Gözəl
Görünüş
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
[redaktə]- Ağıl, təvazökarlıq çərçivəsində daha gözəl görünən qiymətli daşdır. Maksim Qorki
- Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
- Axmaqla yaxın dost olma. Öz etdiyini sənə gözəl göstərər, səni də özünə bənzətmək istər. Əli
- Aranızda əxlaqı gözəl olanları fərqləndirin. Gözəl əxlaq dinin yarısıdır. Məhəmməd
- Arvadı gözəl olan adam xoşbəxt olar. Gözəl olmayan isə filosof... Sokrat
- Ayın gecəyə səbr etməsi onu açıq-aydın bir hala gətirir. Gülün tikana səbr etməsi də onun gözəl ətirli olmasına səbəb olur. Mövlana Cəlaləddin Rumi
- Az danışmağı, susmağı, soruşanda cavab verməyi, böyüklərə qulaq asmağı öyrətmək, nalayiq sözlər, söyüşlər, yersiz kəlmələr işlətdikdə utandırmaq, gözəl, zərif, xoş kəlamlardan istifadə etdikdə tərifləmək, buna adət etməyə hüsn-rəğbət oyatmaq lazımdır. O, müəlliminə, yaşca özündən böyük olanlara hörmət və xidmət etməyi bilməlidir. Böyük adamların övladları belə davranış qaydalarına daha çox möhtacdır. Onun müəllimi ağıllı, vicdanlı, əxlaq normalarına, uşaq ruhiyyəsinə bələd, şirin danışmaqda, insaflı rəftarda, vüqarlı, zəhmli davranışda, pak və təmizlikdə məşhur, şahların xasiyyətindən, adət və ənənələrindən, eyş-işrətlərindən, məclis və söhbətlərindən bixəbər, camaatın hər təbəqəsi ilə danışmağı bacaran, rəzil və alçaq adamlardan qaçmalıdır. Böyük adamların yaxşı tərbiyə görmüş, gözəl adətlər qazanmış uşaqları ilə bir məktəbdə oxumalıdır ki, darıxmasın, onlardan öyrənsin, başqa şagidlərə qibtə hissi ilə yanaşsın, onlarla bəhs-bəhsə girsin, elmə həvəsi artsın. Nəsirəddin Tusi
B
[redaktə]- Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da. Merilin Monro
- Bəsit qadın; gözəl olmağı ağıllı olmaqdan üstün tutur. Çünki bəsit kişidə zəkanı anlayacaq baş yox, gözəlliyi görəcək göz var. Anton Çexov
- Bilin ki, Allahın elmini qoruyan bəndələr vardır ki, onu mühafizə edərlər; qaynaqlarını axıdarlar. Bir-birləriylə uyğunlaşıb görüşərlər, bir-birlərini sevib qovuşarlar. Bir-birlərinə elm və hikmət piyaləsini verərlər, onu içib vəfa və nəsihətdən sirab olarlar. Onların saf könlünü şübhə bulandırmaz, qeybət onlara yol tapmaz. Yaradılışları, təbiətləri belədir: bu təbiətlə sevişərlər, bu təbiətlə bir-birlərinə uyğunlaşarlar. Onlar əkin üçün ayrılmış ən gözəl toxumlardır; pisləri ayaqlanıb atılmışdır; yaxşıları seçilib götürülmüşdür. Mahiyyətlərinin doğruluğu onları seçmişdir; sınaqlar onları yoxlamışdır. Əli
- Bir insanda gözəl bir xasiyyət varsa, ondan başqa gözəl xasiyyətlər də gözləyin. Əli
- Bu dəyər miqyasını kim və necə əlaqələndirəcək? Bəşəriyyət üçün yaxşı və pis əməllər, dözülməz olanlar üçün bu gün fərqləndirilən bir şərh sistemini kim yaradacaq? Bəşəriyyətə nəyin həqiqətən ağır və dözülməz olduğunu və dərini yalnız yerli olaraq nəyin otardığını kim izah edəcək? Kim qəzəbi daha yaxın olana yox, ən dəhşətlisinə yönəldər? Kim belə bir anlayışı öz insan təcrübəsinin hüdudlarından kənara köçürməyə müvəffəq ola bilər? Başqalarının uzaq sevincini və kədərini, özünün heç vaxt yaşamadığı ölçüləri və aldatmaları dərk etməyi fanat, inadkar bir insan məxluquna təlqin etməyə kim müvəffəq ola bilər? Təbliğat, məhdudiyyət, elmi sübut - hamısı faydasızdır. Ancaq xoşbəxtlikdən dünyamızda belə bir vasitə var! Yəni sənətdir. Yəni ədəbiyyatdır. Onlar bir möcüzə göstərə bilərlər: insanın yalnız şəxsi təcrübədən öyrənmək kimi zərərli xüsusiyyətinə qalib gələ bilərlər ki, başqa insanların təcrübəsi ondan əbəs yerə keçsin. İnsandan insana, Yerdəki qısa sehrini başa vurduqca, sənət bütün yükləri, rəngləri, həyat şirəsi ilə tanış olmayan, ömürlük təcrübənin bütün ağırlığını köçürür; o, naməlum bir təcrübəni bədəndə canlandırır və ona özümüz kimi sahib olmağımıza imkan verir. Və daha çox, daha çox; həm ölkə, həm də bütün qitələr bir-birinin səhvlərini əsrlərlə davam edə biləcək vaxt fasilələri ilə təkrarlayır. Onda düşünmək olardı ki, hər şey çox aydın olacaq! Amma yox; bəzi xalqların artıq yaşadıqları, nəzərdən keçirdikləri və rədd etdikləri birdən-birə başqaları tərəfindən ən son söz olaraq kəşf edilir. Yenə də özümüzün heç vaxt yaşamadığımız təcrübənin yeganə əvəzedicisi incəsənət, ədəbiyyatdır. Onlar gözəl bir qabiliyyətə malikdirlər: dil, adət, sosial quruluş fərqlərindən kənarda, bir xalqın həyat təcrübəsini digərinə çatdıra bilirlər. Təcrübəsiz bir xalqa onilliklər boyu davam edən sərt milli sınaqları çatdıra bilər, ən yaxşı halda bütün bir xalqı lazımsız, ya səhv, hətta fəlakətli kursdan xilas edə, bununla da bəşər tarixinin döngələrini cilovlaya bilərlər. Aleksandr Soljenitsın
- Bu dünyada günəşdən daha gözəl Allah, od, gözəl sevgi atəşi yoxdur. Maksim Qorki
- Bu ziddiyyətli məqsədlərdən iki bir-birinə zidd olan təhsil sistemləri yaranır. Biri ictimai və çoxları üçün ümumi, digəri özəl və məişətdir. Əgər xalq təhsilinin nə demək olduğunu bilmək istəyirsinizsə, Platonun Cümhuriyyətini oxuyun. Kitabları sadəcə adlarına görə mühakimə edənlər bunu siyasət haqqında risalə kimi qəbul edirlər, lakin bu, təhsil haqqında indiyə qədər yazılmış ən gözəl risalədir. Məşhur hesablamalara görə, Platon İnstitutu xəyali və real olmayan hər şeyi müdafiə edir. Öz tərəfimdən mən Likurqun sistemini sadəcə olaraq yazmağa vadar etsəydi, onu daha qeyri-mümkün hesab edərdim. Platon yalnız insanın qəlbini təmizləməyə çalışırdı; Likurq onu təbii yolundan çevirdi. İctimai institut yoxdur və ola da bilməz, çünki nə ölkə var, nə də vətənpərvər. Sözlərin özü dilimizdən silinməlidir. Səbəbin hazırda bizə aidiyyatı yoxdur, bilsəm də açıqlamaqdan çəkinirəm. "Yaşamaq nəfəs almaq deyil, hərəkət etməkdir; bu, orqanlarımızdan, hisslərimizdən, qabiliyyətlərimizdən, varlığımızın hisslərini bizə bəxş edən bütün hissələrimizdən istifadə etməkdir" Jan Jak Russo
Ç
[redaktə]- Çiçəyi elə gözəl, elə incə edən onun torpaqdan çıxanda çəkdiyi əzabdır. Könül Bünyadzadə
D
[redaktə]- Dünya gözəldir, amma bir şairin gözü ilə daha gözəl olur. Yohann Volfqanq Göte
- Dünya daha təhlükəsiz, daha şirin, daha ağıllı və daha gözəl bir məkana çevrilməmişdən əvvəl bütün xalqlar özlərini hesaba almalı və öz psixoloji zəiflikləri və kompleksləri ilə məşğul olmağa başlamalıdırlar. Hər bir xalq sağlam psixi sağlamlığı hədəfləməli və sağlam, psixoloji məqsədləri həyata keçirməyə çalışmalıdır. Beynəlxalq birliyə nail olmaq lazımdır və bu, təkcə qarşılıqlı etimada deyil, həm də düzgün dünya məqsədlərinə və həqiqi psixoloji anlaşmaya əsaslanmalıdır. Alisa Beyli
E
[redaktə]- Ey gördüyü gözələ ilişib qalan adam! Onun surətini görür, mənasından, yəni, əxlaqının gözəlmi, çirkinmi olduğundan qafil olursan. Əgər ağıllı bir adamsansa sədəfdəki incini tap. Mövlana Cəlaləddin Rumi
- Ey uca könüllü yalan! Gerçək heç sənə seçim edilə biləcək qədər gözəl olmuşdurmu? Jan Jak Russo
Ə
[redaktə]- Əgər gündüzü əməyə sərf etmişsinizsə, həmin günün gözəl axşamını da görəcəksiniz. Yohann Volfqanq Göte
- Ən nadan insan odur ki, bir yaltaq ona gözəl təriflər söyləyərək pisi yaxşı və xeyirxah düşmən kimi qələmə verən zaman onun sözlərinə aldana. Əli
F
[redaktə]- Faydalı olmaq yalnız faydalı olmaq, gözəl olmaq yalnız gözəl olmaqdır, amma faydalı və gözəl olmaq böyük olmaqdır. Viktor Hüqo
- Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
G
[redaktə]- Gözəl ağa çox gözəl idi, vurdu çiçək də çıxatdı. Azərbaycan atalar sözləri/G
- Gözəl, amma abırsız qadın çürümüş balıqçı toru kimidir. Ralf Uold Emerson
- Gözəl aşı tez bişər. Azərbaycan atalar sözləri/G
- Gözəl bürünər, çirkin görünər. Azərbaycan atalar sözləri/G
- Gözəl cavab həmişə daha gözəl sualı soruşana verilər. Edvard Kamminqs
- Gözəl əxlaq dinin yarısıdır. Məhəmməd
- Gözəl əxlaqa və saleh əmələ adət et ki, Allahın hüzurunda utanmayasan.Mövlana Cəlaləddin Rumi
- Gözəl görmək bir şeyi eşitməkdən irəlidir. Əli
- Gözəl göz üçün, ağıllı könül üçün. Azərbaycan atalar sözləri/G
- Gözəl gözəl deyil, könül sevən gözəldir. Azərbaycan atalar sözləri/G
- Gözəl insanı heç bir şey eybəcərləşdirmir. Alman atalar sözləri
- Gözəl kamallı gərək. Azərbaycan atalar sözləri/G
- Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart
- Gözəl qadın insanın gözlərinə, gözəl xasiyyətli qadın isə ruhuna dinclik gətirir. Volter
- Gözəl qadının taleyidir ki, hara gedir getsin söhbət mövzusu olur. Oskar Uayld
- Gözəl quş əldə gəzər, gözəl qadın dildə gəzər. Türk atalar sözləri
- Gözəl nazlı gərək. Azərbaycan atalar sözləri/G
- Gözəl olmaq istəyən əziyyət çəkməlidir. Alman atalar sözləri
- Gözəl sevməyə tövbə olmaz. Azərbaycan atalar sözləri/G
- Gözəl şeyi hamı görməlidir, yalnız o zaman gözəl şey yaşayır. Maksim Qorki
- Gözəldə etibar olmaz. Azərbaycan atalar sözləri/G
- Gözəldən qırx gündə doymaq olar, gözəl xasiyyətdən qırx ildə də doymaq olmaz. Türk atalar sözləri
- Gözələ baxmaq göz qaydasıdır. Azərbaycan atalar sözləri/G
- Gözələ göz dəyər, qəlbə söz. Azərbaycan atalar sözləri/G
- Gözəli gözəl edən ədəbdir, ədəb gözəli sevməyə səbəbdir. Mövlana Cəlaləddin Rumi
- Gözəllərdə vəfa olmaz. Azərbaycan atalar sözləri/G
- Gözəllik gözəl sifətə malik olmaq deyil. Gözəl düşüncələrə, gözəl qəlbə və gözəl ruha sahib olmaqdır. Anton Çexov
- Gülü gülənə ver. Qəlbini sevənə ver. Sevmək gözəl şey, sevməsini bilənə ver. Mövlana Cəlaləddin Rumi
H
[redaktə]- Hamını malla razı salmaq olmur, ancaq gözəl əxlaqla olur. Məhəmməd
- Heç bir ata-ana uşağına gözəl tərbiyədən daha yaxşı bir miras qoya bilməz. Məhəmməd
- Hər gün ən azı bir az mahnı eşitmək, yaxşı bir şeir oxumaq, gözəl bir şəkil görmək və mümkünsə, bir neçə ağlabatan söz söyləmək lazımdır. Yohann Volfqanq Göte
- Həya gözəldir, lakin qadınlarda olsa, daha gözəl olar. Məhəmməd
İ
[redaktə]- İman əhlinin hər gün üç işi vardır: Bir zaman Rəbbi ilə razü niyaz edər, Ona qulluq göstərər; bir zaman dolanışığı üçün çalışar; bir zamanı da var ki, halal və gözəl ləzzətlərlə zövqlənər. Ağıllı adam üç şey üçün səfər edər: Güzəranını qaydaya salmaq, axirətini əldə etmək, yaxud da haram olmayan zövq və ləzzət əldə etmək. Əli
- İman əhlinin üzündə təbəssüm, qəlbində hüzn vardır. Onun könlü hər şeydən geniş, nəfsi hər şeydən azdır. Təkəbbürə nifrət edər, şöhrətə düşməndir, qəm-qüssəsi çox, düşüncəsi isə dərindir. Çox zaman susar; vaxtı yoxdur. Çox şükr edər, çox səbrlidir. Daim düşüncəlidir; ehtiyacı olanı görərkən öz ehtiyacını belə unudar. Xasiyyəti gözəl, rəftarı xoş və yumşaqdır. Şərəf və din baxımından sərtdir, xasiyyət baxımından qul kimidir. Əli
M
[redaktə]- Mühüm olan ruhdur. Gözəl bir çöhrədə gözəl bir ruh yoxdursa, nə fayda. Evripid
O
[redaktə]- O, yaratdığı hər şeyi gözəl yaratdı. Qurani-Kərim
- Oğlu Həsənə buyurmuşdur:
- Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
Ü
[redaktə]- Üç şey gözün gücünü artırır: gözə sürmə çəkilməsi, yaşıllığı seyr etmək və gözəl hüsn-camala baxmaq. Məhəmməd
Y
[redaktə]- Yalnız sevərək evlənmək maraqlıdır. Qızın gözəl olmasına görə evlənmək isə bazardan lazımsız şeyi yalnız yaxşı olmasına görə almaq kimidir. Anton Çexov
- Yaradanın əlindən çıxan nə varsa gözəldir. Hər şey insanın əlində pozulur. Jan Jak Russo
- Yarla xoş dolanan bir kimsə, yarsız qalmaz... Ay, gecədən ürkmədiyi, qaranlığından qaçmadığı üçündür ki, nurlandı... Gül o gözəl qoxunu, tikanla xoş dolanmaqla qazandı ... Mövlana Cəlaləddin Rumi
- Yer üzündə hər şey gözəl olsaydı, onda gözəl heç nə olmazdı. Deni Didro