Şamil Yusifov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şamil Yusifov
24 noyabr 1995 – 12 noyabr 2000
Şəxsi məlumatlar
Doğum tarixi 3 fevral 1955(1955-02-03) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili Azərbaycan Dövlət Tibb İnstitutuAzərbaycan Dövlət Universiteti

Şamil Cəmil oğlu Yusifov (3 fevral 1955, Kirovabad) — azərbaycanlı dövlət və siyasi xadim, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.

Şamil Yusifov 1955-ci il fevralın 3-də Kirovabad şəhərində (Gəncə) anadan olub. N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir.

Şamil Yusifov ailəlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 31 nömrəli Gəncə şəhəri Kəpəz I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Şamil Yusifov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Şamil Yusifov Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının (1995–1996), Hüquq siyasəti və dövlət quruculuğu Daimi Komissiyasının (1996–2000) və Azərbaycan—Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.[1][2]

Partiya fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[3] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[4][5] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[4]

Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[4][5] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[6]

  1. "I çağırış Azərbaycan Milli Məclisinin Sosial siyasət Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
  2. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
  3. Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  4. 1 2 3 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  5. 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
  6. elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.