Kambisena

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Albaniya və qonşu ölkələr (VI əsr — VIII əsrin əvvəlləri) — Tərtib edəni: İ. S. Süleymanov

Kambisena — Yunan müəlliflərində Kambisna, erməni müəlliflərində isə Kambeçan adlanan ərazi Qafqaz Albaniyasının şimal-qərbində, İberiya sərhədində yerləşmişdi. Kambisena şimal-qərbdə Alazanİori çaylarının orta axarlarından, cənubda Kür çayınadək, şərqdə isə Alazan, Kür və İori çaylarının qovşağınadək ərazini əhatə edirdi. Daş-kəsəli Şirak yaylasının da yarısı bu əraziyə daxil idi.[1]