Urartu
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Urartu | |
---|---|
Rəsmi dilləri | |
Paytaxt | Tuşpa[d] |
İdarəetmə forması | Monarxiya |
Vikianbarda əlaqəli mediafayllar |
Azərbaycan tarixi |
---|
Etimologiya • Xronologiya • Etnogenez |
Azərbaycan portalı |
Bu məqalə aşağıdaki məqalələr silsiləsinə aiddir: |
Türkiyə tarixi |
---|
Xronologiya |
Türkiyə portalı |
Urartu (ur. KURbi-a-i-na, erm. Ուրարտու, fars. اورارتو) — Qərbi Asiyada, Ermənistan yaylasının (indiki Ermənistan, Türkiyənin şərqi, İranın şimal-qərbi və Azərbaycanın Naxçıvan Muxtar Respublikası) ərazisində yerləşən qədim dövlət. E.ə. I minilliyin birinci rübündə Qərbi Asiya dövlətləri arasında dominant mövqe tutmuşdur.
Erkən dövr
[redaktə | mənbəni redaktə et]Assurlar bu ölkəni Urartu, urartular isə öz ölkəsini Biaynili adlandırdılar. Urartu Şərqi Anadoluda (Türkiyə) Van gölü yanında meydana gəlmiş dövlət idi. E.ə XIII–X əsrlərdə gələcək Urartu ərazisində tayfa ittifaqları yaranmışdı. Şərqi Anadoluda, Van Gölü ətrafında, Cənubi Qafqaz və Şimal-Qərbi İranın bəzi bölgələrini əhatə edən geniş bir coğrafi ərazidə mədəniyyətin təmsilçiləri olan Urartular, e.ə 13-cü əsrdən bəri Aşşur mənbələrində xatırlanır[1][2]. Aşşur kralı I Salmanasar səltənətinin ilk dövrlərində Uruatri ölkəsinin ona qarşı çıxdığını və bu ölkəyə yürüş etdiyini belə anladmışdır :
-“Himme, Uadkun, Barqun Salua, Halila, Luha, Nilipahri, Zinqun - bu səkkiz ölkəni öz gücümlə tutdum. Onların 51 şəhərini ələ keçirdim və məhv etdim. Onların malını qənimət kimi götürdüm. Üç gündə bütün Uruadri ölkəsini əfəndim Aşşurun ayaqları altına atdım ...[3][4] |
.
Aşşur mənbələrində ilk olaraq Urartular Uruatri, daha sonra I Tukulti-Ninurta dövründən kitabələrdə Nairi qəbilə ittifaqı kimi xatırlanırlar[3]. I Tukulti-Ninurtanın Aşurdakı saray kitabəsindəki Nairi ölkəsinin 43 kralının Aşşura qarşı gəldiyini və onlar əsir edilərək zincirlənmiş şəkildə Aşşura gətirildiyi söylənmişdir[3]. Bu kralın kitabəsində Nairi və Yuxarı Dəniz sahillərində 40 kralın adı çəkilir[4]. I Tukulti-Ninurtanın "bütün Nairi ölkələrinin kralı" unvanını qəbul etməsi bu ölkənin siyasi əhəmiyyətini göstərir. Urartu adı bir dövlət olaraq e.ə IX əsrdə Aşşur mixi kitabələrində yad edilir. Aşşur hökmdarı II Aşşurnasirapal (e.ə 883–858) Urartu ölkəsinə yürüş etmişdi. Urartu hökmdarı Aramu (e.ə 864–845) güclü müqavimət göstərmişdi. Mənbələrdən aydın olduğu kimi, III Salmanasar Suriyadakı səfərindən qayıtdıqdan sonra yenidən Urartuya hücum etdi. Qara Nimrud obeliskindəki Aşşur ordusunun marşrut xətti belə təsvir edilmişdir:
-“Geri dönərkən Alzi Ölkəsinin sərhədlərini keçdim. Alzi, Suhni, Daiaeni, Tumme, Urartulu Aramunun kral şəhəri, Arzaşku, Gilzan və Hubuşkiya ölkələrini ələ keçirdim ”[3]. |
III Salmanasarın hakimiyyətinin 3. ilinə aid bir kitabədə isə Aşşur kralının Urartu kralı Aramunun krali şəhəri olan Arzaşku və ətrafındakı şəhərləri fəth etməsindən, Aramunun əlçatmaz dağın zirvəsinə çıxmasından bəhs edilir[1][4][5]. Bu hadisələr III Salmanasarın 856-cı ilə aid kitabəsində belə təsvir edilmişdir:
-“... Daiaeni ölkəsindən hərəkət etdim və Urartulu Aramunun krali şəhəri Arzaşkuya yaxınlaşdım. Urartulu Aramu mənim güclü silahlarımla və dəhşətli müharibəmlə qarşılaşanda qorxdu və şəhəri tərk edib Adduri dağına çıxdı. Onun ardından dağına dırmandım və dağlarda dəhşətli bir müharibə apardım. 3400 döyüşçüsünü qılıncdan keçirdim, sanki Adad kimi onların üzərinə dəhşət yağdırdım və dağı, yun boyayırmış kimi onların qanı ilə boyadım. Onun ordugahını ələ keçirdim. Arabalarını, süvarilərini, atlarını, qatırlarını, eşşəklərini, mallarını, əşyalarıni, qənimətlərini. Böyük miqdarda təhçizatlarını dağlardan aşağıya endirdim. Aramu canını qurtarmaq üçün dağın əlçatmaz zirvəsinə qalxdı. Bütün gücümlə vəhşi bir buğa kimi ölkəsinə hücum edib, onun şəhərlərini xarabaya çevirdim. Arzaşku ilə birlikdə ətrafındakı şəhərləri yerlə bir etdim, dağıtdım və yandırdım. Şəhər qapısının önünə kəsilmiş başları yığdım ...... bundan sonra ........ gənc kişiləri və gənc qadınları, bu yığınların ətrafında dəstə-dəstə qazıqladaraq öldürdüm. Sonra Arzaşkudan ayrılıb Ertia dağına qalxdım .... ”[1][3][5] |
Daha sonra, Aşşur kralının Aşşurun dəhşətli silahının Nairi ölkəsinin dənizinə çatdığı və qurban verməsindən, Gilzanda Nairi qələbəsini anmaq üçün bir stel ucaltdığı xatırlanır[3]. III Salmanassarın 15-ci səltənət ilinə aid kitabədə isə Aramunun məğlub olması və şəhərlərin talan edildiyi yazılmışdır[1][5]. III Salmanasarın mənbələrindəki məlumatlar Urartu Dövlətinin vahid bir dövlət halına gəldiyini, Aşşur mənbələri Urartu və Nairi ölkəsində III Salmanasarın taxta çıxmasından əvvəl əhəmiyyətli dəyişikliklərin olduğunu göstərir[1]. Aşşur mənbələrindən aydın olduğu kimi Aramu birləşmiş Urartu dövlətinin kralı olmuşdur. Ancaq Aşşur kralı e.ə. 832-ci ildə 4-cü Urartu səfərində yeni bir kraldan I Sarduridən bəhs etmişdir. Ancaq Madır Bürcündəki kitabə Aramunun I Sardurinin atası olmadığını sübut edir[1][6]. Melikişviliyə[6] görə, səltənət Aramudan I Sarduriyə keçərkən sülalə dəyişikliyi olmuşdur. B. B. Piotrovski Nairi Ölkəsinin cənubunda Cənub-Şərqi Anadolu Toros dağlarından şimalda Qara dəniz sahillərinə qədər ərazini əhatə etdiyini, e.ə 9-cu əsrin birinci yarısında Aşşur yazılı mənbələrində xatırlanan "Urartu" sözünün "Nairi" sözü ilə eyni mənada istifadə olunduğunu söyləmişdir. Onun fikrinə görə, Aşşurların sərhəd bölgələrində Urartu kralı Aramu və Sarduri ilə müharibələri Urartu dövlətinin inkişafı ilə nəticələndi[3]. Urartu dövləti I Sarduri və onun davamçıları İşpuini və Menua zamanında Ön Asiyanın ən qudrətli dövlətinə çevrilmişdir. Urartu dövləti bölgənin super gücü nə çevrildikdən sonra sərhədlərini genişləndirmə siyasətini davam etdirmiş, Urartu kralları müxtəlif bölgələrə hərbi səfərlər təşkil etmişlərdir. Bu səfərlər sırasında isə Urartunun qudrəti daha da artmış və uzun zaman Ön Asyanın ən güclü dövləti kimi səltənətini davam etdirmişdir[7].
Yaranması və yüksəlişi
[redaktə | mənbəni redaktə et]I Sarduri və İşpuininin dövrü
[redaktə | mənbəni redaktə et]E.ə 833-cü ildə III Salmanasar Urartuya qarşı yeni bir yürüş təşkil etdi. Ancaq güclənmiş Urartu dövlətinə bata bilmədi. I Sardurinin dövründə Urartu vahid şəkildə birləşdi. Belə ki, o Nairi ölkələrini öz siyasi təsir dairəsinə salmışdır.Assur mixi kitabələrində I Sardurinin bu qələbəsinə görə o,"Nairi hökmdarı" adlandırılırdı. I Sardurinin vəfatından(e.ə 825) sonra hakimiyyətə gəlmiş onun oğlu İşpuininin(e.ə 825–810) dövründə Urartunun ərazisi genişləndi. O,Araz çayı vadisində yaşayan tayfalara qarşı çıxış etdi. Bu tayfalar Etuini (Zaqafqaziyada) ölkəsinin hökmdarlarının köməyinə arxalanırdılar. İşpuini şimalda öz sərhədlərini möhkəmləndirmək üçün oraya böyük hərbi qüvvə göndərdi. Şərq istiqamətində Urartu Urmiya gölünə çatan ərazini ələ keçirmək tədbirləri həyata keçirirdi. İşpuini Urmiya gölünün cənub-qərbində Mannanın Meişta vilayətini tutdu, buradan o,cənuba hərəkət edərək Barşua (ass. Parsua) ölkəsinin bir sıra şəhərlərini işğal etdi. Buradan minlərlə mal-qara,at və s.qənimət apardı. Beləliklə e.ə IX əsrin II yarısında Assuriyanın şimalında Van gölü regionunda güclü Urartu dövləti yaranmışdı.
Menua və I Argiştinin dövrü
[redaktə | mənbəni redaktə et]İşpuininin oğlu Menuanın(e.ə 810-781) dövründə Urartu Ön Asiyanın qüdrətli dövlətinə çevrilmişdi.Menuanın hərbi yürüşləri əsasən 3 istiqamətdə yönəlmişdi. Zaqafqaziya və Mannadan başqa o,qərbdə Suriya ərazisinə kimi gəlib çıxmışdı. Menua Araz çayı sahilində indiki(az.Ağrıdağ) Araratdağı sahəsindəki ərazini tutmuşdu. Urartu kralı Menuanın dövründə İğdır bölgəsinə hərbi səfərlər təşkil edildi və məhsuldar Iğdır torpaqlarında yerləşdi. Menua, bölgədəki ələ keçirilmiş torpaqları qorumaq üçün Arazın sağ sahilindəki işğal olunmuş ərazilərdə Menuahinili qalasını tikdirmişdi. B. Piotrovskinin fikrincə Menuahinili qalası Luhiuni şəhərinin yerində inşa edilmişdir[3]. Ancaq Şərqi Anadoluda aparılan araşdırmalar zamanı Menuahinilinin Qaraqoyunlu qalası olduğu təsbit olunmuşdur[8]. Quru divar texnikası ilə tikilən müdafiə obyektlərinin memarlıq xüsusiyyətləri, qalanın Kral Menua dövründə inşa edildiyini sübut edir[8]. Bu qalanın inşası haqqında məlumat Başbulaq kitabəsində verilmişdir[3]. Başbulaq kitabəsində Menuahinilinin inşası belə təsvir edilmişdir:
-“İşpuininin oğlu Menua bu binanı mükəmməl bir şəkildə inşa etdi və mükəmməl bir şəkildə tanrı Xaldiyə qala inşa etdirdi. (Oraya) "Menuahinili" adını verdi. Tanrı Haldinin böyüklüyü ilə İşpuini oğlu Menua qüdrətli kral, Biainili ölkəsinin kralı və Tuşpa şəhərinin hökmdarı[8][9].” |
Urartuların Cənubi Qafqazdakı genişləndirmə siyasəti zamanı Kral Menua bu qaladan mərkəz kimi istifadə etdi. Bu qala Urartuların Cənubi Qafqazda genişlənmə siyasəti üçün mühüm bir yerə sahib idi. Kitabələrdən aydın olur ki, Menua və oğlu Argişti dövründə Urartuların hakimiyyəti Iğdırda və ətrafında daha da gücləndi. Iğdır düzənlikləri Urartuların şimal səfərləri üçün çox vacib bir mövqeyə malik idi[8]. Çünki bu bölgədə üstünlük olmadan Urartular Araz vadisinin şimalındakı torpaqlara nəzarət edə bilməzdilər. Tədqiqatçıların fikrincə, İğdır/Erikua bölgəsini Urartular Cənubi Qafqaz səfərlərində hərbi mərkəz olaraq istifadə etmişlərdir[10][11]. Bu zaman Zaqafqaziyanın cənub-qərbində yaranmış Diauhi (ass.Dayeni,yun.Taox) tayfalarının güclü siyası birləşməsi yaranmışdı.Diauhi ölkəsi üstündə Assuriya ilə Urartu arasında mübarizə gedirdi.Menua Diauhilərin ərazisini işğal etdi.Diauhi Urartulara xərac verməyə məcbur oldu. Cənubda Assuriya sərhədləri təhlükə altına alınmışdı,cənub-şərqdə Manna Urartu işğallarına məruz qalırdı. Van gölünün xeyli cənubunda yerləşən Kumenu (ass. Kuman) şəhərindən tutmuş Assuriya sərhədlərinə çatan ərazi işğal olunmuş,Hatti (Şimali Suriya) və Alzi (indiki Malatya regionu) ölkələrində Assuriya hakimiyyəti ləğv edilmişdi. Menua Mannaya(urart. Mana) soxuldu, ölkəni taladı və yandırdı. Mannaya yürüşü zamanı Meişta (ass. Mesa/Mesi) şəhərini tutdu və oradan Mannanın dərinliyinə soxuldu. O Urmiya gölünün cənub-şərqinə gəlib çatdı. Burada indiki Taş-Təpə adlanan yerdə Menua öz yazılı abidəsini qoydurdu.[12]Menuanın oğlu I Argişti (e.ə 781-760) atasının xarici siyasətini davam etdirdi. Argişti Etiuni ölkəsinə daxil oldu, bir sıra vilayətləri(Uluani,Darani,Luşa,Eriahi,Katarza,İşkiqulu,Kihuni,Aliştu) zəbt etdi. O, burada Erebuni (indiki Qanlı-Təpə) və Argiştihinili (indiki Armavir) qalalarını tikdirdi, bu ölkənin bir hissəsini isə Udiri-Etiuni adlandırdı. Menuanın oğlu Argiştinin İrəvan şəhərindən 15 km şimalda tapılan kitabəsində[3], Etiuni ölkəsinə səfərdən bəhs olunması da bu ölkənin Naxçıvan ətrafında yerləşdiyini sübut edir. Digər Urartu kralı II Argiştinin (e.ə. 714–680) Sisianda aşkarlanmış kitabəsində belə deyilir:
-“Haldinin əzəməti ilə [....] Etiuni ölkəsinin kralı gəldi və ölkəsinin vergisini mənə verdi. Bəzi (?) şəhərlər eşitdim [....] yer, bəzi qonşular aribri; burada qarət etdim, kişiləri, qadınları apardım, şəhərləri yandırdım, qalaları dağıtdım [13]. ” |
Menua oğlu Argiştinin Sarıqamış və Surp Sohakda tapılan kitabəsində Etiuni ölkesinə edilən səfərdən də bəhs edilir[3].[14][15] Urartular Etiuni tayfalarının şimalda, Gökçe gölü ətrafında yerləşdiyini xatırlasalar da, bu tayfaların Naxçıvanın qonşuluğunda məskunlaşan böyük bir tayfa birliyinə çevrildiyini söyləməliyik. I Argişti Qərbdə Fərat çayını keçib,Hatti ölkəsinə çatdı. Burada Assuriya qoşunlarını məğlub etdi. E.ə 779 ,774-cü illərdə o Mannaya basqınlar etdi.Mannanın Buştu,İrkuini,Aşkaya,Uqiştini vilayətlərini tutdu, buradakı Aleteye(türk. Alatey,Altay,Alatau) ölkəsini dağıdıb yandırmış, kişi və qadınları, at və mal- qaranı, hətta dəvələri qənimət kimi aparmışdı. Mannaya sonuncu yürüşü I Argişti belə təsvir edir:
-"Mən Manna ölkəsinə getdim,ölkəni çapıb-taladım,şəhərlərini yandırdım.Şimerihadirini,istehkamlı hökmdar sarayını tutdum,kişi və qadınları oradan apardım." |
Assuriya ilə mübarizə
[redaktə | mənbəni redaktə et]II Sarduri və I Rusanın dövrü
[redaktə | mənbəni redaktə et]II Sardurinin dövrü(E.ə 760-730)
[redaktə | mənbəni redaktə et]I Argiştinin oğlu II Sarduri hakimiyyətə gələn zaman Urartunun çiçəklənməsini təmin edən beynəlxalq şərait hələ dəyişməmişdi. Assuriya siyasi böhrandan çıxmamışdı. Buna baxmayaraq II Sarduri bütün istiqamətlərdə müharibələr aparmalı olurdu. II Sardurinin şimal yürüşləri daha uğurlu keçirdi. II Sarduri Ağrıdağ vadisindəki üsyanlarla əlaqədar olar Göyçə gölünün qərb sahilinə doğru yürüşlər təşkil etdi. Bu yürüş nəticəsində o, Urartuya təxminən 60000 hərbi əsir gətirdi. II Sarduri həmçinin Assurilər ilə də toqquşmalı olurdu. Döyüşlərin birində V Aşşurnirari (e.ə 754–745) üzərində qələbə çaldı. O, Urartunun siyasi təsirini cənubda Dəməşqə kimi yaya bildi.Qərbdə Şupria(Subar bəyliyi) ölkəsini Urartuya tabe etdi. II Sarduri həmçinin Mannaya da yürüş təşkil etdi. II Sarduri salnaməsində qeyd edir:
-"Sonra mən Manna ölkəsinə yola düşdüm,ölkəni tutdum,kəndləri yandırdım və dağıtdım,ölkəni tar-mar etdim,kişi və qadınları Biayniliyə sürüb apardım" |
II Sarduri Urartunun Manna torpaqlarının bir qismi üzərində siyasi təsirini yenidən bərpa etdi, Urmiya gölünün yuxarı sahilinə keçərək 45 Manna qalasını və yaşayış məntəqəsini tutdu. Eyni zamanda istehkamla möhkəmləşdirilmiş Libliuni hökmdar şəhərini və Puluadi ölkəsini ələ keçirdi. O, burada abidə qoydurdu. Bu abidə indiki Cənubi Azərbaycanın şimal hissəsində(indiki Qaraca Dağ vilayətinin Sakindil kəndi yanında) aşkar edilmişdi. E.ə 745-ci ildə Assuriyada hakimiyyətə gələn III Tiqlatpalasar Aşşurun siyasi qüdrətini bərpa etmək naminə e.ə 743-cü Şimali Suriyada Urartu ilə döyüşə başladı. II Sarduri Suriya hakimləri ilə birlikdə Aşşur ordusuna qarşı döyüşə girdi. Birləşmiş qüvvələr məğlub oldu, II Sarduri Urartuya qaçdı. E.ə735-ci ildə Urartuya hücuma keçdi, II Sarduri məğlub oldu. Aşşur ordusu Tuşpa şəhərini mühasirəya aldı, amma tuta bilmədi. Salnamə yazır:
"Urartulu Sardurini onun baş şəhəri Tuşpada qapadım,şəhər darvazası qarşısında böyük qırğın saldım,mən əlahəzrətlərin təsvirini darvaza önündə qoydurdum" |
Bundan sonra III Tiqlatpalasar Urartu ərazisində müqavimətə rast gəlmədən dolandı və geriyə qayıtdı. Urartu bu zərbədən sonra bir daha özünə gələ bilmədi. Urmiya gölü hövzəsində Assuriya ağalığı bərqərar oldu. Assuriyanın vassalı Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə başladı.
I Rusanın dövrü
[redaktə | mənbəni redaktə et]II Sardurinin oğlu I Rusa Urartu dövlətinin keçmiş qüdrətini qaytarmaq üçün cəhd göstərirdi. Bu məqsədlə Göyçə gölü ətrafına yürüş təşkil etdi. Bu ərazinin 23 hökmdarını əsir aldı. I Rusa zəbt edilmiş ərazilərdə 2 şəhər qalası saldırdı, və onlara Teyşeba və Haldi tanrılarının adını verdi[3]. Nor-Bayayıt yaxınlığındakı kitabədə deyilir:
-“... Sardurinin oğlu Rusa danışır: Uelikuhi ölkəsinin kralını məğlub etdim, onu kölə etdim, ölkəsindən qovdum, burada bir idarəçi təyin etdim. Tanrı Xaldi qapısını və möhkəm qala tikdim, Xaldi şəhəri adını verdim[3]. |
I Rusa cənubda Assuriya ilə toqquşmalı oldu. İlk növbədə o Assuriyaya qarşı Musasir (urart Ardini) vilayətinin hakimi Urzuna ilə dostuq əlaqələri qurdu. Urzuna onun hüzuruna gəldi, və könüllü olaraq Urartuya tabe oldu. Eyni zamanda kömək olaraq ona hərbi dəstələr göndərdi. Bundan sonra I Rusa Assuriyanın dağlıq rayonlarına hücum etdi və mənbələrin məlumatına görə buranın kişilərini qılıncdan keçirtdi.Musasir Assuriyaya qarşı mü barizədə dayaq nöqtəsinə çevrildi. Musasir şəhəri həmçinin Urartunun baş ibadətgahına çevrildi. Burada Haldi Allahına sitayiş edirdilər. I Rusa Manna vilayət canişinlərini Assuriyanın əleyhinə qaldırırdı. Bunun nəticəsi olaraq II Sarqon e.ə 714- ci ildə Manna ərazisinə daxil oldu, üsyançı canişinlərə divan tutdu. I Rusa döyüşdə məğlub oldu, və Mannadan Urartuya kimi qaçdı, II Sarqon onu Tuşpaya kimi qovdu. I Rusa canına qəsd etməyə məcbur oldu. Mənbə xəbər verir ki,
"O,Tuşpanı(yaxud Turuşpa),öz hökmdar şəhərini tərk etdi və ovçudan qaçan kimi dağlara qalxdı,hamilə(arvad) kimi yorğan döşəyə yıxıldı,çörək və sudan imtina etdi,əlacsız azara tutuldu" |
Bundan sonra Urzuna tək qaldı, II Sarqon Musasir şəhərinə daxil oldu. Urzuna dağlara qaçdı. Əhalini vahimə bürüdü. Onlar aman istədilər. Mənbə Musasirdə yaranmış vəziyyəti belə təsvir etmişdir
"...Oranın adamları,qoca və qarıları evlərin damına qalxaraq acı-acı ağlayırdılar,canlarını xilas etmək üçün onlar əl-ayaqları üstə mənim qabağımda süründülər.Urzana,onların padşahı,hökmdar Aşşurun(allah) sözünə qulaq asmadı və mənim hökmranlığımı boynundan atdı və mənə xidməti saymadı,buna görə mən də şəhər əhalisini əsir aparmaq qərarına gəldim.Urartunun dayağı olan allah Haldini aparmağı əmr etdim.Onun böyük darvazaları qarşısında onu(Haldi heykəlini),(Urzunanın) arvadını,onun oğullarını,qızlarını,adamlarını,ata evinin törəmələrini mən əsir tutdum...Mən Musasirə,Haldi allahinin yaşadiği yerə zəfərlə daxil oldum və sarayda,Urzananın mənzilində hökmdar kimi əyləşdim". |
II Sarqon Musasir xəzinəsini ələ keçirtdi və buradan saysız-hesabsız var-dövlət apardı.1000 kiloqramdan artıq qızıla və 5000 kiloqramdan artıq gümüşə sahib oldu. Qənimət kimi lacivərd,əqiq və müxtəlif metal külçə və əşyaları Assuriyaya apardı. Bu ağır zərbədən sonra Urartu bir daha özünə gələ bilmədi. I Rusa canına qəsd etməyə məcbur oldu[3]. Salnamə yazır ki,
"Ursa (Rusa), Urartu hökmdarı, eşidəndə ki, Musasir dağılıb, Allahı Haldi aparılıb, öz əli ilə kəmərindəki dəmir xəncərlə özünü öldürdü". |
Assuriya ilə mübarizədə Urartu özünə müttəfiq axtarıb tapırdı, lakin müttəfiqlərin gücünü vahid cəbhədə birləşdirə bilmədi. I Rusa II Sarqon ilə döyüşdə Manna ərazisində məğlub oldu və öz ölkəsinə qaçdı, eyni zamanda Musasir müttəfiqini tək qoydu. Urartunun müdafiəsini təşkil edə bilmədi və nəticədə Assuriya ilə mübarizəni uduzdu.
Tənəzzülü və süqutu
[redaktə | mənbəni redaktə et]Assuriya ilə münaqişələr Urartunun siyasi təsir dairəsini xeyli məhdudlaşdırdı. II Argişti(e.ə 714–685) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi. II Argişti ölkədə tikinti işlərinə daha çox diqqət yetirirdi. Şimalda(İrəvan yanında) Teyşebani qalasını tikdirmişdi.
Assuriya ilə münaqişələr Urartunun siyasi təsir dairəsini xeyli məhdudlaşdırdı. II Argişti(e.ə 714–685) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi. II Argişti ölkədə tikinti işlərinə daha çox diqqət yetirirdi. Şimalda(İrəvan yanında) Teyşebani qalasını tikdirmişdi. Assuriya ilə münaqişələr Urartunun siyasi təsir dairəsini xeyli məhdudlaşdırdı. II Argişti(e.ə 714–685) dövründə Urartu qonşu ölkələrdə siyasi mövqeyini itirmişdi və daha çox ölkənin daxili işləriylə məşğul idi. II Argişti ölkədə tikinti işlərinə daha çox diqqət yetirirdi. Şimalda(İrəvan yanında) Teyşebaniqalasını tikdirmişdi. O, yəqin ki, ölkədə oxatma yarışları təşkil edirdi. Özü də mahir oxatan imiş. Bu haqqda müvafiq abidə məlumat verir.
"Argişti,Rusanın oğlu,bu yerdən... 950 dirsək(təxminən 476 m) məsafəyə ox atmışdır" |
II Rusa (e.ə.685–645) xarici siyasətdə dəyişiklik yaratmaq cəhdi göstərirdi. O,Assuriya ilə sülh münasibətləri yaratdı. II Rusa qərbdə,Kiçik Asiya ərazisinə hərbi yürüşlər təşkil etdi. Urartu hökmdarı kimmer və skif tayfalarını orduya cəlb etdi. Lakin II Rusanın bu cəhdləri Urartunun əvvəlki qüdrətini bərpa edə bilmədi. IIISardurinin (e.ə 645–635) dövründə Urartu Assuriyadan vassal aslılğında idi. Sarduri Aşşur hökmdarını "mənim ağam" adlandırırdı. Lakin tezliklə Assuriya(e.ə 605) bir dövlət kimi siyasi xəritədən silindi. Müttəfiqlər(Midiya və Babil) Aşşura yardım etdiyi üçün Urartunu özlərinə düşmən saydılar. Sonradan hakimiyyətə gəlmiş Erimena (e.ə 635–629),III Rusa (e.ə 629–615) və IV Sardurinin(e.ə 615–595) dövründə dövlət zəiflədi və E.ə 590-cı ildə Midiya tərəfindən bu ölkənin varlığına son qoyuldu.
Ermənilər ilə əlaqə
[redaktə | mənbəni redaktə et]Dünyanın ən ciddi elmi dairələrində ən güclü urartoloq kimi qəbul edilən, amma məhz erməni "elmi dairələri" tərəfindən bir çox hallarda aldadılmış və bu səbəbdən də ciddi yanlışlıqlara yol vermiş akademik B. B. Piotrovskinin qənaətlərinə görə,
"…Uruatri adına ilk dəfə eramızdan əvvəlki XIII əsrin əvvəllərində, Aşşur çarı I Salmanasarın yürüşlərinə dair salnamələrdə rast gəlinir. Eramızdan əvvəlki XIII–XII əsrlərə dair kitabələrdə Uruatri kəlməsinə nadir hallarda təsadüf olunsa da, hər halda əldə olunan məlumatlara əsasən bu dövlətin Assuriya çarlığının şimalında, Van gölü hövzəsində olduğunu söyləmək mümkündür. Assuriya ilə Urartunu bir-birindən assuriyalıların Nairi dənizi adlandırdığı Van gölünün cənubundakı Nairi dövləti ayırırmış…"[16][17]
Dil və mədəniyyət baxımından urartulular hurri-het ənənələrini davam etdirirdilər.
Melikişvili qeyd edir ki, Urartu və hurri dilləri arasında qohumluq əlaqələri artıq şübhə doğurmur. Buna baxmayaraq, mif yaradıcılığını davam edən erməni müəlliflər onlara heç bir aidiyyəti olmayan qədim Urartu irsinə sahib çıxmağa çalışırlar. Məsələn, Gevorg Emin ermənilərin Urartu ərazisində, bu dövlətin meydana gəlməsindən əvvəl yaşadıqlarını və Urartunun erməni çarları tərəfindən yaradıldığını iddia edir. S. Ayvazyan urartu dili ilə müasir erməni dili arasında "fonetik uyğunluq" tapmış, erməni mixi kitabələrində əlifba yazısının olduğunu və ermənilərin finikiyalılardan daha tez əlifba yaratdıqlarını söyləmişdir. O, əvvəlcə Hayasa, Nairi, Urartu və Ermənistanın eyni dövlət olduğunu bildirir, sonradan isə ünuniyyətlə Urartu adlı dövlətin mövcud olmadığını, onun ərazisində əsrlər boyu Ermənistan dövlətinin inkişaf etdiyini bildirir.
Patkanyan da urartutluları ermənilərlə eyniləşdirir.
V. N. Xaçatryan Hayasanı "erməniləşdirdikdən" sonra Urartuya çatır. O, Urartu dövlətinin, əsassız olaraq erməni hesab etdiyi nairililərin (hayasalıların) e.ə. IX əsrin ortalarında çar Armenin hakimiyyəti altında urartulular və şubarlarla birləşməsi nəticəsində meydana gəldiyini və onun əhalisinin çox hissəsini məhz nairililər təşkil etdiyini iddia edir. Urartuda rəsmi sənədləşmənin hakim elitanın dilində aparılmasına baxmayaraq, V. N. Xaçatryan nairililərin öz dillərini (yəni erməni dilini) qoruyub saxladıqlarını, urartuluların ağalığına qarşı fasiləsiz olaraq mübarizə apardıqlarını, urartulular və şubarların nairililər tərəfindən assimilyasiyaya uğradıldıqlarını və nəticədə erməni xalqının formalaşdığını göstərir. M. İ. Dyakonova görə, tarixdə nairi adlı tayfa ittifaqı mövcud olmamışdır, Nairi coğrafi addır, V. N. Xaçatryanın iddiaları isə heç bir sübuta əsaslanmır və faktik materialın təhrif olunmasıdır.
V. N. Xaçatryandan fərqli olaraq, A. Mnatsakanyan təkcə Urartu əhalisini deyil, həm də hakim elitanı erməniləşdir və bu zaman S. T. Yeremyanın fikirlərini təkrarlayır. Sonuncu e.ə. VII əsrdə Urartunun erməni sülaləsi tərəfindən idarə olunduğunu bildirir və bunu erməni dövlətçiliyinin başlanğıcı hesab edir, Araz və Ararat vadilərini erməni dövlətçilik ənənələrinin formalaşdığı ərazi kimi qiymətləndirir. Başqa sözlə, S. T. Yeremyan erməniləri regionun aborigenləri sırasına daxil etməyə cəhd edir.
Araz və Ararat vadilərinin ermənilər tərəfindən məskunlaşdırılması ideyası X. Samvelyan, A. Arutyunyan, S. P. Poqosyan, A. R. İonnisyan. B. N. Arakelyan, V. A. Parsamyan, M. İ. Nersisyan tərəfindən də müdafiə olunur. Onlardan bəziləri məskunlaşma prosesini e.ə. V əsrə aid edir və e.ə. 316-cı ildə bu ərazidə Ayrarat dövlətinin yarandığını iddia edir, digərləri bu dövlətin daha tez, e.ə. VI əsrin birinci yarısında yarandığını bildirir, başqaları isə Araz və Ararat vadilərinin ermənilər tərəfindən urartuluların köçürmə siyasəti nəticəsində məskunlaşdırıldığını önə çəkir və s. Fikirlərin üst-üstə düşməməsi və ziddiyyətli xarakter daşıması sübhəsiz ki, müəlliflərin sərəncamında ciddi faktların və mənbələrin olmaması və onların problemlərə volyuntarist yanaşmaları ilə bağlıdır.
Erməni müəlliflərdən M. A. Katvalyan da erməni xalqının formalaşmasını Urartu ilə bağlayır, o, bu dövlətin mərkəzini Van gölündən şimalda yerləşdirir (V. A. Şnirelman müasir tədqiqatçılardan heç kimin buna risk etmədiyini bildirir), onun qənaətinə görə, Urartu adı Ararat adından törəmiş və aborigen əhali (ermənilər nəzərdə tutulur) Urartu çarlarına qaşı mübarizə aparmamış (V. N. Xaçatryan bunun əksini iddia edirdi), dövlətin əhalisi xarici təhlükəyə, Assuriya təhlükəsinə qarşı birləşmişdi.
R. A. İşxanyan Urartu məsələsinin "asan həlli yolunu" tapmışdır. O, Urartudan imtina edir, ermənilərin e.ə. IX – VII əsrlərə aid tarixini "erməni Van çarlığı" ilə bağlayır. O, eyni zamanda qeyd edir ki, "Ermənilərin və ya erməni xalqının tarixini erməni dilinin meydana gəldiyi vaxtlardan başlamaq lazımdır, yəni erməni dilinin daşıyıcıları – həm qədim dövrdə, həm orta əsrlərdə, həm də hal-hazırda ermənilərdir (və ya erməni xalqıdır)". Erməni dili və dövlətinin sinxronluğu ideyasını irəli sürərkən R. A. İşxanyan nəzərə almır ki, e.ə. IX–VII əsrlərdə erməni xalqı kimi, erməni dili də mövcud olmamışdır. E. Q. Tumanyan qədim erməni dilinin bizim eranın V əsrində formalaşdığını bildirir.
Erməniləri qədimləşdirmək naminə tarixi saxtalaşdırmaq işinə öz imzasını atmış A. Petrosyan da etiraf edir ki, Urartu yazıları erməni dilində deyildir, bununla belə o, müasir ermənilərin əcdadlarının Urartu ərazisində ilk vaxtlardan yaşadıqlarını, dövləti yaradan urartuluların özlərinin isə gəlmə olmaları barədə fikirlərə şərik çıxır. Ardini, Kumenu və Şivinini Urartu panteonunun baş allahları hesab edən A. Petrosyan, onlardan birinci ikisini Haldi və Teyşebani, ücüncünü isə Van şəhəri ilə əlaqələndirir. Eyni zamanda Vanın cənubdan gələnlər (urartulular nəzərdə tutulur) tərəfindən işğal olunduğunu bildirir, buna əsaslanaraq urartu dilinin və hakim sülalənin vətəni kimi, bu dövlətin tərkibinə daxil olmayan cənub rayonlarını göstərir, Urartu dövlətinin və mədəniyyətinin də məhz bu azsaylı cənublular tərəfindən yaradıldığını, onların dövlətdə hakim təbəqəni təşkil etdiklərini bildirir: "Abidələr, gil kitabələr və s. daxil olmaqla, Urartu mədəniyyəti ölkənin geniş əhali kütlələri tərəfindən deyil, əsasən dövlətin yüksək təbəqələri tərəfindən yaradılmışdır. Məğlub olmuş ölkələrdə şəhərlər və qalalar imperiyaya loyal, lakin etnik cəhətdən homogen olmayan, bəzən uzaq vilayətlərdən köçürülmüş əhali tərəfindən məskunlaşdırılırdı. Saxsıdan başlamış məbədlərə qədər Urartu mədəniyyət abidələri bu mərkəzlərdə cəmlənmişdir. Yerdə qalan əhali dövlətin birbaşa nəzarətindən kənarda yaşayır və özlərinin, "urartulularınkından" mahiyyətcə fərqli olan əvvəlki mədəniyyətini, əvvəlki həyat tərzini saxlayır və tez-tez Urartu dövlətinə düşmən münasibət bəsləyirdilər". Urartu dövlətinin e.ə. IX–VI əsrlərdə mövcud olduğu və A. Petrosyanın qeyd etdiyi kimi, Urartu dövlətinin və mədəniyyətinin hakim təbəqə tərəfindən yaradıldığı, bu dövlətin imperiyaya çevrildiyi və orada köçürmə siyasətinin həyata keçirildiyi nəzərə alınsa, onda digər etnosların üç əsr ərzində özlərini kifayət qədər güclü olan hakim təbəqənin siyasi-hərbi və mədəni təsirindən necə qoruduqları sualı meydana çıxır. A. Petrosyan bu məsələlərin üzərindən sükutla keçir.
Həqiqətdə Urartu mədəniyyəti əsasən şəhərlərdə, köçürmə nəticəsində bu şəhərlərdə məskunlaşan əhalinin də iştirakı ilə inkişaf edirdi. Qeyd olunan şəhərlərin bəziləri coğrafi cəhətdən indiki Ermənistan Respublikasıın ərazisində lokallaşdırılsa da, hayların əcdadlarını Urartu mədəniyyətinin yaradıcıları sırasına daxil etmək düzgün deyildir, çünki haylar e.ə. VII əsrdə, friqiyalıların bir qolu kimi başqa istiqamətə, Fərat çayı sahillərinə miqrasiya etmiş və tabe vəziyyətdə olduqları üçün regionda gedən proseslərə təsir imkanlarından məhrum olmuşdular. O ki qaldı Urartuya daxil olan müxtəlif tayfaların öz mədəniyyətlərini və həyat tərzlərini qoruyub saxlamalarına, bu tezisin də həqiqəti əks etdirdiyini hesab etmək olmaz, çünki burada urartu-hurri qohumluğu əsasında güclü bir mədəniyyət formalaşmışdı. Bu mədəniyyətin təsir imkanları o dərəcədə güclü idi ki, hətta Uratunun mövcud olduğu ərazisi gələcəkdə əhəmənilərin nəzarətinə keçdikdə belə, "kütləvi xalq mədəniyyəti bir çox hallarda urartu ənənələrini davam etdirirdi". Belə bir şəraitdə xırda və dağınıq tayfaların Urartuya siyasi-hərbi və mədəni müqavimət göstərməsi sadəcə mümkün deyildi.
M. İ. Dyakonov da Urartunu qüdrətli dövlət hesab edirdi. E.ə. VIII əsrin ortalarına doğru "…Urartu gücünə görə az qala Assuriyanı üstələyəcəkdi. Urartu inzibati sistemi o dərəcədə təkmil idi ki, mümkündür ki, Assuriyada uyğun islahatların keçrilməsi üçün nümunə olmuşdu… Arme-Şubriya və Hubuşkiya istisna olmaqla, Erməni yaylası bütövlükdə, Mərkəzi və Qərbi Zaqafqaziyanın əhəmiyyətli hissəsi urartulular tərəfindən işğal olunmuşdu, urartulular Yuxarı Fərat vadisində hələlik möhkəmlənə bilməmişdilər, lakin artıq Yuxarı Suriya İttifaqının "himayədarı" kimi qəbul edilmişdilər".
Gürcü mütəfəkkiri İ. Q. Çavçavadze Urartunu erməni dövləti kimi təqdim edənlərə "fəryad edən daşların" dili ilə etiraz edir. O, Q. Qolmstremə istinadən bildirir ki, Dəclə və Fərat çaylarının yuxarılarında, Van, Urmiya, Göyçə gölləri ətrafında çoxsaylı tayfa yaşamış, e.ə. X – IX əsrlərə aid Assuriya mənbələrində "nairi" adlandırılan bu tayfalar, e.ə. IX əsrdə bir dövlətdə, Urartu dövlətində birləşdilər. Mərkəz kimi əvvəlcə İrəvan çökəkliyini seçən, sonradan isə strateji amillər nəzərə alınaraq onu Van gölü ətrafına köçürən urartulular öz mədəniyyətlərini assur-babillərdən əxz etmişdilər. Assur kitabələri Urartu mədəniyyəti, burada şəhərlərin və sarayların meydana gəlməsi, kanallarıт çəkilməsi və s. haqqında məlumat verir, lakin bu kitabələr ermənilərin mənşəyini urartulular ilə bağlamaq üçün əsas ola bilməz. Bundan başqa, İ. Q. Çavçavadze fransız alimi Lenorman və ingilis alimi Raulinsin tərəfindən müdafiə olunan maraqlı bir fikrə də istinad edir: urartu dili və mixi yazılar ermənilərə deyil, alarodilərə aiddir, "nə bu dil, nə xalq erməni dili və xalqı ilə heç bir qohumluğa malik deyil".
Linqvistik və mədəni xüsusiyyətləri baxımından urartulular hurrilərə yaxın idilər. M. İ Dyakonov ilk vaxtlarda urartulular və hurrilərin bir etnos olduqlarını güman edir.
Etnik dövlət və dil uyğunluğu məsələsi emosiya və hisslərə qapılaraq mif yaradıcılığı ilə məşğul olan ermənilərin əsərlərində qaranlıq qalan məqamlardandır. Onların "erməniləşdirdikləri" qədim dövlətlərin əhalisi çox vaxt erməni dilinin daşıyıcıları olmurdu. Məsələn, qədim erməni dili haqqında irihəcmli əsərin müəllifi olan E. Q. Tumanyan erməni dilinin tarixini üç mərhələyə bölür: qədim dövr (V–XI əsrlər), orta dövr (XII–XVI əsrlər) və yeni dövr (XVII əsrdən hal-hazıradək). Göründüyü kimi, müəllif qədim erməni dilinin başlanğıc nöqtəsi kimi V əsri götürür. O, bu haqda qeyd edir ki, "Orijinal erməni əlifbası və onunla birlikdə ədəbiyyatı bizim eranın IV əsrinin sonu – V əsrinin əvvəllərində meydana gəlmişdir. Qədim erməni dili günümüzə çoxsaylı abidələrdə, daha çox tarixi, fəlsəfi və dini janrlarda gəlib çatmışdır. Bizim eranın V əsrinin, daha dəqiqi, onun birinci yarısının abidələri daha nümunəvi hesab olunur". Daha qədim zamanlara gəldikdə isə, E. Q. Tumanyan bildirdiyinə görə, e.ə. VII – II əsrlərdə ermənilər qonşu tayfaları assimilyasiyaya uğratdır, bu zaman iran, yunan, suriya və s. dillərdən çoxlu sayda söz erməni dilinə keçir, həm də, bu dövrdə ermənilərin əlifbası olmadığı üçün, onlar saray işlərində, təhsildə və ibadət zamanı yunan, suriya və fars dillərindən istifadə edirdilər. Əgər, bəzi erməni müəlliflərin iddia etdikləri kimi, onların dövlətçik ənənələri e.ə. III minillikdən başlayırsa, ermənilərin Hayasa, Urartu və s. qədim dövlətləri mövcud olmuşdusa, onda bu "qüdrətli" xalqın yazı mədəniyyəti hansı səbəbdən bizim eranın V əsrinə qədər gecikmişdir? Cavab sadədir. Qeyd olunan dövlətlərin ermənilərlə heç bir əlaqəsi olmamışdır. Ermənistan adlı coğrafi ərazidə isə müxtəlif inkişaf səviyyəsində olan çoxlu sayda müxtəlif tayfa yaşayırdı.
Ümumiyyətlə, məqsədləri ermənilərin Anadolu yaylasına və Cənubi Qafqaza miqrasiya prosesləri nəticəsində gəlmələri haqqındakı konsepsiyalara kölgə salmaq olan bu müəlliflərin fikirləri tarixi həqiqətlə kolliziya yaradır, bu səbəbdən də, onlar öz iddialarını əsaslandırmaqda çətinlik çəkir, çox vaxt bir-birini təkzib edirlər. Bu o dərəcədə aşkar bir haldır ki, hətta erməni müəlliflərin özləri də bunu etiraf etmək məcburiyyəti ilə üzləşirlər. Məsələn, B. A. Arutyunyan son dövrlərdə Ermənistan tarixşünaslığı haqqında danışarkən qeyd edir: "Ermənilərin mənşəyi haqqında Balkan nəzəriyyəsi ciddi tənqidə məruz qalmış, nəyin bahasına olursa-olsun Urartunun Ermənistan ilə identikliyini sübut etməyə cəhdlər olmuşdur". Bəli, məhz nəyin bahasına olursa olsun, yəni məqsəd vasitəni müəyyənləşdirir.
Tarixi vətən axtarışında olan ermənilər bu sahədə artıq müəyyən "uğurlar" da əldə etmişlər. Fidanyanlar, sarkisyanlar, yüzbaşyanlar, yeremyanlar tərəfindən bu vaxta qədər ondan çox "Ermənistan dövləti" kəşf edilmişdir. Onların hazırladıqları xəritələrdə Birinci Ermənistan, İkinci Ermənistan, Üçüncü Ermənistan, Dördüncü Ermənistan, Dərin Ermənistan, Daxili Ermənistan, Böyük Ermənistan, Yustinian Ermənistanı, Mesopotamiya Ermənistanı, Kiçik Ermənistan, Kilikiya Ermənistanı, Qərbi Ermənistan, Şərqi Ermənistan, Baqratidlər Ermənistanı, Bizans Ermənistanı, Türkiyə Ermənistanı, Persiya Ermənistanı və s. özünə yer almışdır.
Ermənilərin tarixi saxtalaşdıraraq Urartuya sahib çıxmaq istəklərini motivasiya edən səbəblərdən biri, onların tarixin erkən dövrlərində öz dövlətçilik ənənələrindən məhrum olmaları və dünyanın müxtəlif ölkələrinə səpələnmələri ilə bağlıdır. Urartu və regionun digər qədim dövlətlərini "özəlləşdirmək" ermənilərə daha çox, öz qonşularına qarşı əsassız ərazi iddiaları irəli sürərkən tarixi hüquq anlayışına istinad etmək üçün lazımdır.[18]
İctimai-siyasi quruluş
[redaktə | mənbəni redaktə et]Urartulular əkinçilik, maldarlıq, atçılıq, üzümçülük, bağçılıq və sənətkarlıqla məşğul olmuşlar. Menuanın hakimiyyəti dövründə ölkədə suvarma işlərinə xüsusi diqqət yetirilirdi. Van gölünün şimal hissəsində bir neçə qollara ayrılan suvarma kanalı çəkilmişdi. Bunlardan biri Menua kanalı adlanırdı. Bu kanal vasitəsilə Van şəhəri içməli bulaq suyu ilə təmin olunurdu. Kanalın aşağı axar hissələri yonulmuş daşlardan hörülmüşdü. Bu daşların bir çoxunun üzərində mixi yazılarda "Menua kanalı" sözləri aşkar edilmişdir.
Menua işğal olunmuş ərazilərdə yaşayış məntəqələri saldırır və qalalar tikdirirdi. O, Urartunun baş allahı Haldinin şərəfinə qala tikdirmiş və onu "Haldi allahının şəhəri" adlandırmışdı. Burada üzüm tənəkləri saldırmış və həmin bağı "Menuanın üzümlüyü" adlandırmışdı. Bir çox tikililər Menuanın adını daşıyırdı. Onun adı əşyalar üzərində "Menuanın malı" ifadəsi ilə həkk olunmuşdu.
Menua atçılığı da inkişaf etdirirdi. Atdan minik vasitəsi kimi və təsərrüfat işlərində, habelə hərbi yürüşlərdə istifadə edilirdi. At çapmaq, at oynatmaq yarışları bir adətə çevrilmişdi.
Mədəniyyət
[redaktə | mənbəni redaktə et]Urartuda dulusçuluq, metalişləmə, zərgərlik və s. sənət sahələri inkişaf etmişdi. Urartu sənətkarları müxtəlif tunc məmulatları-məişət qabları, silahlar (qalxan, dəbilqə, xəncər, ox və s. istehsal edirdilər. Urartunun özünəməxsus yüksək mədəniyyəti olmuşdur. Onlarda memarlıq, yazı mədəniyyəti, incəsənət yüksək inkişaf etmişdi. Urartulular Mesopotamiyadan mixi yazını mənimsəyərək Urartu dilinə uyğunlaşdırmışdılar. Urartu qalalarında daşüstü mətnlər-kitabələr həkk olunmuşdu.
Urartuda dini görüşlər yaranmış, çoxallahlılıq mövcud olmuşdur. Hər tayfa öz allahına sitayiş edirdi. Haldi (səma tanrısı) Urartunun baş tanrısı sayılırdı. Onun şərəfinə qala salınmış, heykəl qoyulmuşdu. Tufan, ildırım və yağış tanrısı Teyşeba, günəş tanrısıı Şivini adlanırdı. Urartu bədii sənətkarlığına məxsus bir çox saxsı, metal, zərgərlik məmulatlarının, möhürlərin üzərində müxtəlif rəsmlər təsvir edilmişdir. Qızıl medalyon üzərində metal-plastika üsulu ilə işlənmiş "taxtda əyləşmiş İlahəyə səcdə edən qadın" təsviri Urartu zərgərlik sənətinin gözəl nümunəsidir. Urartu ərazisinin coğrafi şəraiti müxtəlif olmuşdur. Burada ucqar və yüksək dağlarla yanaşı, məhsuldar vadilər, aran torpaqları mövcud idi. Xüsusilə Haldi tanrısına ithaf edilmiş məbədlərin nüfuzu saxlanılırdı və təbliğ olunurdu. Urartu hökmdarları öz qələbələrini və abadlıq işlərini Haldi tanrısının adı ilə bağlayırdılar. Məbədlərə nəzir verilir və qurban kəsilirdi. İşğal olunmuş ölkələrdən gətirilmiş qənimətin, mal-qaranın və əsirlərin bir qismi məbəd təsərrüfatına bəxş edilirdi. Burada məbədlər hələ böyük torpaq sahələrinə malik deyildilər. Urartu hökmdarları məbəd tikintisinə diqqət verirdilər, lakin məbədlərdə dövlət təsərrüfat formasına oxşar təsərrüfatlar hələ yaranmamışdı.
Ölkənin iqtisadi həyatında dövlət, yaxud hökmdar təsərrüfatı mühüm mövqeyə malik olmuşdu. Dövlət təsərrüfatının geniş torpaq sahələri, sənətkarlıq emalatxanaları, işçi qüvvəsi var idi. Urartu hökmdarları işğal olunmuş ərazilərdə, eləcə də Urartunun özündə müxtəlif abadlıq işləri aparır, yeni qala və şəhərlər salırdılar. Cənubi Qafqazda inşa edilmiş Teyşebaini, Argiştihinili və Erebuni kimi qala-şəhərləri yüksək inkişaf səviyyəsinə çatmışdı. Urartu hökmdarları süni suvarma işini zəruri hesab edir, kanallar çəkdirilirdilər. Bu kanallara bəzən müvafiq hökmdarın adı verilirdi. Bağ-bağça və üzümlüklərin salınması hökmdarın göstərişi ilə həyata keçirilirdi.
Yeni şəhərlərə işğal olunmuş ölkələrin əhalisi köçürülürdü. Belə əsirlər Cənubi Qafqazdan, Şimali Suriyadan və Mannadan gətirilirdi. Köçürülmüş əhali əsasən qul halına düşürdü. Qul əməyi dövlət təsərrüfatında tətbiq olunurdu.
Urartunun apardığı genişmiqyaslı müharibələr ordunun təkmilləşdirilməsini tələb edirdi. Əsirlər Urartu ordusunda xidmətə qəbul olunurdular. Ordunu Assur tipli silahlarla təchiz edirdilər. İşğal olunmuş ölkələrdə hərbi və inzibati mərkəzlər yaradılır, orada hərbi dəstələr yerləşdirilirdi. Bu minvalla əhalinin Urartuya itaətini təmin edirdilər. Ordunun hərəkətini sürətləndirmək məqsədilə süvari dəstələri yaradılmışdı. Ölkədə atçılığın inkişafına lazımi fikir verilirdi, hətta xəracın bir qismini atlar təşkil edirdi. At ölkəyə qənimət kimi də gətirilirdi. Urartuda at çapma və oxatma yarışları keçirilirdi.
Dövlətin ərazisi canişinliklərə bölünmüşdü. İşğal olunmuş torpaqlarda, xüsusilə Cənubi Qafqazda canişinliklər yaradılmışdı. Vilayətin idarə olunması canişinə tapşırılırdı. Hər bir vilayətin hərbi qüvvələri və inzibati idarəsi vardı. Urartunun Cənubi Qafqazda işğalları yerli idarə formalarının dəyişilməsinə şərait yaratdı. Burada xırda hökmdarlar bu və ya digər ərazini idarə edirdilər. Urartunun Cənubi Qafqaza qəsbkarlığı buranın daxili inkişaf prosesini pozur və onların dövlət şəklində birləşməsini ləngidirdi. Urartu mədəniyyətinə Assur, Hurri və Het mədəniyyəti təsir göstərmişdi. İkiçayarasından mixi yazı mənimsənilmiş və Urartu dilinə uyğunlaşdırılmışdı. Urartu sənətkarları istehkam və qala inşası sahəsində püxtələşmiş və şəhərsalma inşaat qaydalarını mənimsəmişdilər.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 6 Tarhan, M. T. "Urartu devleti’nin "kuruluş" evresi ve kurucu krallardan "Lutipri=Lapturi" hakkında yeni görüşler,(1 levha ile birlikte)", Anadolu Araştırmaları. 2011, 8, səh 69–114.
- ↑ Ceylan, A., Ceylan, N. İran Coğrafyasında Urartular. Kafdağı. Erzurum: Güneş Vakfı: 11–35, 2016
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Piotrovskij B.B. Vanskoe carstvo. Urartu Moscow, 1959. 340 səh.
- ↑ 1 2 3 Salvini, M. Urartu Tarihi ve Kulturu (Cev: Belgin Aksoy), İstanbul: Arkeoloji ve Sanat Yayınları. 2006, səh 31–36
- ↑ 1 2 3 Luckenbill, D. D. Ancient Records of Assyria and Babylonia, I: Historical Records of Assyria from the Earliest Times to Sargon. Chicago. 1926 № 604
- ↑ 1 2 Меликишвили Г.А. Наири-Урарту. — Тбилиси: Издательство Академии Наук Грузинской ССР, 1954. — 446 с. — 1000 экз.
- ↑ Bахşəliyеv, Elmar. Urartuların Güney Kafkasya Politikası (PDF) (türk). Naxçıvan: "Əcəmi". 2021. 215s. ISBN 4700000000053. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-06-17.
- ↑ 1 2 3 4 Ceylan, A., Özgül, O. Eskiçağ’da Iğdır Kaleleri. Erzurum: Atatürk Universitesi Yayınları 2018, 192 səh.
- ↑ Payne, M. Urartu Çivi Yazılı Belgeler Kataloğu, İsatanbul. 2006. 430 pp.
- ↑ Özgül O., Morkoç, A. "Urartu Devleti İçin Iğdır’ın Yeri ve Önemi", II İnternational Iğdır Sympozium, 9–11 October 2017. Iğdır: 255–271. 2018
- ↑ Özgül, O., Üngör, İ. "Erikua’da Stratejik Bir UrartuMerkezi: Kasımıntığı Kalesi", Kafkasya Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, 2016 17, 225–240.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
- ↑ Qaşqay, S. Qədim Azərbaycan tarixi mixi yazılı mənəbələrdə. Bakı, 2006, səh 118
- ↑ Ceylan, A., Günaşdı, Y. Erzurumun Eskiçağ Kaleleri. Erzurum, 2018, s95–96.
- ↑ Ceylan, A., Ceylan, N. Doğunun Sönmeyen Yıldızı Akçakale ve Çıldır araştırmaları. Erzurum, 2018. 256 s
- ↑ Piotrovskiy B. B. "Urartu- drevneyşeye qosudarstvo Zakavkazyə". Leninqrad-1939. str.-10
- ↑ "Arxivlənmiş surət". 2012-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-11-08.
- ↑ "Arxivlənmiş surət". 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-08.
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] Azərbaycan haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |