Sümüksüz İvar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sümüksüz İvar
Ívarr hinn beinlausi
Doğum tarixi IX əsr
Doğum yeri
Vəfat tarixi ən tezi 870ən geci 878[1]
Vəfat yeri İngiltərə
Vəfat səbəbi Xəstəlik
Atası Raqnar Lodbrok
Anası Aslauq
Fəaliyyəti Berserk

Sümüksüz İvar (Ívarr hinn beinlausi; IX əsr, Danimarkaən tezi 870ən geci 878[1], İngiltərə) — Tarixi vikinq döyüşçüsü və berserk. Raqnar Lodbrokun ən kiçik və ən qəzəbli oğludur.

Saqalara görə İvar Raqnar LodbrokAslauqun ilk övladıdır.Háttalykill inn forni saqasına görə doğularkən onun heç bir sümüyü yox idi. Buna görə ona sümüksüz ləqəbi verilmişdir. Raqnar Lodbrokun Nortumbriya krallığındakı ölümü üzərinə qardaşları ilə birgə İngiltərəni işğala qoşulmuşdur.

Böyük vikinq işğalı

[redaktə | mənbəni redaktə et]

865-ci ildə qardaşı Halfdan Hvitserk ilə Şərqi Anqliya torpaqlarını işğala başlamışdır. 867-ci ildə isə York şəhərini işğal etmişdir. II Aelladan atasının intiqamını almış, qardaşları ilə birgə onu qan qartalı edam şəkli ilə öldürmüşdür. 869-cu ildə Şərqi Anqliya kralı Müqəddəs Edmundu edam edib ölkəsini ələ keçirmişdir. Bu ildən sonra ordusunun bir hissəsini götürərək Dublini işğala getmişdir və orada Dublin krallığıAdalar krallığının əsasını qoymuşdur. Onun nəsli Ui İmair sülaləsi olaraq tanınır.

İvar 873-cü ildə bilinməyən bir xəstəlik səbəbindən vəfat etmişdir.[2] 1686-cı ildə İngiltərənin Repton kəndində qəbrinin tapıldığı iddia olunur.[3] Raqnar Lodbrok saqasında isə İvar ölümdən əvvəl sahildə basdırılmasını vəsiyyət edir və öz cəsədini ovsunlatdırır. Beləliklə onun ölümündən sonra İngiltərəni heç kim sahildən gəlib işğal edə bilməyəcəkdi. İngiltərənin gələcək kralı, Normandiya hersoqu I Vilyam isə ölkəni işğal edə bilmək üçün onun qəbrini qazır. Lakin görür ki, bədəni çürüməyib. Buna görə də Vilyam onu yandırır və beləliklə ölkəni işğal edir.

İvar rolu bəzi tarixi filmlərdə işlənmişdir. 1958-ci ildə The Vikings filmində Sümüksüz İvar rolu Kirk Duqlas tərəfindən ifa edilib.

  1. 1 2 https://www.britannica.com/biography/Ivar-the-Boneless.
  2. Ulster salnamələri Arxivləşdirilib 2013-10-10 at the Wayback Machine (İngiliscə)
  3. "The Vikings: A Short History", Martin Arnold, author; The History Press: Stroud, 2008, Introduction , "The Death of Ivar the Boneless & Viking Age History", səh. 9–21.