Fil adam (film, 1980)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Fil adam
The Elephant Man
Janr dram
Əsas mövzu Qəddarlıq[d][1], Sosial təcrid[1], Əlillik[1]
Rejissor Devid Linç
Prodüserlər Conatan Senger
Mel Bruks
Styuart Kornfeld
Əsərin müəllifləri Frederik Trivz
Eşli Monteqyu
Ssenari müəllifləri Devid Linç
Erik Berqren
Kristofer De Vor
Baş rollarda Entoni Hopkins
Con Hört
Enn Benkroft
Operator Freddi Frensis
Bəstəkar Con Morris
Geyim rəssamı Patrisiya Norris[d]
İstehsalçı Brooksfilms Limited
Distribütor Universal Pictures, Paramount Pictures, Netflix
İlk baxış tarixi 3 oktyabr 1980[2][3], 13 fevral 1981[4], 1980, 10 oktyabr 1980[3], 16 oktyabr 1980[3]
Müddət 124 dəq.
Büdcə 5 000 000 $
Gəlir 26.010.864 $[5]
Ölkələr

ABŞ ABŞ
{{ {{{1}}} | alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas =

}}
Dil ingilis dili
İl 1980
Rəng ağ-qara[d]
Çəkiliş yeri London
IMDb ID0080678

"Fil adam" (ing. The Elephant Man) — ABŞ kinorejissoru Devid Linçin 1980-ci ildə çəkdiyi film. Filmin əsasında XIX əsrin tanınmış britaniyalısı Cozef Merrikin bioqrafiyası durur. Filmin süjeti Frederik Trivzin "Fil adam" və müəyyən qədər Eşli Monteqyunun "Fil adam: İnsan ləyaqəti haqqında etüd" (The Elephant Man: A Study in Human Dignity) kitablarından götürülüb.

Çox böyük qüsurlarla dünyaya gələn "fil adam"ın xarici görünüşü ona baxanlarda dəhşət yaradır. Onun belə qeyri-adi görünüşündən istifadə edən birisi Merriki küçə sərgilərində insanlara nümayiş etdirərək pul qazanır. Lakin sonradan Con Merrik London hospitalının həkimi Frederix Trivz tərəfindən hospitala aparılır. Burada həkimlə Merrik arasında belə bir dialoq olur:

- Həkim, siz məni sağalda bilərsiz?
- Yox, biz səni sağalda bilmərik, amma qayğına qala bilərik..

Merrikin anadangəlmə qüsurlarının sağalması mümkün olmasa da o, xəstəxanada yeni bir həyata başlayır, qayğıkeş insanların əhatəsində özünü getdikcə daha yaxşı hiss edir. Onu xəstəxanaya gətirən həkimin əvvəlcə istəyi sadəcə Merriki digər həmkarlarına göstərmək və üzərində tibbi araşdırma aparmaq olur. Lakin sonradan o, bu varlığın daxili dünyasının tamamilə fərqli olduğunu anlayır və onu istedadlı, xeyirxah bir insan kimi sanki yenidən kəşf edir. Hətta xəstəxanaya gələn məşhur bir aktrisa Con Merrikin söylədiyi sətirləri dinlədikdən sonra ona belə deyir:

- Cənab Merrik, siz heç də fil adam deyilsiz… Siz Romeosunuz!

Filmdə Frederix Trivzi Entoni Hopkins, Con Merriki isə Con Hört canlandırıb. Rejissor Devid Linçin bu ekran əsəri Avropada "BAFTA" (Böyük Britaniya) və "Sezar" (Fransa) mükafatlarına layiq görülüb. ABŞ-də isə 8 nominasiyada "Oskar"a namizəd olsa da, kinoakademiklərdən bir heykəlcik belə qazana bilməyib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]