Vikipediya:Bilirsinizmi bölməsi/aprel, 2014-cü il
Naviqasiyaya keç
Axtarışa keç
25-27 aprel 2014-cü il
[mənbəni redaktə et]- Quşlar nəfəs aldığı havanın dörddə üç hissəsini bədənlərini soyutmaq üçün sərf edirlər, çünki onlar tərləyə bilmirlər.
- Dilin qorunması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
- "Eskimos" sözü (eskimansiq — "çiy yiyən") hindi qəbilələrindən olan abenaklara və atabasklara aiddir.
- Antarktida ərazisinə görə Yerin beşinci ən böyük materikidir. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.
- Briqadir, polkovnik hərbi rütbəsindən yuxarı, general-mayor rütbəsindən aşağı hərbi rütbədir. Bəzi ölkələrdə o briqada generalı adlanır.
- Alban hökmdarı Cavanşirin arvadlarından biri Xəzər xaqanının qızı olmuşdur.
28 aprel -4 may 2014-cü il
[mənbəni redaktə et]- Avropada 1533-cü ilə qədər kral titulu Roma papası tərəfindən verilirdi.
- Asqırdığımız zaman gözlərimizi açıq tuta bilmirik.
- Kokos adalarında dəniz səviyyəsindən ən hündür yerin hündürlüyü cəmi 5 metrdir.
- Yunan dilində sual işarəsi əvəzinə nöqtə-vergül işarəsi qoyulur.
- Gündə iki dəfə istiqamətini dəyişən küləyə sahil küləyi deyilir.
- Bonist istifadədən çıxmış kağız pullar toplayan insanlara deyilir.
- Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kmi düşmüşdür.
- Təmiz su −33 °C-dək donmur, +200 °C-dək isə qaynamır.