Wordle

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Wordle
Loqonun şəkli
Wordle oyununda müvəffəqiyyətlə tapılmış tapmaca
Wordle oyununda müvəffəqiyyətlə tapılmış tapmaca
Hazırlayan Coş Uordl
Yayımlayanlar The New York Times
Buraxılış tarixi oktyabr, 2021
Texniki məlumat
Platforma Veb
Oyun rejimi birnəfərli oyun
İnterfeysin dili ingilis dili
Daşıyıcı veb-səhifə
İdarəetmə kompüter klaviaturası, kompüter siçanı
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xəbərdarlıq: "Wordle" başlığı əvvəlki "<i>Wordle</i>" başlığını əvəz edir.

Wordle, əvvəllər Reddit üçün Place və The Button sosial təcrübələrini yaradan proqramçı Coş Uordl tərəfindən hazırlanmış veb əsaslı söz oyunudur. Beş hərfli sözü oyunçular altı cəhddə təxmin etməyə çalışırlar; Hər bir təxminə rəngli qutular şəklində rəy verilir və oyunçulara cavab sözündə hansı hərflərin düzgün və hansının digər mövqelərdə olduğu bildirilir. Bu cür oyun mexanikası Mastermind kimi oyunlara bənzəyir, lakin Wordle hər bir təxmində hansı hərflərin düzgün olduğunu dəqiq müəyyənləşdirir. Hər gün və hər kəs üçün eyni olan xüsusi bir cavab sözü var.

Uordl oyunu əvvəlcə yalnız özü və sevgilisi üçün hazırlamışdı. Oyun, 2021-ci ilin oktyabrında ictimaiyyətə təqdim edilmişdir. Uordl oyuna gündəlik nəticələri Twitter -də geniş şəkildə paylaşılan emoji kvadratları kimi kopyalamaq imkanı əlavə etdikdən sonra oyun 2021-ci ilin dekabrında kütləvi populyarlıq qazandı. Oyunun ingilis dilindən başqa dillərdə çoxlu nüsxələri, uyğunlaşdırmaları və versiyaları da yaradılmışdır. Oyun 2022-ci ilin yanvarında açıqlanmayan yeddi rəqəmli məbləğə The New York Times şirkəti tərəfindən alınıb və əvvəlcə bütün oyunçular üçün pulsuz saxlanması planlaşdırılıb.

Oyun gedişatı

[redaktə | mənbəni redaktə et]

Hər gün oyunçuların altı cəhddə təxmin edəcəyi beş hərfdən ibarət bir söz seçilir. Hər təxmindən sonra hər bir hərf yaşıl, sarı və ya boz rəngdə qeyd olunur: Yaşıl rəngli qutu hərfin düzgün mövqedə olduğu göstərir; sarı rəngli qutu hərfin cavabda olduğunu, lakin düzgün mövqedə olmadığını bildirir; boz rəngli qutu həmin hərfin cavabda olmadığını göstərir.

Uyğunlaşdırmalar və nüsxələr

[redaktə | mənbəni redaktə et]

Söz oyunu; azərbaycan dilidaxil olmaqla[1], WORDLE🇦🇿[2]Sözütap, rus, holland, ispan, katalan, qalisiya, alman, urdu, macar, yapon, fransız, portuqal, tamil, türk, ivrit, uelsyiddiş müxtəlif dillərə uyğunlaşdırılmışdır. Termo adlı Braziliya Portuqaliya adaptasiyası 2022-ci ilin yanvar ayında gündəlik 200.000 oyunçuya sahib idi.

  1. Abbas Majidov. "Wordle oyunu Azərbaycanca". GitHub (az.). 23.01.2022. 2022-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 fev 2022.
  2. Synetrix Studio. "Wordle🇦🇿 Azərbaycan dilində". https://synetrix.in/ (az.). 15.03.22. 2022-03-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14.03.22.