Əminə Namiqə Sultan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əminə Namiqə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Yıldız sarayı, İstanbul, Osmanlı imperiyası
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri İstanbul, Türkiyə
Dəfn yeri Yəhya Əfəndi türbəsi, İstanbul
Atası Mehmed Səlim Əfəndi
Anası Dəryal İryalə xanım
Həyat yoldaşı Əli Kənan bəy
Uşaqları Fatma Fəthiyə xanım Sultan
Sultanzadə İbrahim Əthəm bəy
Sultanzadə Kazım Kənan bəy
Əminə Satiyə xanım Sultan
Ailəsi Osmanlı xanədanı

Əminə Namiqə Sultan (9 mart 1888, Yıldız Sarayı, İstanbul ili və ya Konstantinopol6 sentyabr 1969) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.

Namiqə Sultan 9 mart 1888-ci ildə Yıldız sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmidin böyük oğlu Səlim Əfəndi, anası isə onun ilk xanımı İryalə xanımdır. Anası İryalə xanım eyni zamanda Sultan Vahidəddinin ilk xanımı Nazikəda Qadınəfəndinin bacısıdır.

22 iyun 1911-ci ildə Namiqə Sultan, Türkiyənin ilk dağ-mədən mühəndislərindən Əli Kənan bəylə (d. 1 noyabr 1882, İstanbul - ö. 4 aprel 1961, Ankara) Yıldız sarayında nigahlandı. Toy mərasiminin ardından Göztəpə sarayında yaşayan cütlüyün üç övladı da məhz bu sarayda dünyaya gəldi. 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Namiqə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. Ailə öncə Parisdə yaşamağa başladı və cütlüyün sonuncu övladı da məhz bu şəhərdə dünyaya gəldi.

Daha sonra Tripoliyə köç edən Namiqə Sultan və ailəsi, 1952-ci ildə çıxan və Osmanlı sülaləsinin yalnız xanım üzvlərinə aid edilən əfv qanunuyla Türkiyəyə qayıtdı. Namiqə Sultan 6 sentyabr 1969-cu ildə İstanbulda vəfat etdi və cənazəsi Yəhya Əfəndi türbəsinə - babasının qardaşı Əhməd Kəmaləddin Əfəndinin yanına dəfn olundu.

  • Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
  • Aredba, Rumeysa; Açba, Edadil (2009). Sultan Vahdeddin'in San Remo Günleri. Timaş Yayınları. p. 33. ISBN 978-9-752-63955-3
  • Yılmaz Öztuna (1978). Başlangıcından zamanımıza kadar büyük Türkiye tarihi: Türkiye'nin siyasî, medenî, kültür, teşkilât ve san'at tarihi. Ötüken Yayınevi. p. 165
  • Brookes, Douglas Scott (2010). The Concubine, the Princess, and the Teacher: Voices from the Ottoman Harem. University of Texas Press. ISBN 978-0-292-78335-5