Mehmed Səlim Əfəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mehmed Səlim Əfəndi
محمد سليم أفندي
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Dolmabağça sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri
Dəfn yeri Süleymaniyyə təkyəsinin qəbiristanlığı, Dəməşq
Fəaliyyəti siyasətçi
Atası II Əbdülhəmid
Anası Bədrifələk Qadınəfəndi
Həyat yoldaşları Dəryal xanım
Nilufər xanım
Pərvin Dürrüyekta xanım
Gülnaz xanım
Dilistan xanım
Uşaqları Əminə Namiqə Sultan
Mehmed Əbdülkərim Əfəndi
Ailəsi Osmanlı xanədanı
Dini Sünni, İslam

Mehmed Səlim Əfəndi (11 yanvar 1870, İstanbul4 may 1937, Beyrut) — 34. Osmanlı sultanı II Əbdülhəmidin böyük oğlu, Osmanlı şahzadəsi.

Şahzadə Mehmed Səlim Əfəndi 11 yanvar 1870-ci ildə Dolmabağça sarayında dünyaya gəlmişdir. Atası dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Əbdülhəmid Əfəndi, anası isə onun çərkəz əsilli ilk xanımı Bədrifələk xanım idi. Sarayda xüsusi təhsil aldı. Həmçinin Osmanlı ordusunda general rütbəsinə qədər yüksəldi. 1909-cu ildə atası taxtdan endirilərək sürgün edilmiş, Mehmed Səlim Əfəndi də atasıyla birlikdə Salonikiyə getsə də, bir il sonra anasıyla birlikdə İstanbula qayıtmışdır. 1924-cü ildə xilafətin ləğvi və Osmanlı sülaləsinin sürgünə göndərilməsinin ardından, o da ölkəni tərk etdi və Livanın Cuniyə şəhərinə köçdü. O əsnada bəzi kürd üsyançılar tərəfindən sultan elan edilsə də, siyasətə qarışmaq istəməyən Mehmed Səlim Əfəndi 5 may 1937-ci ildə vəfat etdi və Dəməşqdə Süleymaniyyə təkyəsinin qəbiristanlığında dəfn edildi.

  • http://www.ekrembugraekinci.com/makale.asp?id=460
  • Yılmaz Öztuna (2008). II. Abdülhamîd: zamânı ve şahsiyeti. Kubbealti Publishing. pp. 230–32
  • Mahinur Tuna (2007). İlk Türk kadın ressam: Mihri Rasim (Müşfik) Açba : 1886 İstanbul-1954 New-York. As Yayın