Vikipediya:Səhifə silmə
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Səhifə silmə |
---|
Ümumi qaydalar |
Ensiklopedik əhəmiyyətlilik kriteriyaları |
Kateqoriyalar |
Müzakirə səhifələri |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 20 iyul — 4 avqust 2021
- Qüvvədədir: 4 avqust 2021-ci ildən
Səhifə silmə — Vikipediya qaydalarına uyğun gəlməyən səhifələrin silinməsi üçün tərtib olunmuş qayda. Vikipediya bir gündə istənilən qədər səhifə aşağıdakı prosseslərə uyğun olaraq silinə bilər.
Vikipediya məqaləsinin silinməsi mövcud və keçmiş bütün versiyalarının silinməsi deməkdir. Səhifə boşaltma və ya redaktə geri qaytarma normal istifadəçilər tərəfindən edilə bilsə də, səhifə silmə sadəcə inzibatçılar tərəfindən icra edilə bilir. Bu prosesin əksi isə bərpa adlanır. Bütün bu fəaliyyətlər silmə qeydləri səhifəsində qeyd olunur. Əgər silmə zamanı konsensusun olmaması ilə bağlı şübhə yaranarsa, inzibatçılar silməni icra etməz.
Məqaləyə {{Sil}} və ya {{Silinməyə namizəd}} şablonu əlavə etməzdən öncə onun tarixçəsinə və müzakirə səhifəsinə baxmaq vacibdir. Ola bilsin ki, məqalənin silinməsi ilə bağlı təkliflər əvvəllər də olmuşdur. Lakin ümumi razılıq nəticəsində saxlanmasına qərar verilmişdir. Tarixçə səhifəsinə baxmaqla bəzən məlum olur ki, məqalə əvvəllər Vikipediya qaydalarına uyğun hazırlanmışdır. Lakin digər istifadəçilərin redaktələri nəticəsində Vikipediya stilinə uyğun olmayan hala salınmışdır. Bu halda məqaləni normal vəziyyətə qaytarmaq mümkündür.
Əgər məqalənin silinməsi ilə əlaqədar əvvəllər heç bir təklif edilməyibsə və ya saxlanması ilə əlaqədar verilmiş arqumentlər sizə yetərli görünmürsə, məqalənin silinməsini təklif edə bilərsiniz. Məqalənin silinib və ya qalmasında tərəddüd edirsinizsə, məqalənin adını Vikipediya:Silinməyə namizəd məqalələr səhifəsinə daxil edin və viki-cəmiyyətin fikrini öyrənin.
Silinmə səbəbləri
Silmə üçün səbəblərdən əsasları aşağıdakılardır:
- Ən azı 1 sürətli silmə kriteriyasını ödəmə;
- Müəllif hüquqları pozuntusu və Vikipediyanın azad məzmun kriteriyalarının pozulması;
- Vandalizm, xətalı istiqamətləndirmələr, yalnız mövzusunu aşağılamaq üçün mövcud olan səhifələr, patent cəfəngiyatı;
- Reklam və ya ensiklopediya məzmununa uyğun olmayan spam;
- Bir mövzu haqqında olan səhifənin alt başlığı ola biləcək səhifələr (istiqamətləndirmə və ya birləşdirmə mümkün olmadığı hallarda. Məsələn:"Hüseyn Cavidin əsərləri haqqında tənqidi fikirlər");
- Etibarlı mənbələrlə təsdiqi mümkün olmayanlar (neologizim, orijinal teoriyalar, kəşflər və saxtakarlıqlar);
- Etibarlı mənbələrlə təsdiqinə cəhdlər olan, lakin təsdiqi mümkün olmayanlar;
- Ensiklopedik əhəmiyyətlilik kriteriyalarını ödəməyənlər (VP:EƏ; VP:ŞEƏ; VP:EƏEX və s.);
- İstifadəsiz və ya təkrar şablonlar;
- Həddən artıq kateqoriyalaşdırılma nəticəsində yaradılan kateqoriyalar;
- İstifadəsiz, azad məzmun siyasətini pozan fayllar;
- Məqalə, şablon və istifdaəçi ad fəzaları başda olmaqla ad fəzalarının başqa cür istifadəsi;
- Ensiklopediya üçün uyğun olmayan məzmun;
Silməyə alternativlər
Redaktə etmə və müzakirə
Əgər redaktə etmə səhifəni təkmilləşdirəcəksə, silmək əvəzinə redaktə edin. Vandalizm kimi hallar istənilən istifadəçi tərəfindən geri qaytarıla bilər.
Səhifənin məzmunu ilə bağlı mübahisələrə ümumiyyətlə (bəzi hallar istisna olmaqla) səhifəni silməklə son qoyulmut. Məzmun məsələləri müvafiq müzakirə səhifəsində müzakirə olunmalıdır. Həqiqətən həll olunmamış məzmun mübahisələri olan silinmə müzakirələri müzakirədə iştirak etməyən inzibatçı tərəfindən yekunlaşdırıla bilər və ya başqa bir müzakirəyə yönləndirilə bilər.
Ensiklopedik bir mövzuda məqalə etibarlı mənbə və ya neytral mövqe prinsiplərini ciddi şəkildə pozarsa, silinməyə namizəd məqalələrdəki razılığa əsasən tamamilə silinə bilər.
Bir qayda və ya təlimat barəsində fikir ayrılığı silməklə həll olunmur. Eynilə, uyğun olmayan bir istifadəçi səhifəsindəki problemlər çox vaxt istifadəçi ilə müzakirə yolu ilə həll edilə bilər.
Şablon əlavə etmə
Problemi qeyd etmək üçün məqalələrə müxtəlif şablonlar əlavə edilə bilər. Şablonlar problemlərdən çıxış yolları kimi nəzərdə tutulmayıb. Şablonlar oxucuları xəbərdar etmək və istifadəçilərin problemləri asanlıqla tapmasına və həll etməsinə imkan vermək məqsədi daşıyır. Daha çox istifadə olunan şablonlardan bəziləri bunlardır:
- {{vikiləşdirmək}} – zəif tərtibat üçün
- {{azərbaycanca deyil}} – Azərbaycan dilinin leksik və qrammatik normalarının pozulduğu hallar
- {{tərəfli}} – neytral olmayan məqalələr üçün
- {{qaralama}} – qısa məqalələr üçün
- {{Mənbə azlığı}} – etibarlı mənbələrin azlığı olan hallarda
- {{Birləşdir}} – daha ümumi bir məqaləyə birləşdirilə bilən məqalələr üçün
Yanlış adlandırılan səhifələr sadəcə ad dəyişmə proseduru ilə yenidən adlandırıla bilərlər. Əgər ad dəyişmə mübahisəlidirsə, bu zaman səhifənin müzakirə səhifəsində müzakirə başlatmağınız tövsiyə olunur.
Yaşayan insanların bioqrafiyasına şablon əlavə edərkən diqqətli olun. Bəzi şablonların məqalənin mövzusundan VP:OTRS şikayətlərini (məsələn: {{əhəmiyyət}}
) doğurduğu məlumdur, çünki bu Vikipediyanın şəxsi mühakimə etməsi kimi yozula bilər. Belə hallarda məqalə silinməsi üçün SNS-yə təqdim edilə bilər. Konsensusun əldəsi ən əlverişli yoldur.
Birləşdirmə
Qısa və genişləndirilməsi mümkün olmayan məqalələr daha böyük məqalələrə və ya siyahılara birləşdirilə bilər. Məsələn: bir ensiklopedik şəxsin ensiklopedik olmayan ailə üzvləri haqqında olan səhifələr həmin şəxsin məqaləsinə daxil edilir və ya birləşdirilir. Ensiklopedik olmayan qondarma elementlər haqqında səhifələr aid olduqları bədii əsərləri əhatə edən siyahı məqalələrinə və ya məqalələrə birləşdirilir.
İki səhifə təkrarlanırsa və ya dublikatdırsa, səhifələrdən biri ən ümumi və ya daha konkret səhifə adından istifadə edilərək digərinə yönləndirilməlidir. Bu əvvəlcədən başqa bir proses və ya müzakirə tələb etmir.
Nəzərə alın ki, birləşmə və silmə qərarı nəticəsində birləşdirilmiş məzmuna aid məlumatlar itdiyi təqdirdə lisenziyalaşdırma problemləri yarana bilər. Bu səbəbdən bu prossesin icrasında daha diqqətli olun.
İstiqamətləndirmə
İstiqamətləndirmək üçün uyğun bir səhifə varsa və nəticədə xətalı istiqamətləndirmə yaranmayacaqsa səhifələr boşaldılaraq istiqamətləndirmə səhifəsinə çevrilə bilər. Dəyişiklik mübahisəli olarsa, istiqamətləndirməyə çevirməni icra etməzdən əvvəl konsensusa nail olmaq üçün cəhd edilməlidir. İstiqamətləndirməyə etiraz edildiyi təqdirdə razılığa gəlmək üçün məqalənin müzakirə səhifəsində və ya silinməyə namizəd səhifələrdə müzakirə başladılmalıdır.
İnkubasiya
Əgər səhifə bu yaxınlarda yaradılıbsa, potensialı varsa, lakin hələ də Vikipediyanın keyfiyyət standartlarına cavab vermirsə məqalə istifadəçinin qaralama alt səhifəsinə köçürülə bilər və ya silinə bilər. Silinmədən əvvəl birlikdə işlənərək təkmilləşdirilə də bilər. İnkubasiya, bu cür məqalələrin istifadəçi ad fəzasına köçürülməsi kimi nəzərdə tutula bilər. Ümumiyyətlə yalnız yeni yaradılmış səhifələr üçün silinmə müzakirəsi nəticəsində qərara alınmalıdır. İnkubasiya silmədən qurtuluş yolu olaraq nəzərdə tutulmayıb.
Digər layihələr
Bəzi məqalələr Vikipediyaya aid deyil, ancaq Vikimedia qardaş layihələrindən birinə uyğundur. Birləşmə və ya silinmə məsələlərini nəzərdən keçirmədən əvvəl transviki funksiyasından istifadə edilə bilər. Silinəcək bir məqalənin eyni adla yenidən yaradılacağı ehtimalı varsa, daha uyğun qardaş layihələrdən birinin məqaləsinə yumşaq yönləndirməyə çevrilə bilər.
Xüsusilə bu, Vikilüğət üçün istifadə olunur. Bu vəziyyətdə bir transviki əməliyyatı istəmək üçün əvvəlcə bir Vikilüğətdə oxşar başlığın olub-olmadığını yoxlamaq üçün axtarış edin və sonra sadəcə bir məqaləyə {{Vikilüğətə köçür}}
şablonu əlavə edin. Heç vaxt lüğət məqaləsindən başqa bir şey ola bilməyəcək məqalələr özlərinin başqa halına, sinoniminə, məsələn: sifətdirsə, feildirsə isimləşmiş versiyalarına birləşdirilməli və yönləndirilməlidir. Məsələn: Məktəbli — şagird. İstiqamətləndirmə üçün uyğun bir məqalə yoxdursa, məqalənin silinməsi nəzərdən keçirilməli və ya dəqiqləşdirmə səhifəsinə çevrilməli və ya Vikilüğət səhifəsinə yumşaq istiqamətləndirməyə çevrilməlidir.
Arxivləmə
İstifadəçi müzakirə səhifələrinin arxiv səhifələri silinməməlidir (Ad dəyişmə kimi hallar istisna).
Silmə prossesi
Silmək üçün dörd əsas və bu proseslərin nəticələrini nəzərdən keçirmək və ya ləğv etmək üçün iki əsas proses mövcuddur:
Müəllif hüquqları pozuntusu
Qanuni səbəblərdən Vikipediya, müəllif hüquqlarını pozan məzmun yerləşdirə bilməz.
- Onları harada tapmalı: Kateqoriya:Vikipediya:Müəlliflik hüququ pozuntusu olan məqalələr
- Necə etməli: Əgər mümkündürsə pozuntunu aradan qaldırın və ya
{{sil|Ü12. Bir mənalı şəkildə müəllif hüquqlarının pozulması}}
şablonunu əlavə edin. - Narazısınızsa: Mümkündürsə mətnin və ya faylın müəllifi ilə əlaqə saxlayıb sahibi olduğu materialların qəbul edilə bilən lisenziya (məqalə üçün CC BY-SA, CC BY-SA birgə lisenziya, CC BY-SA-compatible və ya azad domen ilə) yayımlanmasına razı olub-olmadığını öyrənin. "Sadəcə Vikipediyada" və ya "qeyri kommersiya məqsədli istifadə üçün" icazə lisenziyalaşdırma üçün tam və uyğun deyil.
- Yenidən silmə: Müəllif hüquqları pozuntusu olan məqalələrin silindikdən sonra yenidən yaradılması hallarında sürətli silinə bilər. Belə hallarda qaydalara riayət etməyən istifadəçi(lər) bloklana bilər(lər).
Sürətli silmə
Səhifələr sürətli silmə kriteriyalarının ödəndiyi hallarda heç bir müzakirə olmadan silinə bilər. Sürətli silmə Vikipediya üçün bir mənalı şəkildə uyğun olmayan səhifələrin silinməsi və vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub.
Bir səhifə ən son silinmə müzakirəsi nəticəsində silinməyibsə, yeni aşkar edilmiş müəllif hüququ pozuntuları istisna olmaqla, sürətlə silinməməlidir. Hazırda təklif olunan sürətli silinməli olan və ya silinmə müzakirəsi nəticəsində silinmə qərarı alınan səhifələr (aşağıya bax) sürətli silinmə yolu ilə silinə bilər.
- Onları harada tapmalı: Sürətli silinməyə namizəd olan bütün məqalələrin siyahısı Kateqoriya:Sürətli silinəcək səhifələr kateqoriyasında sıralanmışdır.
- Necə etməli: İnzibatçılar belə səhifələri sürətli silə bilərlər. İstifadəçilər də hər hansısa bir məqalənin sürətli silmə kriteriyalarına əsasən silinməli olduğunu düşünürsə, həmin səhifənin üst abzasına
{{sil|(səbəb)}}
şablonunu əlavə edə bilərlər. - Razılaşmırsınızsa: Səhifənin yaradıcısı xaricində başqa kimsə səbəb göstərərək şablonu səhifədən çıxara bilər. Əgər redaktə müharibəsi başlasa, müzakirə başladılması tövsiyə olunandır. Əgər sizin yaratdığınız səhifə sürətli silmə şablonu ilə işarələnibsə, səhifəni təkmilləşdirə və ya müzakirə səhifəsində müzakirə başlada bilərsiniz. Unutmayın kı, sürətli silmə kriteriyalarının hər hansı bir bəndini ödəyən səhifə sürətli silinməlidir. Əgər sürətli silinən məqalə üzərində mübahisə yaranıbsa, istifadəçi müzakirə səhifəsində müzakirə başladılmalı, konsensus olmadığı halda inzibatçılara müraciət edilməli, konsensus yenə əldə edilməzsə kənd meydanında müzakirə başladıla bilər
- Yenidən namizəd göstərmə: Əgər məqalə sürətli silmə kriteriyalarını ödəyirsə və ya ödəmirsə yenidən namizəd göstərilə bilər. Amma məqalə ətrafında müzakirə varsa, mütləq silinməyə namizəd edilməlidir.
Silinməyə namizəd
Yuxarıda göstərilən üç kateqoriyaya aid olmayan səhifələr, silinmə müzakirələrində icma müzakirəsindən sonra silinə bilər. Müzakirələr mübahisəli yekunlaşdırılıb və məqalələr silinibsə silinmə icmalındakı qeydlər sonradan nəzərdən keçirilə bilər (aşağıya bax). Buna həmçinin sürətli silinmələr də daxildir. Vikipediya:Silinməyə namizəd səhifələrin müzakirələrində iştirak etmək istəyən istifadəçilər hər bir səhifənin öz müzakirəsində səhifə ilə bağlı fikirlərini bildirə bilərlər.
Silinməsi müzakirə tələb edən məqaləyə {{Silinməyə namizəd}} şablonu daxil edilir və məqalə Vikipediya:Silinməyə namizəd məqalələr səhifəsində müzakirəyə çıxarılır.
Silinməsi müzakirə tələb edən məqaləyə aiddir:
- Məqalədə etibarlı mənbə yoxdursa və ya azlıq təşkil edirsə;
- Məqaləyə
{{Qaralama}}
şablonu daxil edilsə də, uzun müddət (3 aydan artıq) redaktə olunmursa; - Məqaləyə
{{İş gedir}}
şablonu daxil edilsə də, uzun müddət (1 aydan artıq) redaktə olunmursa; - Məqalədəki məlumatın ensiklopedik əhəmiyyəti şübhə altındadırsa;
- Məqalə mübahisə və konflikt yaradırsa və digər yollarla konflikti dəf etmək mümkün deyilsə.
Az əhəmiyyətli məqalələr
Vikipediyada məqalənin əhəmiyyətlilik dərəcəsini təyin etmək çox zaman çətinlik törədir. Belə ki, məqalənin əhəmiyyətliliyi nəzəri və subyektiv anlayışdır. Lakin məqalənin əhəmiyyətli olmasını təyin etmək üçün ilk olaraq mövzu ilə əlaqədar etibarlı mənbələrin təyin edilməsidir. Məqalənin mövzusu haqqında etibarlı mənbələrdə heç bir informasiya yoxdursa, məqalə silinməlidir.
Həqiqətə uyğunluq
Məqalənin silinməsinə səbəblərdən biri də oradakı informasiyanın həqiqətə uyğun olmamasıdır. Bu zaman məqalənin bütün informasiyası və ya mətnin çoxluğu şübhə yaradarsa, silinə bilər. Əgər məqalənin müəyyən bir hissəsindəki mətn şübhə yaradırsa, məqalənin silinməsini təklif etmək düzgün deyil. Məqalədəki informasiyanın həqiqi olması ilə bağlı şübhələrə son qoymaq üçün yeganə üsul — həmin informasiyaya etibarlı mənbələrdən istinad əlavə etməkdir (etibarlı mənbələrdən istinadlar nə qədər çox olarsa, məqalənin doğruluğuna əminlik daha çox olar).
Etibarlı mənbə ilə əsaslandırılmayan məqalə müzakirə aparılmadan Vikipediyadan silinə bilər və buna görə məqaləni silən inzibatçıya irad bildirilməsi etik deyil. Etibarlı mənbə olmayan məqaləni silən inzibatçı Vikipediyanın əsas prinsiplərinə uyğun olaraq hərəkət etmiş olur.
Müzakirələrin sonlandırılması
Müzakirələrə səs saymaqla son qoyulmur. Unutmayın ki, bu müzakirələr səsvermə deyil. Buna görə də şərh verən hər bir istifadəçiyə fikirlərini izah etmələri və qaydalara, təlimatlara istinad etmələri tövsiyə olunur. Müzakirə ən azı yeddi tam gün davam edir. Daha sonra razılıq varsa səhifələr inzibatçılar tərəfindən silinir. Müzakirə müddəti bitdikdən sonra az şərh verilmiş namizədliklərin müddəti inzibatçılar tərəfindən daha bir 7 gün müddətinə uzadıla bilər. Bir müzakirə maksimum 28 gün çəkə bilər.
Vikipediya xaricindəki insanlardan müzakirə nəticəsini dəyişmək üçün müzakirəyə qatılmaqlarını istəmək düzgün hesab olunmur. Bu cür kukla şərhləri qaydalara uyğun olmadığı üçün xətlənərək nəzərə alınmaya bilər. Bu şərhlər silinmir, silinmə əvəzinə üzəri xətlənərək xətlənmənin səbəbi qeyd olunur. Ümumi qaydalara əsasən Həddindən artıq vandalizm, kukla şərh əlavə olunduğu hallarda, silinmə müzakirəsi yarı mühafizə altına alınır. Silinmə müzakirələrində şərhlər aşağıdakı hallarda ləğv edilə, xətlənə bilər:
- Kukla olduğu təsdiqlənən hesablar;
- Yeni qeydiyyatdan keçmiş (500 redaktədən az redaktə etmiş) istifadəçilər;
- 3 aydan çoxdur heç bir redaktə etməyən istifadəçilər;
- İP ilə səsvermə (İP ilə müzakirədə iştiraka izin verilir);
Redaktə müharibəsi səbəbi ilə səhifələrin silinməsini tələb etmək də yersizdir. Bu cür mübahisələr bütün səhifəni silməklə həll olunmur, belə hallarda mübahisələrin həll olunmasına nail olmaq lazımdır.
Müzakirənin ləğvi
Məqalə silinməyə namizəd olan məqalələr siyahısından çıxarıla bilər:
- Məqalə bir mənalı olaraq ensiklopedik əhəmiyyət daşıyırsa və Vikipediya stilinə uyğundursa;
- Məqalənin silinməsi kukla və ya yeni qeydiyyatdan keçmiş (500 redaktədən az redaktə etmiş) istifadəçi tərəfindən təklif olunursa (istənilən halda);
- Silinməsi üçün səbəb göstərilməyibsə;
İstifadəçi yuxarıda göstərilən qaydalara məhəl qoymadan məqaləni silinməyə namizəd verirsə, əvvəlcə xəbərdarlıq edilir. Xəbərdarlığa məhəl qoymayan istifadəçi müəyyən müddətə bloklanır.
Ümumi
- Harada tapmalı: Vikipediya:Silinməyə namizəd səhifələr
- Necə etməli: Həmin səhifənin üst qismində verilən açıqlamaları icra edin.
- Narazısınızsa: Müzakirə səhifəsinə girərək narazılığınızı şərh olaraq bildirin.
{{silinməyə namizəd}}
şablonunu mevafiq səhifədən və müzakirə səhifəsini SNS-dən çıxarmayın. - Yenidən təqdim etmə: Əgər silinmə müzakirəsi nəticəsində konsensus əldə edilməzsə və ya səhifənin saxlanılmasına qərar verilirsə, istifadəçi eyni səhifəni silinməyə namizəd etmək istəyirsə aradan ən azı 1 ay müddət keçməsi lazımdır. Çünki müvafiq istifadəçilər bu səhifəni redaktə edərək təkmilləşdirə bilərlər. Əgər bu müddətdən daha qısa zamanda yenidən müzakirə başladılarsa müzakirə dərhal dayandırıla bilər. Əgər bu bir neçə dəfə təkrarlanarsa istifadəçi bloklana bilər.
Səhifə silmə
Silmə müzakirəsinə əsaslanaraq bir səhifənin silinməsi yalnız səhifənin silinməsi üçün konsensus olduqda icra edilməlidir. Buna görə də konsensus olmadığı təqdirdə səhifə saxlanılır və yenidən təkmilləşdirmə, birləşmə və ya uyğun olaraq istiqamətləndirməyə çevrilmə yolu ilə redaktələr edilir.
Yaşayan insan bioqrafiyalarını silmə
Bioqrafiya məqalələri, tanınmayan, ictimai olmayan fiqurlar haqqında olan məqalələrlə bağlı silinmə müzakirələri zamanı aşkar konsensus olmazsa müzakirə silinmə qərarı ilə yekunlaşdırıla bilər. Zəif istinadlı bioqrafiya məqalələri, ictimai olmayan fiqurlar haqqında olan silinmə müzakirələrində səhifələrin silinməsinə qarşı çıxan istifadəçilərin olmadığı təqdirdə müzakirə silinmə qərarı ilə yekunlaşdırıla bilər. Hər hansı bir bioqrafiya məqaləsinin (yaxşı tanınan və ya daha az tanınan bir şəxsin) silinməsi müzakirəsi namizədliyi təqdim edən istifadəçi xaric az və ya heç bir şərh almayıbsa, yekunlaşdıran inzibatçılar silinmə müzakirəsinin konsensus olmama səbəbi ilə yekunlaşdıra bilər.[1]
Silməyə etiraz
Bir istifadəçi hər hansı bir səhifənin səhvən silindiyini, silinməli olduğunu, lakin silinmədiyini və ya bir silinmə müzakirəsinin düzgün yekunlaşdırılmadığını düşünürsə, bunu silməni həyata keçirən və ya müzakirəni yekunlaşdıran şəxslə həmin şəxsin müzakirə səhifəsində müzakirə etməlidir. Bu problem həll olunmursa, Vikipediya:İnzibatçılara müraciət səhifəsində müzakirə başladıla bilər.
Bir səhifə açıq şəkildə "prosses xaricində" silinibsə (SNS) inzibatçı dərhal bərpa yoluna üz tuta bilər. Belə bir vəziyyətdə səhifəni silən inzibatçıya məlumat verilməlidir. Bununla belə, konsensus əldə etmədən bu cür bərpalar pozucu hesab edilə bilər, buna görə də bu prosses ehtiyatla həyata keçirilməlidir.
Məzmun azlığı və ya uyğun olmayan məzmun səbəbi ilə bir məqalə silinibsə (sürətli silmə kriteriyaları ilə) və eyni mövzuda daha yaxşı bir məqalənin yaradılması istənirsə, nəyisə nəzərdən keçirməyə ehtiyac qalmadan keyfiyyətli məqalə yaratmağa davam edə bilərsiniz. Etibarlı mənbələrə əsaslan bir məqalə yaratmaq alternativi olduğu təqdirdə mənbəsiz bir qaralamanın silinmə keçmişini araşdırmaq vaxt itkisidir.
Silinmənin yenidən nəzərdən keçirilməsi prosesi yalnız konsensusla həll olunur. Nəzərdən keçirilmə müzakirələri normalda yeddi gün davam edir, nəticəsi bəlli olmadıqda bəzən daha uzun olur.
Bərpa
Silinmə müzakirəsi nəticəsində silinən səhifələrin silinməsinə etiraz yarandığı halda Vikipediya:Bərpa üçün namizəd səhifələrə müraciət edə bilərsiniz. Bu səhifə 2 əsas funksiyanı yerinə yetirir: müzakirə edilmədən və ya müzakirə nəticəsində silinmiş səhifələrin bərpası və bərpa üçün yararsız olan məzmunun istifadəsi. Bərpa istəkləri müzakirə nəticəsində silinmə və bəzən də sürətli silinmə prosseslərinə məruz qalan səhifələr üçün icra olunur. Məqalələr ad fəzasında olan bərpa edilmiş səhifələrin dərhal silinmə müzakirəsinə məruz qala biləcəyini unutmayın.
- Harada tapmalı: Vikipediya:Bərpa üçün namizəd səhifələr
- Necə etməli: Səhifə başlığındakı təlimatları icra edin.
- Narazısınızsa: Müzakirəyə qatılın.
- Yenidən namizədlik: Silmə müzakirələrindən fərqli olaraq BNS müzakirələri üçün müəyyən müddət qadağası yoxdur. Təlimat və qaydalar dəyişmədiyi hallarda, BNS-yə təqdim edilən hər hansı bir səhifə yenidən müzakirəyə təqdim edilə bilməz.
Prossesin dayandırılması
- Yanlış prosesdə olan məsələlər (məsələn: bərpa üçün müraciətin silinməyə namizəd səhifələrdə sıralanması)
- Silinmə müzakirəsi təklif olunan və yekunlaşmayan səhifə üçün BNS-də müzakirə başladılıbsa, BNS müzakirəsi dərhal ləğv olunmalıdır.
- Hər hansısa bir yerdə silinməyə etiraz olaraq müzakirə davam edirsə, həmin səhifənin müzakirəsi yekunlaşanadək silinməyə namizəd səhifələrdə sıralanmamalıdır.
- Sürətli silmə kriteriyalarını ödəyən səhifələr SNS-də müzakirəyə çıxarılıbsa, müzakirə dərhal yekunlaşdırıla və səhifə silinə bilər.
- Bir səhifənin sürətlə silinib silinməməsi şübhə doğurursa, silinmə müzakirəsinin başladılması daha əlverişlidir. Təcrübədə bu o deməkdir ki, 'qalsın' ya da 'konsensus yoxdur' nəticəsi olan bir silinmə müzakirəsi olan bir səhifə sürətlə silinməməlidir.
- Müəllif hüquqlarını pozan səhifələr şəraitdən və əvvəlki müzakirələrdən asılı olmayaraq silinə bilər.
Digər
Silinmiş səhifələrin əlçatımlılığı
Bir çox silinmiş məqalələrdə böhtan və ya digər qanuni şübhəli materialların olduğu aşkarlandığına görə silinən səhifələrə baxılmasına icazə verilmir. Buna baxmayaraq onların məzmunu verilənlər bazasında qalır (ən azı müvəqqəti olaraq) və nəzarətçilər tərəfindən silinmədiyi təqdirdə inzibatçılar tərəfindən düzəliş tarixçəsi ilə birlikdə əldə edilə bilir. Silinmiş bir səhifənin surətini görmək üçün tutarlı səbəbi olan hər bir istifadəçi inzibatçılardan səhifənin bir nüsxəsini onlara göndərilməsini (müzakirə səhifələri, sosial şəbəkələr və ya e-mail vasitəsilə) xahiş edə bilər. Qeyd edək ki, qaydalara əsaslanaraq silinmiş (böhtan və ya müəllif hüquqlarının pozulması kimi) səhifələr və silinmiş səhifələrin tutarlı səbəb olmadan bir nüsxəsini tələb edilməsi ilə bağlı istəklərin rədd edilmə ehtimalı yüksəkdir.
Müzakirə səhifələrinin boşaldılması və ya mübahisələrin silinməsi
Zaman-zaman hər hansı bir müzakirənin məzmunu icmanın, bir inzibatçının və ya başqa bir funksionerin qərarına əsaslanaraq gizlədiləcəkdir. Bu , ümumiyyətlə, nadir hallarda, məsələn: müzakirəyə ictimai baxışın bir şəxsə və ya təşkilata zərər verə biləcəyi hallar istisna olmaqla edilmir. Ən son versiyada belə mətnlərin olmamasını və beləliklə axtarış motorları tərəfindən indekslənməməsini təmin etmək üçün müzakirələrdən nəzakət qaydalarını pozduğu halda silinəcəkdir. Səhifənin silinməsi ilə bağlı olan bütün müzakirə də nadir hallarda silinə bilər. İstənilən halda silinən məzmuna düzəliş tarixçəsindən baxmaq mümkündür. Daha ciddi hallarda, səhifənin bütün tarixçəsi silinə bilər. Nəzakət səbəbi ilə boşaltma, tarixçənin silinməsi və ya nəzarətçilər tərəfindən silinmənadir olmalıdır və yalnız lazımi qaydada nəzərdən keçirildikdən sonra həyata keçirilməlidir.
Bəzən yuxarıda vurğulanan hallara bənzər səbəblərə görə inzibatçı səsvermələri və ya arbitraj müzakirələri kimi səhifələr də nəzakət səbəbilə boşaldıla bilər.
Necə etməli: Bütün mətni alt səhifədən silin və sonra şərh olaraq səbəbi qeyd edin.
Redaktənin silinməsi
Səhifənin cari versiyasını bütövlükdə toxunulmamış saxlayaraq tarixçədəki istənilən dəyişiklikləri silmək mümkündür. Belə halda oxucular redaktələrin silinməsindən qismən xəbərsi olurlar (silinmiş redaktələrin qeyd olunduğu tarixçəni ziyarət etmədikləri təqdirdə). İnzibatçılar bir səhifənin istənilən köhnə düzəlişlərini (istifadəçi adları və ya redaktə şərhləri də daxildir) silməyi mümkün edən alətə giriş əldə edirlər. Bu funksiyadan (alətdən) diqqətli istifadə etmək lazımdır.
İstinadlar
- ↑ Mübahisəli görünən müzakirələr və əvvəllər silinməyə namizəd olmuş məqalələr istisnadır.