34°59′41″ şm. e. 135°47′06″ ş. u.HGYO

Kiyomizu məbədi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kiyomizu məbədi
清水寺
Xəritə
34°59′41″ şm. e. 135°47′06″ ş. u.HGYO
Ölkə
Yerləşir Hiqaşiyama rayonu[d]
Tikilmə tarixi 778
Sahəsi
  • 12,3 ha
  • 161,1 ha
Rəsmi sayt kiyomizudera.or.jp
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiyomizu məbədi (azərb. Təmiz su məbədi‎) — buddizmlə maraqlanan bütün turistlər üçün olduqca böyük maraq doğurur. Həmin məbəd Yaponiyanın Kioto şəhərində yerləşir. Öz adını yaxınlığında yerləşən hündür dağ şəlaləsinə borcludur. Ətrafda yaşayan insanların bildirdiyinə görə şəlalə möcüzəli gücə sahibdir.

Kiyomizu məbədi Nara şəhərindən olan Entin adlı manax tərəfindən 798-ci ildə tikilmişdir. Bu şəxs əfsanəyə görə dağlıq ərazidəki çayı tapır və onun əsas mənbəyinin haradan gəldiyini öyrənmək niyyətinə düşür. Mənbəyi axtaran vaxtı Entin buddist manaxı Qyozyı görür və bu şəxs ona gözəl qəlbli Kannonu özündə birləşdirən bir ağac parçası bağışlayır. Bu şəxs isə Kannonu əldə etdikdən sonra onu cəngəlliyə gətirərək hazırkı məbədin yerində basdırır.

Özünün çox əsrlik tarixi olan Kiyomizu məbədi bir neçə dəfə oğurluq hadisəsi və yanğınla üzləşmişdir, hansı ki, bunlardan ən böyüyü 1200-ci ildə baş verdi və bütün məbədi tamam məhv etdi. 1633-cü ildə Tokugawa Iemitsunun əmri ilə Kiyomizu məbədi həmin dövrə qədər necə saxlanılmışdısa, eləcə də bərpa edildi. Kiyomizu məbədi məbəd kompleksi Xiqaşiyama rayonunda yerləşir və ətrafındakı Otova dağları buranı daha da füsünkar edir. Həmçinin özündə bir neçə məbədləri də birləşdirir;

  • Əsas məbəd kimi Hondo bura daxil edilmişdir, həmin hissə də min illərdir qorunan Kannon yerləşir, bununla yanaşı "Bolluq allahı" – Bişyamonten, "Uşaqların yolunu açan allah" – Dzidzo Bosaçsu da buradadır.
  • Kaysandu məbədi – bura Naqoya şəhərindən gətilmişdir. Əfsanəyə görə Kiyomizu məbədinı tikənlərin – Qyozy və manax Entinanın ruhunu özündə birləşdirir.
  • "Torpağın ruhu" – Dzisyu – dzindzya adlanan, hansı ki burada "Sevgi allahı" – Okoninuşşi – no – Mikoto yaşayır.
  • Nio – mon darvazası – hər iki tərəfdən dörd metrdən ibarət olan heykəllər ucalır, bunlar da "hərbi daş Nio" kimi adlandırılır.
  • Kiyomidzu – no – Butay – Otova dağlarından 12 metr yüksəkdə yerləşir və Kiotonın gözəl görkəmi buradan görünür.

Kiotonun şərqində yerləşən məbəd hosso təliminin də əsas məktəbidir. Burada hins ənənələrindən ibarət olan fəlsəfəni insanlara başa salırlar. Məbədin kompleksi dağın müxtəlif hissələrində müəyyən ərazini əhatə edir. Əsas zallardan birində Buddanın müqəddəs daşı vardır, bura yalnız pillələri düşərək qaranlıq tunelin içərisindən keçib, getmək mümkündür.

"Torpağın ruhu" və "Sengi allahı" bölmələrinə isə daha çox birləşmək ümüdi, sevgidən əziyyət çəkənlər yəni bir sözlə cütlüklər gəlirlər. Onlar bağlı gözlərlə daşların arasından keçməlidirlər.

Məbəd Yaponiyada olduqca məşhurdur və hər gün minlərlə turistin, yerli sakinlərin axınıa məruz qalır. Bir çox məbədlər müxtəlif dini qurumlara məxsus olsa da, məhz həmin məbəd bütün insanlar üçün nəzərdə tutulmuşdur. 1000 il insanlar bu dağlıq hissəni qalxaraq Kannonu görmək və oranın təmiz suyundan bir qurtum içmək istəmişlər. Baş zalda Kioto şəhərinin təbii gözəlliyinin şahidi olmaq mümkündür. Ərazidəki şəlalənin VIII əsrdə tapıldığı güman edilir.

811-ci ildə Kiyomidzu məbədi şəxsi mülkə çevrildi və İmperator evi kimi insanlar tərəfindən qəbul edildi. Müxtəlif müharibələrin dövrünmdə məbəd daima təhlükələrlə üzləşmişdir.

Kiyomizu məbədi – məbədlər ansamblına çoxsaylı binalar daxildir – ibadətxana otağı, paqoda (budda məbədi), əsas məbəd, hansı ki, burada Kannon, zənglər üçün asılqan, sığınacaq, atların dayanması üçün hissələr vardır. Bütünlükdə kompleks Yaponiya milli mədəniyyət nümunələri siyahısına daxildir.

Məbədin girişində atların dayanması üçün xüsusi hissə yaradılmışdır, bu tikili XIV–XVI əsrlərə aid edilir. Memarlıq üslubu baxımından milli üslubda tikildiyi həmin an sezilir, milli ənənələri özündə birləşdirdiyi üçün xüsusən qorunur. Deyilənə görə nə vaxtsa Kannon öz atını buraya bağlamış və yuxarıya qalxmışdır. Sonrakı yol Nio mon darvazalarına uzanır, həmin hissə də dörd metrdən təşkil edilmişdir və heykəllərin fiqurlarına bənzəyir. Bu hərbi daşları Nio da adlandırırlar. Bunların arasında üçyaruslu paqoda yerləşir ki, bu da Yaponiyada ən böyüklərdən biridir.

Daha sonra Kaysando gəlir və məbədin yaradıcısı hesab olunur. Növbəti hissə Kiyomizu məbədinın yeridir və mərkəzi hissədə qoyulmuş səcdəgahda yerləşir. Bundan uzaqlıqda Bisyamonten – "Bolluq allahı" yerləşirdi. Solda isə Uşaqların yolunu açan allah" – Dzidzo Bosaçsu var ki, uşaqların köməyinə çatır. Bu iki fiquru Entin yaratmışdır.

Buddizm əfsanəsinə görə Kannon 33 insan həyatının qurtarılma şəklinə malikdir. Məhz buna görə də buraya uyğun 33 məbəd hazırlanmışdır, bunların hər birinin də özünə aid obrazı vardır. Kiyomizu məbədi onlardan 16-cısı hesab olunur.

Hondonun təpəsindəki sıldırımlardan 12 metr yüksəklikdə yerləşən bu məbədin xüsusi sütunları vardır, xatırladaq ki, daima insanla dolu olan yerin tikilməsində bir ədəd də olsun mismardan istifadə edilməmişdir. Nə vaxtsa həmin yer rəqsçilərin meydanı kimi istifadə edilərmiş. İmperator sarayının bir hissəsi olaraq hazırlanmışdır, lakin sonradan tikili cəhətdən məbədlə əvəz edilmişdir.

XVII əsrdən etibarən hazırlanan yer Yaponiyanın əsas turist cəlbedən mərkəzlərindən biridir. Ağaclardan ibarət olan və cəlbedici tavana malikdir. Məbədin daxilində müxtəlif at şəkilləri təsvir olunmuş tablolar var, bunlar müxtəlif xəstəliklərdən xilas olmaq, uğur əldə etmək, işlərində müvəffəqiyyət qazanmaq, dəniz ticarətindən yaxşı dönüş etmək və s. kimi müxtəlif diləklərin reallaşması baxımından mühüm rol oynayır. Əlbəttə bütün bunlar müxtəlif əfsanələr və insanların inancları nəticəsində yaranır. Məbədə gələn hər bir şəxs şəlalədə olan ritualda hökmən iştirak edir, çünki məbəd belə öz adını buradan götürmüşdür. Gələn şəxslərin hər biri Fudo adlanan ritualı edir, bu ritual pis ruhların uzaqlaşmasında mühüm rol oynayır.

Qış məbədi xüsusən yaxşıdır və günün ikinci yarısında tamam boş olur. Burada olan suvenirlərin müxtəlifliyinə və çoxluğuna baxmayaraq ərazidəki taxtadan olan bütün binalar, ağacların gözəlliyi sizi valeh edəcəkdir.