Elşad Mirbəşiroğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elşad Mirbəşiroğlu
Şəxsi məlumatlar
Doğum tarixi 27 iyul 1977(1977-07-27) (47 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti politoloq, siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • siyasi elmlər doktoru[d]
Elmi adı

Təltifləri "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı

Elşad Mirbəşiroğlu (27 iyul 1977, Topalhəsənli, Xanlar rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin deputatı,[1] Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,[2] Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, sədr müavini,[3] Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvü,[4] siyasi elmlər doktoru, alim, politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında professor.

Elşad Mirbəşir oğlu 27 iyul 1977-ci ildə Göygöl (Xanlar) rayonunun, Topalhəsənli kəndində müəllim ailəsində anadan olub. 1984-cü ildə Göygöl şəhəri Səməd Vurğun adına 3 saylı orta məktəbin I sinfinə getmiş, 1994-cü ildə həmin məktəbi bitirmişdir.

1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmidir. 1998–2000-ci illərdə Sosial elmlər və psixologiya fakültəsinin politologiya ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2002–2005-ci illərdə Politologiya və sosiologiya kafedrasında dissertant olmuşdur. 10 iyun 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Siyasi münaqişələrin həllində üçüncü tərəfin iştirakı" mövzusunda dissertasiya işini müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 14 iyul 2006-cı il tarixli qərarı ilə siyasi elmlər namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə kafedrasına elmlər doktoru proqramı üzrə doktorant qəbul olunmuşdur. 2011-ci ildə Vyana Diplomatik Akademiyasında (Avstriya) elmi-tədqiqat işləri ilə məşğul olmuş və mühazirələr oxumuşdur. 2018-ci ildə "Müasir siyasi münaqişələrin nəzəri aspektləri və həlli texnologiyaları" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmiş və Siyasi elmlər doktoru elmi dərəcəsi almışdır.[5]

Elşad Mirbəşir evlidir, iki övladı var. Alman, rus və türk dillərində sərbəst danışır. Ehtiyatda olan zabitdir.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Elşad Mirbəşiroğlu 2002–2013-cü illərdə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında müəllim kimi çalışmışdır. 2007-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Politologiya və siyasi idarəetmə" kafedrasında dosent vəzifəsində çalışır.[6] 2016–2019-cu illərdə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun Azərbaycan Respublikası Prezidentinin sərancamlarının icrası üzrə analitik şöbənin və Beynəlxalq Münasibətlər və İnsan Hüquqları şöbəsinin müdiri vəzifəsində çalışıb.

AMEA Hüquq və İnsan Haqları İnstitutunda Yeni Azərbaycan Partiyası təşkilatının sədri vəzifəsində çalışmışdır. Prezident İlham Əliyevin 29 noyabr 2019-cu il tarixli sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü təyin olunmuş, daha sonra isə Mərkəzin sədr müavini seçilmişdir.

2020-ci ilin 9 fevralında keçirilmiş seçkilərdə Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinin deputatı seçilmişdir.[1]

Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasının üzvüdür.[7]

2021-ci ilin martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın idarə heyətinin üzvü seçilmişdir. [1]

Azərbaycan Dövlət Televiziyasının şərhçisi və "Dünya bu gün" siyasi-analitik verilişinin aparıcısı kimi fəaliyyət göstərmişdir. Yeni Azərbaycan qəzetinin siyasət şöbəsinin redaktorudur, "Yeni Azərbaycan" analitik qrupunun rəhbəri və Yeni Azərbaycan Partiyasının üzvüdür.

3 elmi monoqrafiyanın, 50-dən artıq elmi məqalənin, bir neçə tədris proqramının müəllifidir. "Siyasi münaqilər: mahiyyəti, quruluşu, həlli." kitabının müəllifidir.

  • 2019-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı ilə təltif edilmişdir.[8]
  1. 1 2 "Arxivlənmiş surət". 2021-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-05.
  2. "Arxivlənmiş surət". 2022-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  3. Tanınmış politoloq sədr müavini oldu [ölü keçid]
  4. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-07.
  5. https://azvision.az/news/198795/taninmis-politoloq-sedr-muavini-oldu.html[ölü keçid]
  6. "Arxivlənmiş surət". 2019-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.
  7. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-07.
  8. "Arxivlənmiş surət". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-06.