Aram Yergenyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aram Yergenyan
erm. Արամ Երկանեան
Doğum tarixi
Doğum yeri Ərzurum, Osmanlı imperiyası
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Buenos Ayres, Argentina
Vəfat səbəbi Vərəm
Dəfn yeri
Milliyyəti erməni
Fəaliyyəti Daşnaksütun təşkilatının rəhbərlərindən biri.
Partiyası

Aram Yergenyan (erm. Արամ Երկանեան; 20 may 1900, Ərzurum, Ərzurum vilayəti2 avqust 1934, Kordova) — Daşnaksütun təşkilatının rəhbərlərindən biri, Fətəli Xan Xoyskinin qatili. Sözdə erməni soyqırımında rol aldığı iddia edilən türk ziyalısı Bahattin Şakir və Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli Xan Xoyskini intiqam məqsədilə qətl etmişdir. Ermənistan Respublikası tərəfindən milli qəhrəman adına layiq görülmüşdür.

Aram Yergenyan 20 may 1900-cü ildə Türkiyənin Ərzurum şəhərində Sarkis Yergenyan və Mariyam Soghoyan Yergenyanın ailədə üçüncü oğulu olaraq dünyaya gəlmişdir.

Sözdə erməni soyqırımına şahid olan Yergenyan ailəsi daha sonradan Cənubi Qafqazda yaşayıblar. Aram Yergenyan 1917-ci ildə könüllü olaraq Baş-Abaran müharibəsində General Dro üçün savaşmışdır. 1918-ci ildə Ermənistanın Osmanlı üzərində qalibiyyətindən sonra "Nemezis" əməliyyatını keçirənlərdən biri olmuşdur. Erməni inqilabçı federalistləri təşkilatına üzv olmuşdur.

Aram Yerganyan, Almaniyada etdiyi hərəkat sonrasında, əvvəl Avstriyaya və daha sonra Buxarestə getdi. 1927-ci ildə Argentinanın paytaxtı Buenos Airesə köçdü. Buenos Airesdə yerli "Ermənistan" qəzetinin redaktoru oldu.

1931-ci ildə isə, Zabel Paragyan ilə evli evləndi və bir qızı oldu.

Vərəm xəstəliyinə tutulduqdan sonra, Kordova şəhərinə köçdü. 34 yaşındaykən 2 avqust 1934-cü ildə öldü və Yerli Erməni İnqilabçı Federasiyası mərkəzinə basdırıldı.

Nemezis əməliyyatı

[redaktə | mənbəni redaktə et]

Ermənistan, Bolşeviklərə qarşı müstəqilliyini itirdikdən sonra, Yerganyan Misak Qriqoryan ilə birlikdə Azərbaycan Demokratik Respublikasının Baş naziri Fətəli xan Xoyski və Müsavat partiyasının başqanı Xan Məhmədova sui-qəsd üçün Tiflisə getdilər. Artıq cinayət ortaqlarından gələcək bir işarə gözlədilər. 19 iyun 1920 tarixində Tiflisdə İrəvan Meydanında bir araya gəldilər. Xoyski və Mahmadov 100 ilə 150 ​​metrlik məsafə uzaqlığındaykən, dərhal onlara atəş açdılar. Fətəli xan Xoyski həmin an şəhid olsa da, yaralanan Xan Məhmədov qaçmağı bacarmışdı. Tiflisdə vəzifəsini bitdikdən sonra Yerganyan İstanbula getdi.

Aram Yerganyan və Arşavir Şirakyana sonradan Berlində Camal Əzmi Bəy və Bahattin Şakirin sui-qəsd vəzifəsi verildi. 17 aprel 1922 tarixində Şirakyan və Yerganyan Uhlandstrassedə ailələri ilə birlikdə gedən Əzmi və Şakir ilə qarşılaşdılar. Şirakyan təkcə Azmiyi öldürməyi və Bahattin Şakiri yaralamağı bacardı. Daha sonradan qaçmağa çalışan Bahattin Şakiri isə Aram Yergenyan qətlə yetirdi.