Məzmuna keç

Oşo

Oşo
Doğum tarixi 11 dekabr 1931
Doğum yeri Udaypura
Vəfat tarixi 19 yanvar 1990
Vəfat yeri Puna
Şəxsi veb-saytı
Vikipediya məqaləsi

Çandra Mohan Racniş OSHO (ing. Bhagwan Shree Rajneesh) — (11 dekabr 1931 – 19 yanvar 1990) — hind dini xadimi və mistik.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allah, cənnət və cəhənnəm dini dünyanın xurafatları olduğu kimi materializm də elm sahəsindən bir fərziyyə, xurafatdır.
  • Ayrılıq qaçınılmaz sondur. Heç kimi bunu istəmir, amma bundan xilas olmaq mümkün deyil. Çünki həyat olduğu kimidir, olmalı olduğu kimi deyil.
  • Azad insan ağ bulud kimidir. Ağ bulud bir sirrdir; özünü küləklə aparmağa imkan verir, müqavimət göstərmir, döyüşmür və hər şeyin üstündə uçur. Bütün ölçülər və bütün istiqamətlər ona aiddir. Ağ buludların dəqiq mənşəyi və təyinat yeri yoxdur; onların bu andakı sadəliyi mükəmməllikdir.
  • Azadlıq, müsbət bir anlayışdır.
  • Başqaları üzərində güc siyasidir və başqaları üzərində güc sahibi olmaqla maraqlanan insanlar, dərin bir dəyərsizlik kompleksi olan insanlardır. Özlərini davamlı olaraq başqaları ilə müqayisə edir və özlərini dəyərsiz hiss edirlər. Dünyaya və özlərinə bunun belə olmadığını, üstün varlıq]lar olduqlarını sübut etmək istəyirlər. Bütün siyasətçilər, dəyərsizlik kompleksindən əziyyət çəkirlər. Bütün siyasətçilərin psixoloji müalicə almaqları gərəkdir. Bunlar xəstə insanlardır və bu xəstə insanların əlindən bütün dünya çox böyük iztirab içindədir. Üç min ildə beş min müharibə!
  • Başqalarının sənin nə olmalı olduğunu düşündüklərinə qulaq asma. Həmişə daxili səsinizə, olmaq istədiyinizə qulaq asın.
  • Başqasının səhvinə görə özünü cəzalandırmaq axmaqlıqdır.
  • Başlanğıcda qorxaqcəsur insan arasında demək olar ki, heç bir fərq yoxdur. Aradakı tək fərq: qorxaq qorxularını dinləyər və onların ardınca gedər. Cəsur isə qorxularını bir kənara qoyub, irəli addım atar. Cəsur insan, bütün qorxularına rəğmən bilinməyənə addım atandır.
  • Bəzən səmada qara buludlar olar; səma bu qara buludlar üzündən dəyişməz. Və bəzən buludlarda olar və səma bu ağ buludlar üzündən də dəyişməz. Buludlar gəlirlər. Sən səmasan və düşüncələrdə buludlardır. Əgər düşüncələrini vasvasılıqla izlərsənsə, əgər onları qaçırmazsansa, əgər onlara doğrudan baxsan ilk şey bunu anlamaq olacaq və bu çox böyük bir anlayışdır. Bu sənin işıqlanmanın başlanğıcıdır. Artıq sən yuxuda deyilsən, artıq gəlib gedən buludlarla eyni deyilsən, artıq sonsuza qədər qalacağını bilirsən.
  • Bir insanın xəyal etdiyi bütün dəyərlər onun içində gizlənir.
  • Bir maska taxdığını fərq etdiyin anda, o maska düşməyə başlamışdır onsuz da.
  • Bir şey var: sən gəzməlisən və yerişinlə yolu yaratmalısan; hazır bir yol tapa bilməzsən. Həqiqətin son dərkinə çatmaq o qədər də ucuz deyil. Özünüz gəzərək yolu yaratmalı olacaqsınız; yol hazır deyil, uzanıb səni gözləyir. Bu, səma kimidir: quşlar uçur, amma heç bir iz buraxmırlar. Sən onlara tabe ola bilməzsən; geridə heç bir iz qalmayıb
  • Birinin səhvi üçün özünü cəzalandırmaq axmaqlıqdır.
  • Biz təkcə milyonlarla illərin ağlını miras almamışıq. Bizə həm də minilliklərin çılğınlığı miras qalmışdır.
  • Bu dünyada kim hüzur istəməz ki? Lakin insanlar bunun fərqində deyil və onlara hüzur verəcək qaynaqları axtarmazlar. İç varlığımız hüzuru arzulayarkən, etdiyimiz hər şey sadəcə və sadəcə hüzursuzluğumuzu artırır. Unutmayın, ehtiras, hüzursuzluğun qaynağıdır. Hüzuru axtaran insan, ehtiraslarından qurtulmalıdır. Ehtirasların bitdiyi yerdə, hüzur başlayar.
  • Bütün doktrinaları, dogmaları, inancları rədd edin… bütün "-izmləri" rədd edin. Özünüzü onlardan azad edin, təravətli olun, ləkəsiz olun. Və sonra ağıl sizdə görünəcək.
  • Bütünlük içində rəqs etmək üçün lazım olan tək şey, yalnız bu anın gerçəkliyini qəbul etməyimizdir. Sonrakı anın gerçəkliyini gəldiyi zaman qəbul edəcəyik, amma onu gözləməyəcəyik.
  • Cəmiyyətə mütləq şəkildə təslim olmaq, tamamilə onun əsiri olmaq lazımdır. Çünki cəmiyyət ancaq kölələrə, ruhunu öldürmüş adamlara hörmət edir.
  • Çay olarsansa, okean olmaya bilməzsən!
  • Dağıtmaq nifrətdən gələr, yaratmaq sevgidən gələr.
  • Dinləyəni olmadığından deyil, anlayanı olmadığından səssizləşir insan.
  • Dolayısı ilə xatırlanmalı olan ilk şey, qorxu ilə hərəkət etməyin doğru yol olmadığıdır.
  • Dünya heyrətamiz dərəcədə gözəldir, saf ləzzətdir, eybi yoxdur. Dünyada deyil, sizin içinizdə bir şey səhvdir. Yanlışlığını burax, dünyanı rədd etmə.
  • Dünya üzərində yaşayın, amma ona aid olmayın.
  • Dünyada indi yaşayan çox az insan var. Həmişə ya keçmişdə, ya da gələcəkdə yaşayırlar.
  • Dünyanın ən şanslı sevgililəri heç vaxt görüşməyənlərdir.
  • Düşüncələrinizdən qurtulun. Düşüncələr olmadan harada olursunuzsa olun, Allah sizinlə olacaq. Onu axtarmaq üçün hara gedəcəksiniz? Yaxşı, əslində nə olduğunu tam olaraq bilmədiyiniz bir şeyi necə axtara bilərsiniz? Onu axtararaq yox, içinizdə hüzur yaradaraq tapa bilərsiniz. Bugünə qədər heç kim ona getməyib. O daha çox onu doğru şəkildə dəvət edənə özü gələr. Bunu bilənlər, bir məbədə çevrilər.
  • Eqo bir aysberqdir. Onu ərit. Onu dərin sevginin içində ərit, beləliklə, o yox olsun və sən okeanın parçası halına gəl.
  • Eqo həmişə daha böyük olana aşiq olmağa çalışır. Eqo həmişə özündən daha böyük bir şeylə əlaqə qurmağa çalışır. Ancaq sevgi üçün heç kim böyük və ya kiçik deyil. Sevgi yaxınlaşan hər kəsi əhatə edir.
  • Eşq yoxluqdan doğulur — çünki bu heçlik, boşluq sən deyilsən, saf ilahilikdir. Sevgi yalnız boşluqdan yarana bilər, çünki yalnız boşluq başqa bir boşluqla əlaqə qurmağa qadirdir; yalnız bir vakuum başqa bir vakuumla birləşə bilər. İki nəfər deyil, yalnız iki heç nə qarşılaşa bilməz, çünki indi heç bir maneə yoxdur. Heçlikdən başqa hər şey divarlarla əhatə olunub.
Əgər həqiqətən mənim kim olduğumu bilmək istəyirsənsə, mənim kimi tamamilə boş olmalısan. Sonra iki güzgü bir-birinə baxacaq və yalnız boşluq güzgülənəcəkdir.
  • Əgər həqiqətən mənim kim olduğumu bilmək istəyirsənsə, mənim kimi tamamilə boş olmalısan. Sonra iki güzgü bir-birinə baxacaq və yalnız boşluq güzgülənəcəkdir.
  • Əgər sən məhəbbətə hər hansı fiziki ehtiyacını ödəmək məqsədilə baxırsansa, müəyyən müddətdən sonra cansıxıcı, monoton və rəngsiz həyatdan bezəcəksən. Belə həyat miraj kimidir. Yaxınlaşdıqda itir və sənin üçün mənasızlaşır.
  • Əgər yaşayırsansa, risk almağa məcbursan, həyat riskdir. Yalnız ölüm təhlükəsizdir, həyat heç vaxt təhlükəsiz deyil — təhlükəsizlik yoxdur.
  • Ər arvadına yaxınlaşdıqda, sanki məbədə gedirmiş kimi müqəddəslik hissi keçirməlidir. Arvad ərinə yaxınlaşdıqda, sanki tanrıya yaxınlaşan kimi müqəddəslik və ehtiram hissi ilə dolmalıdır. Sevgililər seks zamanı bir-birinə yaxınlaşdıqda, sevişdikdə, həqiqətən də məbədə yaxınlaşırlar. Onların yaxınlığında müqəddəslik, varlığın yaradıcı qüvvəsi fəaliyyət göstərir.
  • Əsl gözəllik qəlblərdə yaşayır, gözlərdə əks olunur və əməllərdə özünü göstərir.
  • Əslində sən bölünmüş deyilsən. Reallıqda sən ahəng içərisində olan bir bütövsən. Amma bir bütün olmadığını düşünməyə şərtləndirilmisən. Və əgər ruhi bir varlıq olmaq istəsən, bədəninlə mübarizə aparmaq lazım olduğun öyrədilib. Bədənini fəth etmək, onu məğlub etmək, yox etmək… Mümkün olan hər vasitəylə ona işgəncə verməyin lazımdır.
  • Faktla həqiqət arasındakı fərqi bilin. Fakt o deməkdir ki, şeylər sizin hisslərinizə belə görünür. Həqiqət o deməkdir ki, hisslərinizə istinad etmədən işlər belədir.
  • Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən.
  • Fridrix Nitsşenin Tanrının öldüyünü elan etməsi yaxşı idi — amma mən deyirəm ki, o, heç vaxt dünyaya gəlməyib. O, hekayədir, ixtiradır: kəşf deyil. İxtira ilə kəşf arasındakı fərqi başa düşürsünüzmü? Kəşfin reallıqla əlaqəsi var, ixtira isə sizin tərəfinizdən hazırlanmışdır.
  • Gecikmə, ölüm gününü kim bilə bilər? Sabah olmaya bilərsən, elə bu an olmaya bilərsən. Bu an sənin yeganə anıdır. Sənin yeganə vaxtın indidir; yeganə yer buradır. Mən sizə hazır olmağı demirəm, Taonun bütün mesajı budur: sən olduğun kimi hazırsan.
  • Gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün varlıq bu anda toplanıb. Bu anın içinə sığışıb. Bütün varlıq yaşadığın anda axmaqdadır.
  • Gerçək zəka sahibi insan, bir ideologiyadan yapışmayacaq; niyə etsin? Hazır cavablardan ibarət olan bir yükü daşımayacaq. Kifayət qədər ağıllı olduğu üçün hər hansı bir vəziyyət ortaya çıxanda ona qarşılıq verə biləcəyini bilir. Niyə keçmişdən gələn gərəksiz bir yükü daşısın? Onu daşımağın nə anlamı var? Əslində, keçmişdən nə qədər çox şey daşısan, indiki zamana o qədər az qarşılıq verə biləcəksən, çünki indiki zaman keçmişin bir təkrarı deyildir, daima yenidir, daima yenidir. Əsla köhnə deyildir; bəzən köhnə kimi görünə bilər amma köhnə deyildir, təməl fərqlər vardır.
  • Gündə ən azı bir saat gözlərinizi yumun. Onları bağlamaq cəmiyyətə qapalı olmaq deməkdir; cəmiyyət yoxdur, yalnız siz özünüzə müraciət edə bilərsiniz.
  • Heç bir ölüm əslində ölüm deyil, çünki hər ölüm yeni bir qapı açar, bir başlanğıcdır. Həyatın sonu yoxdur, yalnız yeni başlanğıclar, yenidən-doğuşlar mövcuddur.
  • Heç bir şeyi ayıblama. Əksinə, onu istifadə et. Hər hansı bir şeyə qarşı olma. Necə istifadə edilə biləcəyinin və çevrilə biləcəyinin yollarını axtar.
  • Heç kim sənə sevgini öyrədə bilməz. Sevgi, şüurunuzu daha yüksək səviyyələrə qaldıraraq, özünüzü, varlığınızda tapmalısınız. Sevgi gələndə isə məsuliyyətdən söhbət gedə bilməz. Hər şeyi sevdiyiniz insan üçün etməkdən həzz aldığınız üçün edirsiniz. Siz insanı məcbur etmirsiniz, qarşılığında heç nə istəmirsiniz, hətta minnətdarlıq belə istəmirsiniz. Əksinə, o şəxs sizə onun üçün nəsə etməyə icazə verdiyinə görə minnətdarsınız. Bu, sənin sevincin, saf sevinc idi. Sevgi heç bir məsuliyyət bilmir. Çox şey edir, çox yaradıcıdır; sahib olduğu hər şeyi paylaşır, amma bu, məsuliyyət deyil, unutmayın. Məsuliyyət sevgi ilə müqayisədə çirkin bir sözdür. Sevgi təbiidir. Məsuliyyəti Allah adına, millət adına, ailə adına, din adına sizə ağalıq etmək istəyən hiyləgər keşişlər, siyasətçilər yaradır — istənilən uydurma iş görəcək. Amma sevgidən danışmırlar. Əksinə, hamısı sevgiyə qarşıdır, çünki sevgi onlar tərəfindən idarə oluna bilmir. Sevgili insan heç bir əxlaq kodeksinə görə deyil, öz ürəyindən hərəkət edir. Sevgili adam orduya getməz, çünki milləti üçün döyüşmək onun vəzifəsidir. Sevgili adam deyəcək ki, millət yoxdur, döyüşdən söhbət gedə bilməz.
  • Heç kim üstün deyil, heç kim aşağı deyil, amma heç kim bərabər də deyil. İnsanlar sadəcə olaraq bənzərsizdirlər. Sən sənsən. Mən mənəm. Mən həyata öz potensialımı qatmalıyam; sən həyata öz potensialını qatmalısan. Mən öz varlığımı kəşf etməliyəm, sən öz varlığını kəşf etməlisən.
  • Heç vaxt unutma: nə vaxt ki, seçim etmək məcburiyyətində qalsan, riskli, təhlükəli, sığortası olmayanı seç. Heç vaxt zərər görməzsən.
  • Heyvanlar səadət içində yaşayırlar, çünki bu, azadlıqdır, dərin azadlıqdır, nə edəcəyini və hara gedəcəyini özün seçirsən.
  • Həqiqət kənarda aşkarlanacaq bir şey deyil, həyata keçirilməli olan daxili bir şeydir.
  • Hər cür elmi irəliləmənin tərəfdarıyam, amma irəliləmə, yaradıcı insanların əlində olmalıdır… irəliləmə, müharibə deyə bağıranların əlində olmamalıdır.
  • Hər kəs öz həyatını yaratmaq məcburiyyətindədir, eynilə, bir insanın, rəqs etməyi öyrənməsi kimi.
  • Hər şeyə fərdilik gətir. Təqlid etmək, həyatı kopyalamaqdır. Təqlidçi olmaq nevrotik olmaqdır. Bu dünyada ağlı başında olmanın tək yolu, fərdi, orijinal olmaqdır. Özünə xas ol.
  • Həyat bir sənətdir. Və insanoğlu, həyatının həm sənətkarı, həm də alətidir. Özünü tam olaraq necə yaradıbsa, elə də tapacaqdır. İnsanoğlunun hazır olaraq doğulmadığını unutmayın; nə zaman doğulmuş olarsaq olaq, bizlər, yonulmamış daşlar kimiyik. Və o daşların çevriləcəyi heykəllərin gözəl və ya çirkin olacağını müəyyən edən, onları yaradan da bizlərik.
  • Həyat bu qədər asan yox edilməsinə icazə verə bilməz, çox böyük müqavimət göstərəcəkdir. O müqavimətdə yeni bir insanın, yeni bir şəfəqin, yeni bir nizamın, bütün həyatın və varoluşun doğumu gizlidir.
  • Həyat əsla özünü təkrar etməz. Daima təzə, daima yeni, daima böyüyən, daima araşdıran, daima yeni macəralara irəliləyəndir. Köhnə hazır cavablarının sənə faydası olmayacaq. Əslində səni əngəlləyəcəklər; yeni durumu görməyinə imkan verməyəcəklər.
  • Həyat istirahət və hərəkət arasındakı tarazlıqdır.
  • Həyat kiçik şeylərdən meydana gələr. Əgər sən sevsən böyük olarlar.
  • Həyat nədir? Həyatın sirrindən içəri girin. Elə-belə yaşasanız, həyatı tükəndirə bilər, lakin onu əsla bilə bilməzsiniz. Enerjinizdən, həyatı elə-belə yaşamaq üçün yox, eyni zamanda onu öyrənmək üçün də istifadə edin. Onu öyrənə bilən insan, eyni zamanda, onu yaşamağı da bacaracaq.
  • Həyat sevinc deyilən maddədən ibarətdir. Bunun səbəbə, əsaslandırmaya ehtiyacı yoxdur. Bədbəxt insanın bədbəxtliyin səbəbi var, xoşbəxt insan isə səbəbsiz xoşbəxtdir.
  • Həyat vicdanlı deyilmiş, adil deyilmiş kimi gəlir, çünki əlimzidən bir oyuncaq aldı. İnsan, belə böyük nəticələrə gəlməkdə təsəlməməlidir. Bir az da gözlə. Bəlkə bütün dəyişikliklər hər zaman yaxşılığadır. Sadəcə kifayət qədər səbirli olmalısan. Həyatı bir az daha sərbəst buraxmalısan.
  • Həyatım boyunca bir çox şeyin qeyb olduğunu gördüm. Bəlkə hamıdan daha çox dostum oldu. Lakin, birisi bu gün dostdur, sabah bitər. Bir qovşaqda bir yol tapar və ayrılar. Lakin mən daima sadəcə yolçu olduğumuzu fərz etdim; birisinin nə qədər səninlə birlikdə olacağını əsla bilə bilməzsən. Birisi səninlə birlikdə ikən, verə bildiyin qədər sevgi ver, paylaşa bildiyin qədər paylaş. Sabah bəlkə o insanla vidalaşmaq məcburiyyətində qalacaqsan.
  • Həyatımızda sevgi çiçəkləri açanda padşah kimi oluruq, nəfsin tikanları olanda isə kasıb və yazıq oluruq. Çiçək tacında rəqs edən oğlanın görünüşü ağacı sevinclə doldurdu. Eşqdə yelləndi, küləkdə oxudu. Oğlan daha da böyüdü. Budaqlarından yellənmək üçün ağaca dırmaşmağa başladı. Oğlan budaqlarında dincələndə ağac özünü çox xoşbəxt hiss edirdi. Sevgi o zaman xoşbəxtdir ki, kimsə özünü yaxşı hiss edir; Eqo yalnız o zaman xoşbəxt olur ki, kimsə özünü yaxşı hiss edir.
  • Həyatın bir başlanğıcı və ya bir sonu yoxdur. Sadəcə bədən doğular və sadəcə bədən ölər. İçimizdəki şey, bədən deyil. Həyatdır. Bunun fərqinə vara bilməyənlər, yaşamış olsalar da, hər zaman ölüm tərəfindən əhatə edilmiş olacaqlar. Fərqinə varanlar isə, ölümün içində belə, həyatı tapacaqlar.
  • "Həyatın ən sirli açarı nədir?" Mənə nə zaman bu sualı versələr, "yaşayarkən ölmək" deyə cavab verirəm.
  • Hindistanın fəlsəfə tarixində məşhur deyim, Satyameva jayate’ dir: "Kim məğlub olursa olsun, həqiqət qazanmalıdır." Bu, bir dəyərsizlik kompleksindən ortaya çıxmır, üstün bir zəkadan doğur.
  • Hisslərini milyon insan arasında parçalamaq insanı zərrələşdirir. Partnyorlarını tez-tez dəyişənlərin həyatı, yeri tez-tez dəyişdirilən ağaca bənzəyir. Ağacın bir və əbədi yeri olmalıdır, o zaman onun kökləri daha dərinə gedəcək və ağacı güclü edəcək.
  • Hüzur axtarın. Lakin unutmayın, onu əgər öncə öz içinizdə tapa bilməsəniz, başqa heç bir yerdə tapa bilməzsiniz. Hüzur, xaricdəki bir şey deyil. O sizi içinizdəki musiqiyə bağlayan və sizin tərəfinizdən yaradılacaq bir şeydir. Buna görə də, hər vəziyyətdə qarşımıza çıxa bilər.
  • Xristian keşişi Allah maraqlandırmır: o, biznes yaratmaqda maraqlıdır. İsanın yeganə yol olduğunu, bütün digər yolların yanlış olduğunu iddia etməlidir. Müştəri axtarışındadır.
  • Xoşbəxtlik hər yerdədir, lakin hər kəs, onu təcrübə edə biləcək qəlbə sahib deyil. Bugünə kimi, qəlbini onu təcrübə etməyə açmayan kəs onu tapa bilməmişdir. Bu, özəl bir yerə və ya şərtlərə sahib olmaqla bağlı bir şey deyil. Önəmli olan, insanın xoşbəxtlik duyğusuna çata bilməsi üçün, doğru halda olmasıdır. Beləliklə, hər vəziyyətdə və yerdə xoşbəxtliyi tapacaq.
  • Xoşbəxtlik istədiyinizə sahib olmaq deyil, sahib olduğunuzu istəməkdir.
İzahat lazım deyil — yalnız nida, təəccüblü bir ürək, oyandı, təəccübləndi, həyatın sirrini hər an hiss etdi. O zaman və yalnız bundan sonra həqiqətin nə olduğunu bilirsiniz. Və həqiqət azad edir.
  • İnsanoğlu özünü həm yox etmə, həm də yenidən yaratmaq gücünə sahibdir.
  • İnsanoğlu özünü hər an, hər dəqiqə durmadan yeniləyər. Öz-özünü doğurması gərəkdir. Bu dayanmayan doğum sənətini bilməyənlər, çox uzun zaman əvvəl öldüklərini bilməlidirlər.
  • İstəyirəm ki, bütün oyunları — dünyəvi, mənəvi, bütün bəşəriyyətin indiyə qədər oynadığı bütün oyunları dayandırasınız. Bu oyunlar sizi ləngidir, çiçəklənməyinizə, fərqinə varmağınıza mane olur. Mən sizə mane olan bütün bu zibildən qurtulmağınızı istəyirəm. İstəyirəm ki, tək qalsın, tək qalasan, çünki o zaman kömək üçün müraciət edəcək kimsən olmayacaq, heç bir peyğəmbərə "yapışa" bilməyəcəksən və beləliklə, Qautam Buddanın xilas edəcəyi fikri olmayacaq. Sən. Yalnız tək qalanda — sonsuz tənhalıqda — daxili mərkəzinizi tapmaqdan başqa çarəniz qalmayacaq. Nə yol, nə gedəcək, nə məsləhətçi, nə müəllim, nə usta. İnanılmaz dərəcədə qəddar və sərt görünür, amma mən səni sevdiyim üçün bunu edirəm və bunu etməyən insanlar səni sevmir və heç vaxt sevmir.
  • istəyirəm ki, hər bir adam mövcudluğun qaraçısı olsun. Sizə kök lazım deyil, siz ağac deyilsiniz.
  • İşıq, sevgi və yaradıcılıq, heç kimə hökm etməklə maraqlanmaz. Nə üçün? Başqası başqasıdır; nə sən kiməsə hökm etmək istəyərsən, nə də başqasının sənə hökm etməyini istəyərsən. Azadlıq, sadəcə birazca oyanıq olmağın ləzzətidir.
  • İzahat lazım deyil — yalnız nida, təəccüblü bir ürək, oyandı, təəccübləndi, həyatın sirrini hər an hiss etdi. O zaman və yalnız bundan sonra həqiqətin nə olduğunu bilirsiniz. Və həqiqət azad edir.
  • Kəşflər, kəşflər, kəşflər! Hər gün neçə-neçə kəşflər edilir! Yenə də, gündən-günə həyat kədərlə dolur. Artıq, cəhənnəmi təsvir edə bilmək üçün, xəyal gücünüzə ehtiyacınız yoxdur. Dünyaya işarə edib, "Bax, Cəhənnəm belə bir şeydir." deməyiniz kifayətdir. Yaxşı bəs, bu mərhələyə necə gəldik? Səbəb budur ki, insan özünü kəşf edə bilmədi.
  • Kimin güclü, kimin daha ağıllı, kimin gözəl, kimin varlı olmasının nə fərqi var? Axı, sonda yalnız xoşbəxt insan olub-olmamağın əhəmiyyəti var.
  • Köhnə dinlərdə tanrı anlayışı qorxuya əsaslanır. İnsanlar özlərinə güvənmədikləri üçün Allaha inanırlar. Onlara ata fiquru, böyük ata lazımdır. Onlar hələ də uşaqdırlar və onlara cəsarət və himayə vermək üçün kimsə lazımdır. Onlar sadəcə olaraq tək qalmaqdan qorxurlar. Özünüzə güvəndiyiniz və özünüz olduğunuz an Allahın mövcud olmadığını anlayacaqsınız.
Qurtuluş arzu edilə bilməz, çünki istək əsarətdir. Arzusuz olanda azad olursan.
  • Qadınlar kişilərdən nə aşağıdır, nə də üstündür. İkisi insanlığın iki fərqli cinsidir, müqayisə edilə bilməzlər. Müqayisənin özü axmaqlıqdır və müqayisə etməyə başlasan, başına dərd açacaqsan.
  • "Qeyri-müəyyənlik zamanları" yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Var oluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illüziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır.
  • Qəbul etməliyik ki, insan yer kürəsindəki ən zəif heyvandır. Və onun bütün davranışlarının, aid olduğu şeylərin, qruplaşmalarının təməli budur. O, özündən daha böyük bir şeyin parçası olmaq məcburiyyətindədir. Ancaq bu zaman özünü təhlükəsiz hiss edə bilir.
  • Qorxu varsa, sevgi də ola bilməz.
  • Qurtuluş arzu edilə bilməz, çünki istək əsarətdir. Arzusuz olanda azad olursan.
Məni tənqid edənlər mənim düşmənim olmayacaq; tənqid etdiyim adamların da düşməni deyiləm. Yalnız maariflənmiş ustadların işini başa düşmək lazımdır.
Mahatmalar və müqəddəslər deyilənlərin hamısı qorxaqdır. Mən əsla üsyankar bir ruh olduğu deyilə biləcək bircə dənə mahatmaya – hindu, müsəlman, xristian, buddist – rast gəlməmişəm. Üsyankar olmasa, dindar olmaz. Üsyan dinin əsasını təşkil edir.
  • Mahatmalar və müqəddəslər deyilənlərin hamısı qorxaqdır. Mən əsla üsyankar bir ruh olduğu deyilə biləcək bircə dənə mahatmaya – hindu, müsəlman, xristian, buddist – rast gəlməmişəm. Üsyankar olmasa, dindar olmaz. Üsyan dinin əsasını təşkil edir.
  • Məhəbbət məhbəs deyil. Dustaq həyatı deyil. O, sənin düşündüyündən də geniş və maraqlıdır. Sadəcə sən onu görməyə çalış. Anlamalısan ki, sən kimin əlini və qolunu bağlayırsansa, qarşı tərəf də səni dustaq edir. Əl-qolunu bağlayır.
  • Mən gedəndə ümid edirəm ki, dünyada hələ də məni tənqid edəcək cəsarətli insanlar olacaq ki, heç kimin yoluna mane olmayaq. Məni tənqid edənlər mənim düşmənim olmayacaq; tənqid etdiyim adamların da düşməni deyiləm. Yalnız maariflənmiş ustadların işini başa düşmək lazımdır.
  • Mən nə Qərbin, nə də Şərqin tərəfindəyəm. Mən məhəbbətin tərəfindəyəm!
  • Mən sevirəm, çünki sevgim sevgi obyektindən asılı deyil. Mənim sevgim vəziyyətimdən asılıdır. Deməli, qarşıdakı insan dəyişirmi, fərqli olurmu, dost düşmənə çevrilirmi, fərqi yoxdur, çünki mənim sevgim heç vaxt başqasından asılı olmayıb. Mənim sevgim mənim vəziyyətimdir. Mən sadəcə sevirəm.
  • Mən sənə yaşamağı, sevməyi, rəqs etməyi, mahnı oxumağı və gözləməməyi öyrədirəm.
  • Məncə, Tereza Ana və onun kimi insanlar ikiüzlüdürlər: gözəl sifətin arxasında bir şey deyirlər, başqa şey edirlər. Bütün bunlar siyasi strategiyadır — rəqəmlər siyasəti. Və deyir: "Adıma əlavə etdiyiniz sifətlərə görə sizi böyük sevgi ilə bağışlayıram". Birincisi, sevginin bağışlanmasına ehtiyac yoxdur, çünki prinsipcə bu, qıcıqlanma deyil. Birini bağışlamaq üçün əvvəlcə qəzəblənməlisən; ilkin şərtdir. Mən Tereza ananı heç bağışlamıram, çünki heç qəzəbli deyiləm. Onu niyə bağışlamalıyam? Qəzəblənməli olan o idi. Buna görə də bu şeylər üzərində düşünməyə başlamaq istəyirəm. Deyirlər ki, Budda heç vaxt qəzəblənmədiyi üçün heç kimi bağışlamayıb. Qəzəbsiz necə bağışlamaq olar? Bu mümkün deyil. O, yəqin ki, əsəbiləşib. Mən bunu şüursuzluq adlandırıram: nə yazdığının fərqində deyilsən.
  • Məni tənqid edənlər mənim düşmənim olmayacaq; tənqid etdiyim adamların da düşməni deyiləm. Yalnız maariflənmiş ustadların işini başa düşmək lazımdır.
  • Mənim dərsim yoxdur. Mən müəllim deyiləm. Nə həyat fəlsəfəsi, nə nizam-intizam, nə də izləmək üçün proqramlar verirəm. Həyata çox konkret yanaşmam var, bunu dostlarımla bölüşürəm. Mənim yanaşmam proqramsızlaşdırma ilə başlayır. Mənə gəldikdə, bu açar sözdür. Mənim dostluğuma başlamaq, proqramsızlaşdırma prosesinə başlamaq deməkdir. Hər bir insan doğulduğu andan xristian, hindu, yəhudi, müsəlman olmaq üçün proqramlaşdırılmışdır. Uşaq günahsız doğulur, ancaq bütün həyatını yaşadığı minlərlə anlayışla dərhal ağırlaşır.
  • Mənimlə illüziyalar mütləq dağılacaq. Mən bütün illüziyaları dağıtmaq üçün buradayam. Bəli, sizi qıcıqlandıracaq, bezdirəcək — mənim fəaliyyət və işləmə tərzim belədir. Səni kökündən təxribat edəcəyəm! Bir ağıl olaraq tamamilə məhv edilmədikcə, sizin üçün heç bir ümid yoxdur.
  • Min illərdir batıb qalmışıq, sadəcə əşyalar inkişafını davam etdirir: daha yaxşı maşınlar, daha yaxşı təyyarərlər, daha yaxşı bombalar, amma daha yaxşı insanlar yoxdur. İnsanın ilişib qalması, amma başqa hər şeyin böyüməyə davam etməyi təhlükəli bir vəziyyətdir. İnsan öz irəliləməsinin, öz texnologiyasının, öz elminin altında qalacaq. İnsan da böyüməlidir; insan daima öndə olmalıdır.
  • Nə vaxt fahişələrlə görüşsəm, onlar heç vaxt seksdən danışmırlar. Onlar ruhu və Allahı soruşurlar. Mən çoxlu zahid və rahiblərlə də rastlaşıram və biz tək olanda onlar seksdən başqa heç nə soruşmurlar. Həmişə cinsi əlaqəyə qarşı təbliğat aparan zahidlərin sanki buna əsir olduğunu öyrənəndə təəccübləndim. Onlar bununla maraqlanır və bundan narahat olurlar; onlarda bu zehni kompleks var, buna baxmayaraq onlar din haqqında və insandakı heyvani instinktlər haqqında moizə deyirlər. Və seks çox təbiidir.
  • Ölüm qorxusu ilə qılınan dualar Allaha edilən dualar deyil. Yalnız sevinclə dolu olan şəxs Allahın məbədinə çatır. Allahın Padşahlığı sevinc və gözəlliklə doludur və Allahın məbədinin zəngləri yalnız hər cür qorxudan azad olanlar, qorxmaz olanlar üçün çalınır.
  • Ölüm və doğum, ruhun böyük ziyarətində yalnız kiçik epizodlardır. Ölüm qorxunuz özünüzlə təmasda olduğunuz anda dərhal yox olacaq. VƏ bu kəşf edilməli olan tamamilə yeni bir səmanı açır. Ölümün olmadığını bildikdən sonra bütün qorxular yox olur. Bilinməyən qorxusu, qaranlıq qorxusu. Bütün qorxular yox olur. Siz ilk dəfə əsl macəraçı olmağa başlayırsınız. Sizi əhatə edən müxtəlif sirrlərə keçməyə başlayırsınız. Varlıq ilk dəfə sizin evinizə çevrilir.
  • Öyrənməli olan yeganə şey müşahidə etməkdir. Baxın! Etdiyiniz hər bir hərəkətə baxın. Ağıldan keçən hər fikrə diqqət yetirin. Sizi əhatə edən hər arzuya diqqət yetirin. Hətta kiçik jestlərə də baxın — necə gəzirsiniz, danışırsınız, yemək yeyirsiniz, vanna qəbul edirsiniz. Hər şeydə, hər yerdə izləməyə davam edin. Qoy hər şey müşahidə etmək fürsətinə çevrilsin.
  • Özünə qarşı dürüst olmağı unutma. Necə? Üç şeyi xatırlamaq lazımdır! Bir, nə olmağın lazım olduğunu sənə söyləyənləri əsla dinləmə: öz ürək səsini dinlə, sən necə olmaq istəyirsən? Yoxsa həyatın xərclənər gedər.
  • Özünü bilən, öz varlığını anlayan, həyatın mənasını anlayan insanda anidən bir güc partlayışı olar. Lakin, bu daha çox sevgi kimdidir, mərhəmət kimidir. Günəş işığından çox, ay işığı kimidir; sərin, sakit, gözəl. Belə bir insanın dəyərsizlik kompleksi yoxdur. O qədər doludur, o qədər doyğundur, o qədər dincdir ki, başqaları üzərində güc sahibi olmağı arzulamasına heç gərək yoxdur.
Realist olun: Möcüzə üçün plan qurun.
  • Realist olun: Möcüzə üçün plan qurun.
Sən deyirsən ki, cənnətdə əbədi gözəllik var. Əbədi gözəllik cənnətdə deyil, burada və indidir.
  • Sadalananlar sənin həyatında baş verirsə, günah məhəbbətdə deyil, günah sənin özündədir. Sən, məhəbbət adı altında bu tələbləri irəli sürdün. Adını məhəbbət qoyduğunuz bu oyun, saxta pul kimidir.
  • Sadəcə axmaqlar müharibə etməyə davam etdi; bütün ağıllı insanlar nəyin doğru, nəyin yanlış olduğuna qərar verməyin yollarını tapmaqla məşğul idi.
  • Sevgini necə əldə edəcəyinizi düşünməyi dayandırın. Nə qədər çox versən, bir o qədər çox alacaqsan. Başqa yol yoxdur.
  • Sən deyirsən ki, cənnətdə əbədi gözəllik var. Əbədi gözəllik cənnətdə deyil, burada və indidir.
  • Sənə birini sevməyini desələr, bunu necə edəcəksən? Bəli, rola girə bilərsən, sevirmiş kimi edə bilərsən; baxdığın kinolardan, oxuduğun romanlardan gözəl dialoqları təkrarlaya bilərsən. Gözəl şeylər deyə bilərsən, amma heç bir şey səndən çıxmır. Sevmir, sadəcə bir oyunda rolunu oynayırsan. İşin fəlakət olan tərəfi isə budur ki, çoxumuz bütün həyatımızı oyun belə yox, məşqlə davam etdiririk. Oyun üçün zaman əsla gəlməz, təkrar təkrar məşq edilər. Bir neçə insan üçün oyun vaxtı gəlsə belə, oyun da başqa hər hansı bir şey qədər saxtadır, çünki ürəyin içində deyil. Ölüdür, nəfəs ala bilməz. İstiliyi, canlılığı, rəqsi yoxdur. Bunu belə etmək üzrə öyrədildiyin üçün belə edirsən. Bu bir növ məşq, bədən tərbiyəsi, nəzakət qaydası, tərbiyə hər hansı bir şeydir, amma sevgi deyil.
  • Səni, şərtsiz sevməyə hazırlamağa; səni, yadlarla belə dostluğa hazırlamağa; qarşıdurma yaratdıqları üçün təşkilatlanmış dinlərini buraxmağa, ölkənə aidiyyətini belə buraxmağa hazırlamağa çalışıram. Forma olaraq ölkənin pasportunu daşımaq məcburiyyətində qalacaqsan, amma bu sadəcə bir rəsmiyyətdir. Varlığının dərinlərində bir Hindu olmamalısan; bir Alman olmamalısan və bir Xristian olmamalısan.
  • Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış.
  • Sirrlərin sizin üçün açılmasını istəyirsinizsə, təəccüb içində qalın. Sorğuya davam edənlər üçün sirlər heç vaxt açılmır. Sual verənlər gec-tez kitabxanaya düşürlər. Onlar müqəddəs kitablarla başa çatır, çünki kitablar cavablarla doludur. Cavablar isə təhlükəlidir, heyrətinizi öldürür.
  • Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr.
  • Siz gözəl sufi əfsanəsi Məcnun və Leyli haqqında eşitmisiniz. Bu adi bir sevgi hekayəsi deyil. Məcnun sözü dəli, Allah üçün dəli deməkdir. Leyli isə Allahın rəmzidir. Sufilər Allahı məhbub hesab edirlər; leyli sevgili deməkdir. Hamı Məcnundur, Allah məhbubdur. İnsan isə ürəyini, qəlbin gözünü açmalıdır.
  • Şərqdə məhəbbət adı altında komfort və təhlükəsiz həyat. Qərbdə isə azadlıq və etibar nəzərdə tutulur.
  • Şərqdə məhəbbəti dəyişiklikdən qorxma hissi məhv edir. Qərbdə isə insanların bir yerdə olub, bağlanmaq qorxusunun olması məhv edir.
  • Tanrı adına fantaziyalar öyrədilir. Lakin həqiqətin fərqindəliyi, xəyal gücü ilə yaranmaz, sadəcə, bütün xəyal gücündən vaz keçilərsə, yaranar. Xəyal gücünün içində yaşayan biri, bir yuxuda yaşayır. Olub bitəni yox, öz görmək istədiyini görər.
  • Təcrübələrinizin heç birinin reallığını inkar edə bilməzsiniz.
  • Unutma, beyin bir qul olaraq yaxşı quldur. Sənin çox işinə yarayır. Amma sahibkar olaraq çox təhlükəlidir və bütün həyatını zəhərləyər.
  • Uşaq bir neçə çiçək götürəndə ağac çox sevindi, bütün varlığı sevgi sevinci ilə doldu. Sevgi bir şey verə biləndə xoşbəxtdir; eqo nəyisə götürə biləndə xoşbəxt olur.
  • Ümidsizlik yalnız gözləntilər olduqda baş verir. Heç nə məni ümidsizliyə sala bilməz: mən səndən heç nə gözləmirəm.
  • Varlısansa, düşünmə, kasıbsansa, kasıblığını ciddiyə alma. Dünyanın sadəcə bir tamaşa olduğunu xatırlayıb yaşaya bilsən, azad olarsan, əzab sənə toxunmaz. Əzab həyatı ciddi qəbul etməyin nəticəsidir; xoşbəxtlik oyunun nəticəsidir. Həyata oyun kimi yanaşın. Onunla sevin!
  • Və bir araşdırmaçı, nəyin yaxşı, nəyin pis olduğu barədə düşünməməlidir; sadəcə araşdırmalı, izləməli, müşahidə etməlidir.
  • Və sənə söyləyirəm; gedəcək heç bir yol yoxdur. Hər şey bu andadır. Bütün yaranma, bu anda toplanmışdır. Bu anın içinə sığar. Bütün yaranma, yaşadığın anda axmaqdadır. Hamısı bu.
  • Vicdan başqalarının sizinlə oynadığı bir oyundur — başqaları sizə nəyin doğru, nəyin yanlış olduğunu söyləyir. Fikirlərini sizə sırıyırlar, uşaqlıqdan da onları daima sırıyırlar. Sən o qədər məsum, o qədər həssas, o qədər zərifsən ki, iz, iz qoya bilsən, onlar səni şərtləndirirlər – əvvəldən. Bu şərtlənməyə "vicdan" deyilir və bu vicdan bütün həyatınızı idarə etməyə davam edir. Vicdan cəmiyyətin sizi əsarət altına almaq strategiyasıdır.
  • Yadında saxla, sənin həyatda əldə etdiklərin, sənin həyata verdiklərindir.
  • Yalnız həqiqətən nə demək istədiyinizi söyləyin. Həyat qısadır, daim nəticələrini düşünərək onu məhv etməməlisən. Siz oxumaq istəyən hər kəs üçün açıq bir kitab kimi tam, gərgin və xoşbəxt bir həyat sürməlisiniz.
  • Yalnız təvazökarlıq, sadəlik, təbiilik, başqası ilə müqayisə etməmək… Hər kəs bəznərsizdir; müqayisə etmək qeyri-mümkündür! Bir qızılgülü bir məxmər gülü ilə necə müqayisə edə bilərsən? Hansının üstdə, hansının aşağıda olduğunu necə söyləyə bilərsən? İkisinin də özünə xas gözəlliyi vardır və ikisi də çiçək açmış; günəşdə, küləkdə, yağışda rəqs etmiş; həyatını tam mənası ilə yaşamışdır.
  • Yaradıcı, ağıllı bir insan güc arxasınca qaçmaz. Ağıllı insan başqaları üzərində hakimiyyət qurmaqla maraqlanmaz. Onun maraqlandığı mövzu, özünü bilməkdir. Bu səbəbdən, ən yüksək zəka xüsusiyyətinə sahib olan insanlar mistisizmə yönələr, ən çoxu güc arxasınca qaçar. O güc dünyəvi, siyasi ola bilər; pul ola bilər, milyonlarla insan üzərində ruhsal hakimiyyət qurmaq ola bilər, amma əsl istək, daha daha çox insana hökm etməkdir.
  • Yaradıcılıq varlığın ən böyük üsyanıdır. Əgər yaratmaq istəyirsənsə, bütün şərtlərdən xilas olmağa məhkumsan. Əks təqdirdə yaradıcılığın kimdənsə köçürtməkdən başqa bir şey olmayacaq.
  • Yaşlı bir Brahma rahibi var imiş. Kor olduğu vaxt, uşaqları, müalicə üçün əməliyyat olmasını istəyir, lakin rahib imtina edir. "Niyə gözlərə ehtiyacım olsun; 8 oğlum, 8 gəlinim və bir də ananız var. Mənim üçün görə biləcək 34 göz var ikən, 2 dənə əskik olsa nə olar?" deyir. Və uşaqlarının nəsihətlərinə qulaq asmır. Bir gecə evdə yanğın baş verir. Hər kəs canını xilas etmək üçün bayıra qaçır. O anda yaşlı adam heç kəsin yadına düşmür və rahib alovlar içində kül olur. Buna görə də, övladım, qətiyyən cahillik mövzusunda israr etmə. Bilmək, öz gözlərinə sahib olmaqdır. Bundan başqa, güvənəcəyin bir şey yoxdur.
  • Yer üzündəki bütün sevgi sənə verilə bilər, lakin sən bədbəxt olmağa qərara vermisənsə, bədbəxt qalacaqsan. İnsan heç bir səbəb yoxkən çox xoşbəxt ola bilər. Çünki xoşbəxtlik və bədbəxtlik sənin seçimindir.
  • Yoldaş — əl uzadıb səni yerdən ayağa qaldırandır. Həyat sənə nə gətirirsə qəbul et; amma kiminsə sənin haqqını və azadlığını almasına icazə vermə!..

Xarici keçidlər

[redaktə]
Wikipedia logo
Wikipedia logo
Oşo haqqında Vikipediyada məqalə var.

İstinadlar

[redaktə]