Mahmud Cəlaləddin Paşa (1836–1884)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mahmud Cəlaləddin Paşa
1876 – 1878
1878 – 1878
ƏvvəlkiƏhməd Muxtar Paşa
Şəxsi məlumatlar
Doğum tarixi 1836
Vəfat tarixi 8 may 1884(1884-05-08)
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu, siyasətçi
Atası Əhməd Fəthi Paşa
Anası Ayşə Şəmsinur xanım
Həyat yoldaşı
Uşaqları Mehmed Kazım bəy
Əhməd Fazil bəy
Fəthiyə xanım Sultan
Sultanzadə Mehmed Cəlaləddin bəy
Sultanzadə İbrahim Saqib bəy
Ayşə Sidiqə xanım Sultan
Fatma xanım Sultan
Sultanzadə Bəsim bəy

Mahmud Cəlaləddin Paşa (18368 may 1884, Taif, Məkkə bölgəsi[d][1]) — Osmanlı sultanı Sultan Əbdülməcid, Sultan Əbdüləziz, V MuradII Əbdülhəmid dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi.

Atası Sultan Mahmud dönəminin vəzirlərindən Əhməd Fəthi Paşa idi. Atası Sultan Mahmudun qızlarından Atiyə Sultanla evli olsa da, Mahmud Paşa onun Şəmsinur xanımla olan ilk evliliyindən dünyaya gəlmişdir. Ögey anasının vasitəsilə mükəmməl təhsil aldı. 1858-ci ildə Sultan Əbdülməcidin qızlarından Cəmilə Sultanla nişanlandı. Üstəlik Cəlaləddin Paşanın bir kənizindən Mehmed Kazım və Əhməd Fazil bəy adlı 2 oğlu da vardı. Bu səbəblə, saray ənənəsinə uyğun olaraq, öncə bu evliliyi sonlandırıldı. 27 may 1858-ci ildə başlayan toy şənliklərinin ardından 11 iyunda cütlüyün nigahı şeyxülislam Məşrəfzadə Arif Əfəndi tərəfindən bağlandı. Cütlüyün şərəfinə Fındıklıda bir saray inşa olunsa da, sarayın inşası gecikmiş, bu səbəblə cütlük toy mərasiminin ardından bir müddət Əmirgandakı sahilsaraylarının birində yaşamışdır.[2] Bir-birlərini çox sevdikləri bilinən cütlüyün bu nigahdan 6 övladları dünyaya gəlsə də, bunlardan ikisi uşaq yaşlarında vəfat etdi.

Ancaq qaynatasının 1861-ci ildə vəfatından sonra taxta çıxan qardaşı Sultan Əbdüləziz səltənətinin ən güclü müxaliflərindən biri oldu. Buna baxmayaraq Sultan Əbdüləziz səltənətində toplam 2 dəfə - avqust 1872-iyul 1874 və oktyabr 1875-sentyabr 1876 dönəmlərində ticarət naziri olaraq xidmət etmişdir. 30 may 1876-cı ildə Sultan Əbdüləzizin taxtdan endirilməsi və 5 gün sonra tutulduğu Fəriyə sarayında şübhəli şəkildə qətlə yetirilməsində yaxından iştirak etdi[3]. Saray çevrilişinin ardından 2 dəfə Topxana müşiri və bir dəfə sərdar təyin edildi. Sultan Əbdülhəmidin taxta çıxmasının ardından 1879-cu ilin yanvarında Trablusqərb valisi təyin edilərək paytaxtdan uzaqlaşdırıldı.

Ulduz məhkəməsi

[redaktə | mənbəni redaktə et]

1881-ci ildə Sultan Əbdülhəmidin əmriylə aparılan Ulduz məhkəmələrinin nəticəsində saray hərəminə edilən basqının ardından hərəmdə tutulan kəniz və xidmətçilərin saraydan atılmasıyla, eləcə də çevrilişdə iştirak edən ordu mənsublarına ödəniləcək mükafatların təyin edilməsiylə vəzifələndirildiyi aşkarlandı.[4] 29 iyun 1881-ci ildə tamamlanan məhkəmə soruşdurmasının nəticəsində Sultan Əbdülməcidin digər kürəkəni Nuri Paşa və təqsirləndirilən digər 7 şəxslə birlikdə edama məhkum olundu. Ancaq Sultan Əbdülhəmid tərəfindən canları bağışlanaraq edam qərarı ömürlük sürgünlə əvəz olundu. Öncəliklə Cəmilə Sultan zorla ərindən boşandırıldı və Mahmud Paşa digər təqsirləndirilən şəxslərlə birlikdə Taifə sürgün edildi.

Sürgündə ağır şəraitdə həbs tutulan Mahmud Paşa 8 may 1884-cü ildə gecəyarısı baş tutan basqınla qala mühafizəçiləri tərəfindən tutulduğu Taif qalasında Mithat Paşa ilə birlikdə qətlə yetirildi. Cənazəsi yaxınlıqdakı kimsəsizlər məzarlığına dəfn olundu.

  • Mehmed Kazım bəy (?-?)
  • Əhməd Fazil bəy (?-?)
  • Əminə Fəthiyə xanım Sultan (1859 - 22 mart 1887) — 1887-ci ilin yanvarında miralay Hayri bəylə (1850 - 4 yanvar 1894) evləndi. Ancaq cəmi 2 ay sonra vəfat etdi.[5]
  • Sultanzadə Mehmed Mahmud Cəlaləddin bəy (4 iyun 1864, Fındıqlı sarayı - 6 iyul 1916, Kandilli sarayı) — İbrahim Saqib bəylə əkizdir. İlk evliliyi Visalinur xanımla baş tutdu və 2 övladı doğuldu. Xanımının vəfatından sonra ikinci evliliyi Çərkəz Mehmed bəyin qızı Hayriyə xanımla baş tutdu və bir qızı doğuldu.[6]
  • Sultanzadə İbrahim Saqib bəy (4 iyun 1864, Fındıqlı sarayı - 5 sentyabr 1897) — Mahmud Cəlaləddin bəylə əkizdir. Vicdan və Dilbəstə adlı 2 xanımının olduğu bilinir. Bu evliliklərindən 2 qızı doğuldu.
    • Şəhimə (1888 - ?)
    • Əminə (1890 - ?)
  • Sultanzadə Bəsim bəy (1874, Fındıqlı sarayı - 1876, Fındıqlı sarayı)
  • Ayşə Sidiqə xanım Sultan (21 sentyabr 1875, Fındıqlı sarayı - 1940, Nitsa) — padşah yavərlərindən Fuad Paşayla Ulduz sarayında evləndirildi və 2 qızı doğuldu.
  • Fatma xanım Sultan (1879 - 24 fevral 1890)
  1. "Geni - Mahmud Celaleddin Pasha". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  2. Freely, Osmanlı Sarayı, s. 276-277
  3. "Ondeio Haber - Yıldız Mahkemeleri". 2022-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  4. "Derin tarih - Yıldız Mahkemeleri, Sultanın haremine de el uzattılar". 2021-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-03-10.
  5. Osman Selahaddin Osmanoğlu, Osmanlı Devleti’nin Kuruluşunun 700. Yılında Osmanlı Hanedanı, ISAR, İstanbul 1999, s. 17
  6. Jamil Adra, Genealogy Of The Imperial Ottoman Family, First Edition, Paris 2004, s. 9