Cəmşid Naxçıvanski
Cəmşid Naxçıvanski | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 23 avqust 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 26 avqust 1938 (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | güllə yarası[d] |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Atası | Cəfərqulu xan Naxçıvanski |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Rütbəsi | kombriq[d] |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Cəmşid xan Cəfərqulu xan oğlu Naxçıvanski (23 avqust 1895, Naxçıvan – 26 avqust 1938, Lefortovo həbsxanası) — Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri (5 dekabr 1935). Kəngərli sülaləsinin sonuncu generalı.[1][2]
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəmşid Naxşıvanski 23 avqust 1895-ci ildə Naxçıvan şəhərində balıqçı və süvari generalı Hüseynxan Naxçıvanskinin qardaşı, istefada olan rotmistr (kapitan) Cəfərquluxan Naxçıvanskinin ailəsində anadan olmuşdur.[3]. Cəmşid anası Fərrantac xanımın sayəsində 7 yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində sərbəst şəkildə rus və fransız dillərində danışmağı öyrənmişdir.Cəmşid Naxçıvanski 1904-cü ildə Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş və 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Hərbi xidmətin başlanması
[redaktə | mənbəni redaktə et]1915-ci ildə Yelizavetqrad (Qərbi Ukrayna) qvardiya məktəbini bitirmişdir. Birinci dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronun (bölüyün) komandiri olmuş, "Brusilov cəbhəsi"nin yarılmasında iştirak etmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanan C. Naxçıvanski igid süvari zabiti kimi gümüş silahla mükafatlandırılmış, 2-ci Müqəddəs Anna[4] ordenli ilə təltif olunmuşdur. Cəmşid Naxşıvanski 1917-ci ilin martında Rumın cəbhəsindəki hərbi xidmətlərinə görə 2-ci dərəcəli Müqəddəs Stanislav ordeni və qılıncla təltif olunmuşdur. O, 9 may 1917-ci ildə poruçik (leytenant) rütbəsinə, elə həmin il 30 oktyabrda isə Ştabs-rotmistr (qərargah-kapitanı) rütbəsinə layiq görülmüşdür. Cəmşid Naxçıvanski hərbi şücaətinə görə 1917-ci il 15 apreldə Müqəddəs Anna ordeninin 3-cü dərəcəsi, 22 avqustda isə Müqəddəs Georgi ordeninin 4-cü dərəcəsi ilə mükafatlandırılmışdır.[5].
Cənub-Qərb cəbhəsi dağıdıldıqdan sonra ştabs-rotmistr C.Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Azərbaycana qayıtmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hərbi fəaliyyəti
[redaktə | mənbəni redaktə et]15 sentyabrda türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi Diktaturası" qüvvələrindən təmizləmişdi. Azərbaycanın müstəqilliyi uğrunda C. Naxçıvanski inamla vuruşmuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin naziri, artilleriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri podpolkovnik Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.[6]
1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.[7].
Sovet Ordusu sıralarında hərbi xidmət
[redaktə | mənbəni redaktə et]1920-ci ilin aprelində Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra onun süvari alayı bolşeviklər tərəfinə keçmişdir. Nəriman Nərimanov Şuşaya, Cəmşid Naxçıvanskiyə dərhal Bakıya qayıtmaq, milli ordu hissələrinin təşkilinə başlamaq haqqında teleqram göndərmişdi. Cəmşid Naxçıvanski Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi, 1921-ci ilin dekabrında isə Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri təyin edilmiş, yüksək ixtisaslı hərbi kadr hazırlığında mühüm rol oynamışdır.[8]
C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur.
1922–1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri idi. 1931-ci ildə C.Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilmiş və həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən "Xan sarayı" muzeyindədir. C.Naxçıvanski Moskvaya M.V.Frunze adına Ali Hərbi-Siyasi Akademiyaya oxumağa göndərilmiş, 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakultənin kurs rəisi olmuşdur. O, 1935-ci ildə briqada komandiri vəzifəsinə təyin olunmuşdur.
Repressiyaya məruz qalması və güllələnməsi
[redaktə | mənbəni redaktə et]XX əsrin 30-cu illərinin ortalarında C.Naxçıvanski guya başçılıq etdiyi "casus təxribat dəstəsi" ilə mühacirətdə olan qardaşları Davudxan və Kəlbəli xanla (Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra onlar rəsmi icazə alıb İrana getmiş, qısa müddətdə Şah qvardiyasında yüksək rütbələrə çatmışdılar. Sovet hökuməti onların antisovet fəaliyyətini dayandırmaq üçün İran hökumətinə təzyiqlər etmiş, notalar vermişdir. Nəticədə, Kəlbalı xan Azərbaycanla sərhəddə xidməti vəzifəsindən uzaqlaşdırılmışdı. Cəmşid Naxçıvanskinin Sovet Ordusunda briqada komandiri olmasını, ata-babalarının isə rus ordusunun tərkibində İran ordusuna qarşı vuruşmasını bilən şah onları güllələtmişdir.) sıx əlaqə saxlamaqda təqsirləndirilərək repressiyaya məruz qalmışdır.
Fəhlə-Kəndli Qızıl Ordusunda kütləvi repressiyaların başladığı bir dövrdə C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və hökm dərhal icra edilməli idi. Elə həmin gün Cəmşid Naxçıvanski güllələndi. O, Moskvadan 26 km aralıda Kaluqa şossesi yaxınlığında sabiq xalq komissarı Henrix Yaqodanın keçmiş daçasında, "Kommunarka" adlanan gizli obyekt adı ilə tanınan, Stalin repressiyası bir çox qurbanlarının uyuduğu qardaşlıq məzarlığında dəfn olundu.[9][10]
C.Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi. O, Qırmızı Bayraq, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz ordenləri ilə təltif edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanski tam bəraət aldı. Bakıda hərbi lisey və paytaxt küçələrindən biri Cəmşid Naxçıvanskinin adını daşıyır, onun vətəni Naxçıvanda xatirə muzeyi fəaliyyət göstərir.
Təltifləri
[redaktə | mənbəni redaktə et]- III dərəcəli Müqəddəs Anna ordeni — 1916
- IV dərəcəli Müqəddəs Anna ordeni — 1916
- III dərəcəli Müqəddəs Stanislav ordeni — 1916
- II dərəcəli Müqəddəs Stanislav ordeni — 1917
- IV dərəcəli Müqəddəs Georgi ordeni
- Qırmızı Bayraq ordeni
- Qırmızı Əmək Bayrağı ordeni
- Qırmızı Ulduz ordeni
Naxçıvanskilər
[redaktə | mənbəni redaktə et]Kəlbəli xan Kəngərli | |||||||||||||||||||||||||||||
Ehsan xan Kəngərli (1789—1846) | |||||||||||||||||||||||||||||
İsmayıl xan Naxçıvanski (1819—1909) | Kəlbəli xan Naxçıvanski (1824—1883) | Qönçəbəyim (1827—?) | |||||||||||||||||||||||||||
Ehsan xan Naxçıvanski (1855 — 1894) | Cəfərqulu xan Naxçıvanski (1859—1929) | Hüseyn xan Naxçıvanski (1858-1919) | |||||||||||||||||||||||||||
Kəlbəli xan Naxçıvanski (1891—1931) | Cəmşid Naxçıvanski (1895—1938) | Davud xan Naxçıvanski (?—1934) | |||||||||||||||||||||||||||
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Kəngərli nəslinin sonuncu generalı". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Nəslinin sonuncu generalı". 2020-06-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-06. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ (rus.) Иванов Р. Н. Именем Союза Советских… Жизнь и гибель комбрига Нахичеванского. — М.: Герои Отечества, 2007, p. 23
- ↑ (rus.) Иванов Р. Н. Именем Союза Советских… Жизнь и гибель комбрига Нахичеванского. — М.: Герои Отечества, 2007, p. 122
- ↑ (rus.) Russian State Military History Archive. Российский государственный военно-исторический архив, ф.3530, оп.1, д. 93, л. 54
- ↑ Государственный архив Азербайджанской Республики. ф.2898, оп.2, д.3, л.193
- ↑ "Azerbaijani Generals and Admirals, Military Leaders and Heroes" (PDF). 2011-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-07-21. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ (rus.) Газета "Азербайджанский Конгресс". Реквием комбригу Нахичеванскому Arxivləşdirilib 2012-03-10 at the Wayback Machine
- ↑ Иванов Р. Н. Именем Союза Советских… Жизнь и гибель комбрига Нахичеванского. — М.: Герои Отечества, 2007.
- ↑ "Мемориал. Списки жертв политического террора в СССР". 2010-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Mənbə
[redaktə | mənbəni redaktə et]- Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. İki cilddə. II cild. Bakı,2005
- Şəmistan Nəzirli. Azərbaycan generalları. Bakı: 1991
- Ибрагим Багиров. Генералы племени Кянгерлы. Баку: 1994 (rus dilində).
- Иванов Р. Н. Именем Союза Советских… Жизнь и гибель комбрига Нахичеванского. — М.: Герои Отечества, 2007.
- Э. Э. Исмаилов. Георгиевские кавалеры — азербайджанцы.— М., 2005. с.61–62
Xarici keçid
[redaktə | mənbəni redaktə et]- Rusiyalı tarixçi azərbaycanlı general Cəmşid Naxçıvanskinin güllələndiyi və dəfn edildiyi yeri müəyyənləşdirib (video)
- General Cəmşid xan Naxçıvanski
- Репрессии в Красной Армии
- Azərbaycanın ilk milli atıcı diviziyasının yaradıcısı general-mayor Cəmşid xan Kəngərli – Naxçıvanski
- Независимое военное обозрение. Красный хан. Удивительная история комбрига Нахичеванского
- Azərbaycanın milli hərb sənəti tarixinə adı qızıl hərflərlə yazılmış general Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qarşısında
- Рудольф Иванов. Последний генерал из легендарной династии ханов Нахичеванских[ölü keçid]
- Газета "Азербайджанский Конгресс". Реквием комбригу Нахичеванскому
- "Красная звезда", 11 Декабря 2009 года. Мое дело — сказать правду…[ölü keçid]
- Bir daha məşhur hərbçi Aman xan Naxçıvanski haqqında
- Qırmızı xan. Briqada komandiri Naxçıvanskinin qəribə həyatı
- Səda — Cəmşid Naxçıvanskinin doğum günüdür (10.08.2016)
- 23 avqustda doğulanlar
- 1895-ci ildə doğulanlar
- Naxçıvanda doğulanlar
- 26 avqustda vəfat edənlər
- 1938-ci ildə vəfat edənlər
- 43 yaşında vəfat edənlər
- Moskvada vəfat edənlər
- Kommunarka poliqonunda güllələnən və dəfn olunanlar
- M. V. Frunze adına Hərbi Akademiyanın məzunları
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- III dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- "Müqəddəs Stanislav" ordeninin kavalerləri (Rusiya imperiyası)
- Əlifba sırasına görə hərbi xadimlər
- Cəmşid Naxçıvanski
- Naxçıvanskilər
- Azərbaycan hərbçiləri
- Repressiya qurbanları
- Azərbaycan Xalq Cümhuriyyətinin generalları
- Edam olunmuş azərbaycanlılar
- Birinci Dünya müharibəsində azərbaycanlılar
- Georgi silahı kavalerləri
- Azərbaycanlı generallar