Hikmət Babaoğlu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hikmət Babaoğlu
Şəxsi məlumatlar
Doğum adı Hikmət Baba oğlu Məmmədov
Doğum tarixi 1966
Doğum yeri
Partiya
Fəaliyyəti jurnalist, siyasətçi

Təltifləri "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı"Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı"Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2022
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2010
hikmetbabaoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici.

Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub.

Siyasi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib.

1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb.

2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur.[1]

1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib.

Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.[2]

2024-cü il oktyabrın 8-də Azərbaycan - Paraqvay parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[3]

Elmi fəaliyyət

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.

2013-cü ildə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək siyasi elmlər üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və Sosiologiya kafedrasının professorudur.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzində DİA-nın rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri olub.

2018-ci ildən hal-hazıradək Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə ekspert şurasının üzvüdür.

2018-ci il martın 10-da keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyənin yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənini müəllifidir. Hazırda 20-ə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir.

Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.

Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.

6 müəlliflik şəhadətnaməsi var (Azərbaycan Respubliksı Müəllif Hüquqları Agentliyi tərəfindən verilib). 20-yə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycan Respublikasını təmsil edib. Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, üç övladı var.

  1. İnsan hüquqları və azadlıqları; tarixi təkamülü, beynəlxalq və politoloji aspektlər, Azərbaycan təcrübəsi.("Elm" nəşriyyatı. 241 səh. Bakı 2006.)
  2. Azərbaycan Beynəlxalq münasibətlərin aktoru kimi (siyasi, ideoloji və diplomatik məsələlər).("Elm" nəşriyyatı. 515 səh. Bakı 2007.)
  3. Azərbaycan Respublikasının müasir dünya siyasətində yeri və rolu. ("Aypara-3" nəşriyyatı. 328 səh. Bakı-2009.)
  4. Dünya siyasəti və beynəlxalq münasibətlər.("Çinar-çap" nəşriyyatı. 564 səh. Bakı-2010.)
  5. Akdamardan Sarı Gəlinədək erməni yalanı.("Yazıçı" nəşriyyatı. 230 səh. Bakı 2011.)
  6. Siyasi təhlil və proqnozlaşdırma.("MSA" nəşriyyatı. 300 sah. Bakı 2012.)
  7. İnfoimperializm və media.("MSA" nəşriyyatı. 191 səh. Bakı 2013.)
  8. Heydər Əliyev siyasi irsinin politoloji aspektləri("MSA" nəşriyyatı. 456 səh. Bakı 2013.)
  9. Dünya siyasəti və beynəlxalq münasibətlər. (2-ci nəşr) ("MSA" nəşriyyatı. 690 səh. Bakı-2014.)
  10. Xarici siyasət("Elm" nəşriyyatı. 324 səh. Bakı-2019.)
  11. Qara Duman ("Savad" nəşriyyatı. 444 səh. Bakı-2020.)
  12. Türk tarixi və mifoloji dünyagörüşündə atlar ("Savad" nəşriyyatı. 444 səh. Bakı-2020.)
  • 2001-ci ildə ANS televiziyası tərəfindən ilin "Mətbuat Xidmətinin rəhbəri" seçilib.
  • 2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə "Qızıl Qələm" Media mükafatına layiq görülüb.
  • 2010-cu il 21 iyul tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Əməkdar Jurnalist" adına layiq görülüb.
  • 2012-ci ildə Azərbaycan Mətbuat Şurası tərəfindən H.Zərdabi adına "Ali Media" mükafatına layiq görülüb.
  • 12 noyabr 2018-ci il tarixdə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, 07 mart 2019-cu il tarixdə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı, 27 may 2019-cu il tarixdə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı təltif edilib.
  • Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətində buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş gümüş pul sikkəsilə mükafatlandırılıb.
  • Qazaxıstan Respublikası "Ekonomika və Konsaltinq" Universitetinin humanitar fənlər üzrə fəxri professoru. (2006
  • Qırğızıstan Respublikası "Ç.Aytmatov" Akademiyasının fəxri üzvü. (2010)
  • TÜRKSOY-un 2016-cı il Xüsusi Media mükafatı ilə təltif edilib.
  • Mahmud Kaşqari adına Beynəlxalq Fondu tərəfindən ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "MAHMUD KAŞQARİ" medalı ilə təltif olunub. . (25 noyabr, 2016)
  • Beynəlxalq "Türk Dünyasına hizmət Onur Medalı" ilə təltif edilib. (18 iyul, 2018)
  • 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı
  1. "Alqış Həsənoğlu yenidən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru təyin olunub". apa.az (az.). Azəri Press Agentliyi. 10 sentyabr 2021. 2021-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2021.
  2. "YENİ AZƏRBAYCAN PARTİYASININ İDARƏ HEYƏTİ". yap.org.az (az.). Yeni Azərbaycan Partiyası. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 sentyabr 2021.
  3. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). İstifadə tarixi: 2024-10-22.