Mahir Əsədov
Mahir Əsədov | |
---|---|
24 noyabr 1995 – 12 noyabr 2000 | |
Seçki dairəsi | 1995 — 100 nömrəli Şəmkir qəsəbə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 11 noyabr 1952 (72 yaş) |
Partiya |
|
Təhsili |
Mahir Əsgər oğlu Əsədov (11 noyabr 1952) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həyatı
[redaktə | mənbəni redaktə et]Mahir Əsədov 1952-ci il noyabrın 11-də anadan olub.[1] N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi bölməsində ali təhsil alıb.[1] Rus dilini bilir.[1]
Ailəlidir, dörd övladı var.[1]
Siyasi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 100 nömrəli Şəmkir qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Mahir Əsədov, 1-ci çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Mahir Əsədov, Milli Məclisin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvü, Azərbaycan—Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[2][3]
Partiya fəaliyyəti
[redaktə | mənbəni redaktə et]1993–1996-cı illərdə Azərbaycan parlamentlərinə rəhbərlik etmiş, hakim Yeni Azərbaycan Partiyası üzvü Rəsul Quliyev 11 sentyabr 1996-cı ildə Milli Məclisin sədri postundan istefa verərək Amerika Birləşmiş Ştatlarına köçmüşdü.[4] 29 noyabr 1998-ci ildə keçirilən Azərbaycan Demokrat Partiyasının VI (Birləşdirici) Qurultay Səlahiyyətli Konfransında onun rəhbərlik etdiyi Beynəlxalq Demokratiya və Ekologiya Fondu və Aydın Quliyevin rəhbərlik etdiyi Demokratik Azərbaycan Partiyası Azərbaycan Demokrat Partiyasına birləşmişdir.[5][6] Birləşmədən sonra partiyada həmsədrlik postu təsis edilmiş, İlyas İsmayılov və Rəsul Quliyev partiyanın həmsədrləri seçilmişdir.[5]
Birləşmələrin ardınca partiya güclənmiş və partiyaya siyasi axın başlamışdır. Belə ki, partiyanın rəsmi dövlət qeydiyyatı olmamasına baxmayaraq Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatlarından 31 saylı Birinci Kəpəz (Gəncə şəhəri) seçki dairəsindən seçilmiş Şamil Yusifov, 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmiş Akif Şahbazov, 85 saylı Samux-Goranboy seçki dairəsindən deputat seçilmiş Solmaz Ələsgərova, 100 saylı Şəmkir kənd seçki dairəsindən deputat seçilmiş Mahir Əsədov və Yeni Azərbaycan Partiyasının proposional sistem üzrə siyahısı üzrə deputat seçilmiş Zəminə Dünyamalıyeva mənsub olduqları hakim Yeni Azərbaycan Partiyasından istefa verərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[5][6] Onlarla bərabər 33 saylı Birinci Nizami seçki dairəsi üzrə seçilmiş bitərəf deputat Yusif Bağırzadə və iyul 1996-cı ildə keçirilən təkrar seçkilərlə seçilmiş bitərəf deputat Umar Əfəndiyev də Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur.[7]
2007-ci ildə Azərbaycan Demokrat Partiyası daxilində qruplaşma yaranmış və partiya Sərdar Cəlaloğlu və Rəsul Quliyev liderliyində 2 qola bölünmüşdür. 14 aprel 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları qurultay keçirdi. Qurultayda Azərbaycan Demokrat Partiyası adından imtina edilərək Açıq Cəmiyyət Partiyasının yaradıldığı elan olundu. Zəminə Dünyamalıyeva, Akif Şahbazov və Mahir Əsədov da bu partiyaya qatıldı. Yeni yaranan partiyanın sədri Akif Şahbazov seçildi.[8][9] Bu partiya dövlət qeydiyyatına alınmadı. 23 iyun 2009-cu ildə Akif Şahbazov partiya sədrliyindən istefa verdi.[10] Partiya sədrinin səlahiyyətlərini Vaqif Mahmudov icra etməyə başladı. 21 sentyabr 2009-cu il tarixli Ali Məclis iclasında Vaqif Mahmudov sədr seçildi. Hər iki sədrin fəaliyyətini şiddətlə tənqid edən Zəminə Dünyamalıyeva isə Ali Məclisin qərarı ilə partiyadan uzaqlaşdırıldı.[11] 12 may 2012-ci ildə partiya Ali Məclisinin iclasında Vaqif Mahmudovun istefası qəbul olunmuş, Sülhəddin Əkbər isə partiya sədri seçilmişdir.[12] O, daha sonra partiyadan istefa vermiş,[13] bir müddət sonra isə geri qayıtmış və İdarə Heyətinin üzvü olmuşdur.[14]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "ƏSGƏROV Mahir Əsgər oğlu". www.meclis.gov.az ( (az.)). 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
- ↑ Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "I çağırış Azərbaycan Milli Məclisinin Təbii ehtiyatlar, enerji və ətraf mühit məsələləri Daimi Komissiyasının üzvlərinin seçilməsi haqqında Azərbaycan Milli Məclisinin 24 noyabr 1995-ci il tarixli Qərarı" (PDF) ( (az.)). 24.11.1995. 26.08.2020 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 26.08.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "I çağırış Azərbaycan Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının yaradılması haqqında Azərbaycan Milli Məclisinin 7 mart 1997-ci il tarixli 256-IQR nömrəli Qərarı" ( (az.)). 07.03.1997. 26.08.2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.08.2020.
- ↑ Crocusoft. "Azərbaycan Respublikası Milli Məclisinin sədri R.Quliyevin istefası haqqında". e-qanun.az (ingilis). 2021-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ 1 2 3 modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ 1 2 modern.az. "27 naxçıvanlı demokratın yaratdığı ADP- "PARTİYAMIZDIR"". modern.az (az.). 2024-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ elli. "Azərbaycanda seçki xronikası: "Heydər Əliyev dedi ki, dünyanın heç bir yerində deputatları xalq seçmir"". MEYDAN.TV (az.). 2024-08-09. 2024-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ modern.az. "ADP-yə gəlib-getmiş tanınmışlar - Keçmiş nazir, eks-spiker, general, polis rəisi və digərləri - ARAŞDIRMA". modern.az (az.). 2024-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-12.
- ↑ AzadlıqRadiosu. "Rəsul Quliyev «Açıq Cəmiyyət» Partiyasının lideri seçilib". Azadlıq Radiosu (az.). 2007-04-14. 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-13.
- ↑ mia.az. "Zəminə Dünyamalıyeva: ?Akif Şahbazov istefa vermək istəməsə də, buna məcbur edildi?". mia.az (az.). İstifadə tarixi: 2024-09-09.
- ↑ mia.az. "Rəsul Quliyevin partiyasının yeni sədri seçildi, Zəminə Dünyamalıyeva ACP-dən uzaqlazdırıldı". mia.az (az.). İstifadə tarixi: 2024-09-09.
- ↑ mia.az. "Sülhəddin Əkbər Rəsul Quliyevin partiyasına sədr seçildi". mia.az (az.). İstifadə tarixi: 2024-09-09.
- ↑ "Rəsul Quliyevin Partiyasında yeni təyinatlar". Qafqazinfo (az.). 2012-06-14. İstifadə tarixi: 2024-09-09.
- ↑ "SÜLHƏDDİN ƏKBƏR KİMLƏRLƏ DANIŞIQ APARDIĞINI AÇIQLADI". musavat.com. İstifadə tarixi: 2024-09-09.