Troyan proqramı
Troyan proqramı — hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı. Bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir.
Troyan proqramlarının adı "Troya atı" ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keçmiş və Troya müharibəsinin taleyini həll etmişlər.
Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompüterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikinci hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa kompüterdə olan ikinci hissə yoluxmuş komputerin IP (şəbəkəyə qoşulmuş hər bir kompüterin unikal identifikasiya ünvanı) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş kompüter kiminsə nəzarətinə keçir – disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, "yenilənmə" düyməsi kömək eləmir və sair. [1]