Akim Abbasov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Akim Abbasov
Akim Əli oğlu Abbasov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ərikli, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (80 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili
Hərbi fəaliyyəti
Mənsubiyyəti SSRİ Silahlı Qüvvələri
Qoşun növü Quru qoşunları
Xidmət illəri 1932–1992
Rütbəsi General-mayor
Döyüşlər İkinci Dünya müharibəsi
Təltifləri "Qırmızı bayraq" ordeni "Qırmızı bayraq" ordeni "Qırmızı ulduz" ordeni "Qırmızı ulduz" ordeni "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Akim Əli oğlu Abbasov (25 may 1911, Zəngəzur27 fevral 1992, Bakı) — sovet hərbi və dövlət xadimi, general-mayor (1957), İkinci Dünya müharibəsinin iştirakçısı,[1] Azərbaycan SSR Ali Sovetinin deputatı.

Akim Abbasov 25 may 1911-ci ildə Zəngəzur qəzasının Ərikli kəndində anadan olmuşdur. Əslən Cəbrayıl rayonu Mehdili obasındandır. 1918-ci ildə 7 yaşlı Akim Abbasov anasını itirir və 1920-ci ildə ailə Babək rayonunun Nəzərabad kəndinə köçür amma həmin il Akim Abbasovun atasıda vəfat edir. Bu səbəblərdən o 1923-cü ilə qədər dayısı Ələkbər Ələkbərovun himayəsində böyümüşdür. Naxçıvanda olarkən 1923-cü ildə 3 saylı Zəhmət məktəbinin uşaq evinə köçürülmüş və oradada təhsilini bitirmişdir. 1927-ci ildə Fəhlə-Kəndli Qızıl Ordusunun Zaqafqaziya hərbi hazırlıq məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1930-cu ilin may ayında təhsilini davam etdirmək üçün Tbilisiyə, Zaqafqaziya quru qoşunlarının hərbi kurslarına yollanır və Bolşeviklərin Ümumsovet Kommunist Partiyasının üzvü olur. 1932-ci ildə 77-ci dağ-atıcı taqımının komandiri təyin edilir. Bir müddətdən sonra isə 4-cü dağ-atıcı alayının komandiri təyin olunur. Daha sonra 76-cı atıcı diviziyanın əməliyyat şöbəsinin qərargah rəisi təyin olunur. 1938-ci ilin əvvəllərində Naxçıvana qayıdır. 1940-cı ildə 76-cı atıcı diviziyaya göndərilir. 1941-ci ildə diviziya Cənubi-Qərb cəbhəsinə atılır. Komandanlığın əmrinə əsasən Poltava vilayətinin Poltava-Xarkov dəmir yolu ətrafında müdafiə döyüşlərində düşmənin arxasına keçərək diviziyanın 137-ci atıcı alayını mühasirədən çıxarıb. 207-ci atıcı alayın komandiri vəfat etdikdən sonra alayın idarəsini öz üzərinə almış və alaya Şoloxov istiqamətində ki, əks-hücumda komandanlığ etmişdir. Əks-hücum zamanı düşmən Şimali Don istiqamətinə atılmış və 17 yaşayış məntəqəsi azad olunmuşdur həmçinin Myasoyedova, İgumenko və s. Hərbi əməliyyatı uğurla yerinə yetirdiyinə görə mayor hərbi rütbəsinə layiq görülmüşdür. 1942-ci ilin mart ayında Şimali-Qafqaz cəbhəsinin komandanlığına göndərilmişdir harada ki, 34-cü kursant briqadasının komandanlığını qəbul etmişdir. Bir aydan sonra isə Zaqafqaziya cəbhəsinin komandanlığına göndərilərək 402-ci Azərbaycan atıcı diviziyasında əməliyyat şöbəsinin rəisi təyin edilir. 1945-ci ildə polkovnik Akim Abbasov Azərbaycan Dövlət Pedoqoji Universitetinin qiyabi fakultəsinə qəbul olunur. 1948-ci ildə «Atış» Ali atıcılıq kursuna göndərilir. 1949-cu ilin oktyabr ayında həmin kursu bitirdikdən sonra 1953-cü ilədək 216-ci motoatıcı diviziyasının komandir müavini vəzifəsində xidmət edir. 1953-cü ilin oktyabr ayında Frunze adına hərbi akademiyasına Ali hərbi akademik kurslara göndərilir. 1954-cü ilin noyabr ayında həmin kursu yüksək qiymətlərlə bitirərək hərbi təhsilini davam etdirmək üçün Hərbi Akademiyanın qiyabi şöbəsinə qəbul olunur və 1956-cı ildə həmin Akademiyanı fərqlənmə ilə bitirir. 1957-ci ildə SSR-i Nazirlər Sovetinin qərarı ilə Akim Abbasova general-mayor ali hərbi rütbəsi verilir. 1960-cı ilin sonunda 295 saylı motoatıcı diviziyanın (39486 saylı hərbi hissə) komandiri vəzifəsinə təyin edilir. Hərbi xidmət dövründə 2 dəfə "Qırmızı Bayraq" ordeni, 2 dəfə "Qırmızı Ulduz" ordeni, "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, "SSRİ Silahlı Qüvvələri veteranı" medalı, "Qafqazın müdafiəsinə görə" medalı, "Döyüş xidmətlərinə görə" medalı və bir çox fəxri fərmanlarla ilə təltif olunur. 1967-ci ilin iyun ayından 1979-cu ilədək Azərbaycan SSR-i Avtomobil sənayesi nazirinin müavini, Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildən ömrünün sonunadək Azərbaycan SSR-i mərkəzi komitəsi sədrinin sülhün müdafiəsi üzrə müavini vəzifələrində işləmişdir. 25 aprel 1989-cu ildən Bakı şəhər Müharibə veteranları komitəsinin sədri vəzifəsinə seçilmişdir. Həmin ilin dekabr ayından Sovet müharibə veteranları komitəsinin plenimunun üzvü olmuşdur. 90-ci illərin əvvəllərində ölkədə baş verən özbaşınalıq, xaus vəziyyəti onu dərindən narahat etdi. Həmin vaxt Bakıda baş verən hadisələr səbəbindən böyük narahatlıq hissi keçirmişdir. Erməni faşistlərinin 26 fevral 1992-ci ildə Xocalıda törətdikləri soyqırım xəbəri Onu dərindən sarsıtdı və səhəri gün, 27 fevral tarixində bu vəhşiliyə dözməyib əbədiyyətə qovuşdu. General Akim Abbasov Fəxri xiyabanda dəfn edilib.

Ailəli idi və Afis, Arif, Asif və Akim adlı 4 oğlu var.

  • Şahlar Quliyev. Keçmişi xatırlayarkən. "Azad hüquqşünas" qəzeti, 18-27 may 2011-ci il.