Məzmuna keç

Cavab



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaq suala verilən ən yaxşı cavab sükutdur. Mel Qibson
  • Aristotel "Gözəl söz nədir?" sualına cavab olaraq "Məntiqə uyğun, qulaq asanları inandıran, eyni zamanda heç kəsin xətrinə dəyməyən söz gözəldir" demişdir. Şarl Aleksandr Kalonn
  • Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
  • Azərbaycan müəlliminin bir amalı olmalıdır. Azərbaycanımızı çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir ölkəyə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək. Heydər Əliyev
  • Bəlkə çoxumuz fikir vermirik, ancaq Nimet Başın açıqlaması ilə bu ölkədə yeni dövr başladı. Bir inqilab baş verdi. İlk dəfə əskər sorğulandı və ən əsası bundan sonra dövlət çevirilişinə cəhd edənlərə mesaj yollandı: yoldaşlar, etsəz cavabını verərsiz. Sizdən soruşmaq istərdim. Bundan 10 il əvvəl bu cür komissiya qurula bilərdi və orada suallar verilə bilərdi mi? Nə vaxt bu sualı versəm "Susurluk Komissiyası" yadıma düşür. Komandirlər "Bizi nə haqla çağırırsız?" deyə dəvətnamələri geri qaytardıqları günləri xatırlayıram.[1] Məmməd Əli Birand
  • Bir dəfə adamın birindən Şeksperi sevmədiyimi, yazmağa haqqım olmadığını izah edən uzun və hirs dolu bir məktub almışdım. Gənclər mənə aldanıb Şeksperi oxuma zəhmətinə belə girməyəcəkdilər. Belə bir mövqe göstərməyə haqqım yox idi. Səhifələrcə bunu söyləyib dayanmışdı. Cavablandırmadım. Amma burada cavablandıracağam. S..... get . Mən Tolstoyu da sevmirəm. Çarlz Bukovski
  • Bir insanı niyə sevdiyiniz sualına cavab tapa bilmirsinizsə, onu həqiqətən sevirsiniz deməkdir. Pol Oster
  • Biri, "Adam nə vaxt evlənməli?" deyə soruşduğunda, "Gənc isə, hələ evlənmə zamanı gəlməmişdir. qoca isə, vaxtı keçmişdir " cavabını vermişdir. Sinoplu Diogen
  • Biri cаvаb vеrməklə məşğul isə, dаhа qаbil cаvаb vеrməyə qаdir оlsа dа, səbr еtməli, о, sözünü qurtаrdıqdаn sоnrа, öz cаvаbını vеrməli, lаkin əvvəlkinə tənə еtməməli. Nəsirəddin Tusi
  • Böhtançıya verilə bilən ən gözəl cavab həqarətlə susmaqdır. Corc Vaşinqton
  • Cahilin bəzi əlamətləri: sualı sona qədər dinləmədən ona cavab verməyə çalışması, başa düşmədən müxaliflik etməsi və bilmədiyi şeyə əsaslanıb mühakimə yürütməsi. Cəfər Sadiq
  • Cavab verirəm "zamanla hər şey keçər" deyən ağıllılara; Keçən tək şey zamandır.. Anlayan, izah etsin anlamayanlara. Camal Sürəya
  • Çox danışmamalı, başqasının sözünü yarımçıq kəsməməli, başqasının nağıl etdiyi hekayət və rəvayəti bilirsə, bunu üzə vurmamalı və onun danışıb qurtarmasına imkan yaratmalıdır. Başqasından soruşulana cavab verməməli, ümumidən edilən sualda camaatı qabaqlayıb hövləki irəli düşməməlidir. Biri cavab verməklə məşğul isə, daha qabil cavab verməyə qadir olsa da, səbr etməli, o, sözünü qurtardıqdan sonra öz cavabını verməlidir, lakin əvvəlkinə tənə etməməlidir. Onun yanında iki adam söhbət edirsə qarışmamalı, ondan gizlidirsə gizlin qulaq asmamalıdır; özləri müraciət etməsələr söhbətə qoşulmamalıdır. Böyüklərlə danışarkən kinayə işlətməməli, nə bərkdən, nə yavaşdan, mülayim səslə sözünü deməlidir. Danışdığı məsələ qəlizdirsə, aydın misallarla izah etməyə çalışmalıdır, başqa hallarda qısa və yığcam danışmalıdır. Yabançı kəlmələr işlətməməli, qondarma ibarələr düzəltməməli, ona deyilənlərə axıra qədər qulaq asmamış cavab verməməli, deyəcəyi fikri beynində bişirməmiş dilinə gətirməməli, ehtiyac olmadan sözü təkrar etməməlidir; ehtiyac üzündən təkrar lazım olduqda tərəddüd göstərməməlidir. Nalayiq sözlər işlətməməli, dilini söyüşə öyrətməməli, zərurət üzündən ayıb kəlməyə ehtiyac yarandıqda onu obrazlı, məcazi ibarələrlə anlatmalı, şux və zərif ifadələrdən qaçmamalı, hər məclisə münasib danışmağı bacarmalıdır. Söz vaxtı əl-qolunu işə salmamalı, qaş-gözünü oynatmamalıdır. Belə hərəkətləri yalnız danışılan əhvalat tələb etdikdə nəzakətli və gözəl bir tərzdə göstərmək olar. Yalan, doğru üstündə məclisdə höcət etməməli; yalvar-yaxar təsir etməyən adama yalvarmamalı, münaqişə və mübahisədə rəqibin haqlı olduğunu gördükdə üstünlüyü ona verməlidir. Avam, uşaq, arvad, divanə və sərxoş adamların söhbətindən bacardıqca uzaq gəzməlidir. Başa düşməyən adama incə və üstüörtülü söz deməməli, danışıqda nəzakətli olmalı, heç kəsin işini, sözünü, hərəkətini pis şəkildə onabuna çatdırmamalı, qorxulu şayiələr yaymamalıdır. Nəsirəddin Tusi
  • Diogenə bir adamın nə qədər ağıllı olduğunun necə aydın olduğunu soruşdular. Cavabı qısa oldu;

"Danışmasından" dedi.

Bir sual daha soruşdular "Yaxşı adam ya heç danışmazsa"
Diogenin cavabı bu dəfə belə oldu:

" O qədər ağıllı olan insan hələ yoxdur dünyada." Sinoplu Diogen

  • Doğrudan da, ən aktual, ən vacib vəzifə uşaq və gənclərin təhsilidir... Adətən təhsili tərbiyə ilə qarışdırmaq adətdir, lakin artıq başa düşmək vaxtıdır ki, məktəb təhsili əksər hallarda qurulduğu kimi, təkcə gəncliyin əxlaqi tərbiyəsinə töhfə vermir, əksinə hərəkət edir. Anglo-Sakson ölkələrində məktəblər əsasən gənclərin əqli inkişafının zərərinə olan fiziki inkişafı ilə məşğul olurlar. Amma idmana hədsiz həvəs xarakterin kobudlaşmasına, zehni degenerasiyaya və yeni xəstəliklərə gətirib çıxarır. Düzdür, müasir ailə şəraitində evdə təhsilin vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də uşaq və gənclərin mənəvi baxımdan ağır və sahibsiz vəziyyətinə ən ciddi diqqət yetirməyin vaxtı çatıb. Bir çox uca məfhumlar vərdişdən tamamilə çıxıb, ən vulqar rahatlıq və statusa asanlıqla nail olmaq üçün gündəlik düsturlarla əvəzlənib...Təhsil proqramı həyatın özü qədər genişdir. Təkmilləşdirmə imkanları tükənməzdir...Biz bütün məktəb təhsilinə yeni yanaşma və yenidənqurma ərəfəsindəyik... Elmin bütün sahələrində yeni kəşflərin kəmiyyəti və sürəti o qədər sürətlə artır ki, tezliklə müasir məktəb təhsili dövrün yeni nailiyyətləri və tələbləri ilə ayaqlaşa və onlara cavab verə bilməmək; bütün təhsil sistemində yeni üsullar işlənib hazırlanmalı olacaq. Helena İvanovna Roeriç
  • Düşüncə tarixində yəqin ki, indiki dövrə tamamilə bənzəyən bir dövr olmamışdır. Hər yerdə mütəfəkkirlər iki şeyin şüurundadırlar, birincisi, sirr bölgəsi indiyə qədər heç vaxt bu qədər aydın şəkildə müəyyən edilməmişdir, ikincisi, bu bölgəyə indiyə qədər olduğundan daha asan daxil olmaq olar; buna görə də, bütün məktəblərin müstəntiqləri öz axtarışlarını qətiyyətlə davam etdirsələr, bəlkə də bəzi sirləri açmağa müvəffəq ola bilərlər. Həyatın və varlığın məlum faktlarını öyrənərkən qarşılaşdığımız problemlər, indiyə qədər olduğundan daha aydın tərifə həssasdır və suallarımızın cavabını bilməsək də, hələ də öz problemlərimizin həlli yollarını kəşf etməmişik. Problemlər, baxmayaraq ki, heç bir panacea (bütün çətinliklərin və ya xəstəliklərin müalicəsi və həlli) bizim əlimizdə hazır olmasa da, dünyanın xəstəliklərini müalicə edə bilərik, lakin onları müəyyən edə bildiyimiz həqiqət, sirrin hansı istiqamətə yönəldiyini göstərə biləcəyimizi və elmin, dinlərin və fəlsəfənin işığının əvvəllər qaranlıqlar diyarı hesab edilən geniş ərazilərə yayılması gələcəkdə uğurun təminatıdır. Müdriklərin və mistiklərin bir neçə dairəsi istisna olmaqla, biz beş yüz il əvvəlki vəziyyətdən daha çox şey bilirik; nə qədər təbiət qanunlarını kəşf etmişik, baxmayaraq ki, "şeylər olduğu kimi" (və mən bu sözləri çox qəsdən seçirəm) olması barədə biliklər sahəsində böyük irəliləyişlər əldə olundu, hələ də onları tətbiq edə bilmirik. Alisa Beyli
  • Əgər sən sual verirsənsə, demək artıq cavabın yarısı sənə məlumdur. Sun Dzı
  • Əvvəllər suallarıma niyə cavab ala bilmədiyimi anlaya bilmirdim, indi isə sual soruşa biləcəyimə necə inana bildiyimi anlaya bilmirəm. Amma gerçəkdə inanmırdım ki, soruşurdum sadəcə. Frans Kafka
  • Fəlsəfənin cavabsız qoyduğu sualların səbəbi odur ki, onların qoyulma tərzi başqa cür olmalı idi. Georq Vilhelm Fridrix Hegel
  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır. Oşo
  • Gözəl cavab həmişə daha gözəl sualı soruşana verilər. Edvard Kamminqs
  • Hakimdə dörd zəruri keyfiyyət olmalıdır: o, səbr və nəzakətlə dinləməli, ağılla cavab verməli, soyuqqanlı düşünməli və qərəzə yol vermədən ədalətli qərar çıxarmalıdır. Sokrat
  • Hansı hakimiyyət güclüdür? - sualına Pittak qanunlarla yazılan hakimiyyət – cavabını vermişdir. Pittak
  • Hələ cavabı tapılmamış və qadın ruhuyla əlaqədar otuz il davam edən araşdırmalarıma qarşı mənim də cavablamağı bacara bilmədiyim çox əhəmiyyətli bir sual var: Qadın nə istər? [2]Ziqmund Freyd
  • Həyat fəlsəfəmi soruşdular cavablandırdım.. "Sonsuza qədər yaşayacaqmış kimi düşün, sabah öləcəkmiş kimi yaşa. Çarlz Bukovski
  • Qadın psixologiyası üzərində 35 il oxumama baxmayaraq, bir suala cavab tapa bilmədim: 'Bu qadınlar həqiqətən nə istəyir?' Paulo Koelyo
  • Mən müəllimimdən kimin ağıllı insan olduğunu soruşduqda o, “az danışıb çox eşidən” cavabını verdi. İsaak Barrou
  • "Necəsən?" -Suallarının klassikləşmiş halına gələn; "Yaxşıyam" cavabı yerinə əslində "Pisəm, həm də çox" deyə bilməli insan. Can Dündar
  • Niyə yorğunsan - sualına cavab axtarmaqdan və bunu soruşmasınlar deyə gülümsəməkdən yoruldum. Camal Sürəya
  • ‎"O da sənin kimi sevirmi?" dedilər. Cavab verə bilmədiyim tək sual bu idi... Can Yücəl
  • On yeddi yaşım olanda, bir sitat oxudum - buna bənzəyirdi: "Hər gün, bu gün axırıncı gün imiş kimi yaşayırsansa, bir gün sən haqlı çıxacaqsan". Mən bu sitatdan çox təsirləndim və o vaxtdan bəri, 33 il ərzində hər gün güzgüyə baxaraq özümdən soruşuram: "Bu gün ömrümün axırıncı günü olsa, bu gün eləmək istədiyim şeyləri eləyərdimmi?". Bir neçə gün ərzində bu suala cavabım "yox" olanda başa düşürdüm ki, nəyisə dəyişmək lazımdır. Stiv Cobs
  • Öz-özümüzə deyirik ki, əgər bütün kainatı yaradan, onu bizim üçün min cür naz-nemətlə dolduran Tanrı olsaydı və əgər yer üzündə əxlaqi nizamla axirət mövcud olsaydı, nə gözəl olardı. Halbuki bütün bunların reallıqda əksini tapmaması və sadəcə, məsum arzulardan ibarət olması məlumdur. Əgər yazıq cahil ulu babalarımız bütün bu qəliz kosmik suallara cavab tapsaydılar, onda hər şey çox gözəl olacaqdır. Ziqmund Freyd
  • Siyasətçiyə sual vermə, çünki yalan danışacaq. R.Ayres
  • Susmaq - qızıldır, verilən suala layiq cavab tapmayana qədər. Məhəmməd Əli
  • Tale insana qarşı nə qədər qəddar olsa da, insan nə qədər tərk edilmiş və tənha olsa da, hər zaman, bəlkə də ona məlum olmayan, lakin qəlbinin harayına cavab vermək üçün açıq olan, onu sevən bir qəlb tapılar. Henri Lonqfello
  • Ürəyində həll edilmədən qalan hər şey üçün səbirli ol. Suallarınla özünü sevməyə çalış, kilidli otaqlar və xarici dildə yazılmış kitablar kimi. Cavabları indi axtarma. Hal-hazırda cavablar sənə verilə bilməz, çünki sən hələ onlarla yaşaya bilməzsən. Bu, hər şeyi yaşama məsələsidir. Hal-hazırda sənin sualı yaşamağın lazımdır. Bəlkə gələcəkdə nə vaxtsa, fərqinə belə varmadan, bir gün özünü, cavabını yaşayarkən tapacaqsan. Robin Şarma

İstinadlar

[redaktə]
  1. [1]
  2. [2]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015