: İstiqlal Marşı |
|||
|
|||
|
|||
Paytaxt | Ankara | ||
Dilləri | türk dili | ||
Rəsmi dilləri | Türk | ||
İdarəetmə forması | Məclis hökuməti | ||
Dövlət başçıları | |||
Məclis Rəisi | |||
• | Mustafa Kamal Paşa (1920 — 1923) | ||
İcra Vəkilləri Heyəti Rəisi | |||
• |
Mustafa Kamal Paşa (1920 — 1921) Fevzi Paşa (1921 — 1922) Rauf Bəy (1922 — 1923) Əli Fəthi Bəy (1923) |
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Ankara Hökuməti və ya Türkiyə Böyük Millət Məclisi Hökuməti — Türkiyə İstiqlaliyyət müharibəsi əsnasında Ankaradakı hökumətə verilən addır.
23 aprel 1920-ci ildə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi (TBMM) bünyəsində, ilk olaraq 25 apreldə Müvəqqət İcra Əncüməni sifətiylə, TBMM Rəisi Mustafa Kamal Paşa başçılığında bir hökumət yaradıldı. Beləcə, İstanbuldakı Osmanlı hökuməti xaricində Ankarada bir hökumət ortaya çıxmış oldu. Əncümən, 3 mayda, İcra Vəkilləri Heyəti adlı hökumət qurulana qədər vəzifəsinə davam etdi. Bu dövrdə bir dövlət başçısı yox idi və bu vəzifəni Məclis Reisi yerinə yetirirdi. Məclis, həmçinin 5 avqust 1921 tarixində çıxardığı Baş komandirlik Qanunu ilə Mustafa Kamal Paşayı baş komandirliyə gətirərək ordunun maddi və mənəvi gücünün artırılması ilə sövq və idarə edilməsi mövzusundakı səlahiyyətlərini icra etmək icazəsi vermişdir. 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsiylə edilən seçkidə Mustafa Kamal Paşa "Reisicumhur" (Prezident) seçilərək dövlət başçısı olmuşdur. Hökumət başkanıysa "Başvekil" (Baş nazir) sifətini almış və Reisicumhur tərəfindən seçilməyə başlanmışdır. Bu səbəbdən 1923-cü ildən sonra qurulan hökumətlər, Türkiyə Böyük Millət Məclisi Hökuməti ya da Ankara Hökuməti olaraq adlandırılmazlar.