Həsən ağa Bakıxanov
Həsən ağa Bakıxanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Quba |
Vəfat tarixi | 28 noyabr (10 dekabr) 1898 (65 yaşında) |
Vəfat yeri | Quba |
Atası | Cəfərqulu ağa Bakıxanov |
Təhsili | |
Fəaliyyəti | zabit |
Mükafatları |
Həsən ağa Bakıxanov — Rusiya imperiyasının generalı, general-mayor (1880).
Həyatı
[redaktə | mənbəni redaktə et]Cəfərqulu ağanın ölümündən sonra onun üç övladı qalmışdı: Həsən ağa, Əhməd ağa və qızı Nurcahan xanım. Oğlanlarının hər ikisi atasının yolu ilə gedib, onun hərbi işini davam etdirmişlər. Böyük oğlu Həsən ağa general-mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə qədər yüksəlmişdir.
Həsən ağa Bakıxanov 1834-cü ildə Qubada anadan olmuşdur. On dörd yaşında Tiflis kadet korpusunu bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün Peterburqdakı paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur.
1894-cü ildə tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa Bakıxanovun təltif olunduğu orden və medallar qeydə alınmışdır. O, üçüncü dərəcəli Müqəddəs Vladimir, üzərində igidliyə görə yazısı olan dördüncü dərəcəli Müqəddəs Anna, ikinci və üçüncü dərəcəli Müqəddəs Stanislav, bundan başqa yüz on altı nömrəli ikinci dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti üzərində qızıl medalla, Müqəddəs hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877–1878-ci il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazda xidmətinə görə xaçla təltif olunub.
Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan "Şire-Xorşid" ordeninə layiq görülmüşdür.
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba Nisəbəyimlə (1831–1894) ailə qurmuşdur. 1879-cu ildə general-mayor rütbəsilə təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb Quba qəzasındakı dədə-baba torpaqlarını idarə etməklə məşğul olmuşdur.
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu Qubadakı şəxsi malikanəsində keçirmiş, ömrünün son üç ilini Bakıda yaşamışdır.1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz vəsiyyətinə görə Bibiheybət məqbərəsində atası Cəfərqulu ağanın yanında dəfn etmişlər.
Həsən ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi nümayəndəsi kəsildi. General Həsən ağadan sonra bacısı Nurcahan xanım və qızı Reyhan xanım qalmışdır.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Nəzirli Şəmistan. Azərbaycan generalları.- B.: Gənclik, 1991.- 208 s.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- 1834-cü ildə doğulanlar
- 10 dekabrda vəfat edənlər
- 1898-ci ildə vəfat edənlər
- 65 yaşında vəfat edənlər
- III dərəcəli Müqəddəs Vladimir ordeninin kavalerləri
- 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeninin kavalerləri
- IV dərəcəli "Müqəddəs Anna" ordeni kavalerləri
- Əlifba sırasına görə yazıçı və şairlər
- Bakıxanovlar
- Azərbaycanlı generallar
- Azərbaycan generalları
- Rusiya imperiyası generalları