Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı
Qarabağ münaqişəsi zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısı — Qarabağ, eyni zamanda onun ətrafında yerləşən Azərbaycan ərazilərində Birinci və İkinci Qarabağ müharibələri zamanı qismən və ya tamamilə dağıdılmış talan edilmiş və ya hər hansı bir şəkildə zərər çəkmiş tarix-memarlıq abidələrini əks etdirən siyahı.
Siyahının hazırlanması zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatına alınmış daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısından istifadə edilmişdir.[1] Tarix və memarlıq abidələri qeydiyyata alınma prinsipinə uyğun olaraq, dünya, ölkə və yerli əhəmiyyətliyinə görə üç başlıqda göstərilmişdir.
Cədvəllərdə abidələrinin sıralanma nömrəsi, adı, ünvanı ilə yanaşı qısa təsvir bölməsində tarixi və müvafiq mənbələr əsasında dağıdılması haqqında məlumatlar, mümkün şəkli (dağıdıldıqdan sonra və ya əvvəl) və dəqiq koordinantları qeyd edilmişdir.
Eyni zamanda, siyahıya müharibələr zamanı yuxarıda qeyd edilmiş ərazilərdə dağıdılmış və ya ziyan görmüş monumental-heykəltəraşlıq nümunələri və muzeylər də daxil edilmişdir.
Zəmin
[redaktə | mənbəni redaktə et]Erməni komandiri Arkadi Ter-Tadevosyanın dediyinə görə, 1992-ci ildə Şuşa işğal edildikdən[2] sonra şəhər yaxınlıqdakı Xankəndindən olan ermənilər tərəfindən talan və məhv edilmişdir. Ter-Tadevosyan demişdir ki, Qarabağ erməniləri azərbaycanlıların geri dönməməsi üçün evləri yandırmışdır.[3] 2002-ci ildə, şəhərin erməni qüvvələri tərəfindən işğal edilməsindən on il sonra, şəhərin təxminən 80%-i xarabalıq halında idi.[4] Ermənilər Şuşadan olan üç azərbaycanlı musiqiçi və şairin tarixi büstlərini də söküb satmışdır.[5]
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) araşdırma missiyası 2005-ci ildə Füzuli şəhərinə səyahət etmiş və şəhərin xarabalıq olduğunu bildirmişdir.[6]
Ağdam şəhəri erməni qüvvələrinin hücum əməliyyatı əsnasında və sonrasında dağıdılmışdır. Ermənilər geridə qoyulan xarabalıqları belə yağmalamışdır.[7]
İslam Konfransı Təşkilatı
[redaktə | mənbəni redaktə et]İslam Konfransı Təşkilatının 10/11 saylı qətnaməsində üzv dövlətlərin "işğal olunmuş Azərbaycan ərazilərində arxeoloji, mədəni və dini abidələrin (İslam abidələri də daxil olmaqla) talan və məhv edilməsindən" narahat olduqları bildirilir.[8][9]
İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 10/37 saylı qətnaməsinin üçüncü hissəsində Azərbaycan ərazisində tarixi İslam abidələrinin məhv edilməsini pislənir. İslami müqəddəs yerlərin qorunması haqqında 2/37-C saylı qətnamənin İşğal altında olan Azərbaycan ərazilərində İslam tarixi və mədəni reliktlərinin və ziyarətgahlarının məhv edilməsi və ləkənməsi bölməsi altında üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurası Azərbaycan tarixinin, mədəniyyətinin, arxeologiyasının və etnoqrafiyasının İslam irsinin tərkib hissəsi olan qisminin Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə qalan nümunələrinin məhvi ilə bağlı narahatlıqlarını ifadə etmişdir. Həmçinin, burada Azərbaycan ərazisində etnik təmizləmə məqsədi ilə Azərbaycan məscidlərinin və digər İslam ziyarətgahlarının tamamilə və vəhşicəsinə məhv edilməsinin insanlığa qarşı cinayət olduğu bir daha təsdiqlənmişdir. Qətnamədə Ermənistan Respublikasının işğal etdiyi Azərbaycan ərazilərində Ermənistanın İslam irsinə təcavüzü nəticəsində, o cümlədən nadir qədim əsərlərin və İslam sivilizasiyasının, tarix və memarlıq abidələrinin, məscidlər, türbələr, məzarlar, arxeoloji qazıntılar, muzeylər, kitabxanalar, rəsm sərgi salonları və hökumət teatrları və konservatoriyalar, çoxlu miqdarda qiymətli xəzinələrin və milyonlarla kitabın və tarixi əlyazmanın məhv edilməsi və qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılması işğal olunmuş Azərbaycan ərazilərində İslam irsini tamamilə məhv etmək cəhdi kimi tanınmış və Azərbaycanın özünə vurulan ziyana görə adekvat təzminat almaq hüququ təsdiqlənmişdir. Burada həmçinin, Ermənistan Respublikasının bu cür əməllərə görə təzminat ödəmək məsuliyyəti olduğu qeyd edilmişdir.[10][11]
Azərbaycan Ermənistana qarşı
[redaktə | mənbəni redaktə et]2020-ci ilin sonunda həm Azərbaycan, həm də Ermənistan İkinci Qarabağ müharibəsi ilə əlaqədar bir-birinə qarşı məhkəmə işi açmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası hər iki işə baxacaq.[12]
Azərbaycan Ermənistana qarşı məhkəmə işində iddiaçı olan Azərbaycan tərəfi 2020-ci ilə qədər məscidlər, kitabxanalar, tarixi abidələr də daxil olmaqla Azərbaycan irsinə daxil olan abidələrin erməni tərəfi tərəfindən məhv edildiyini irəli sürmüşdür. Bura Şuşa qəbiristanlıqları və mövcud olmuş 67 məsciddən (və ya İslam ziyarətgahları) 65-i daxildir. Qalan iki məscid zədələnmişdir.[13]
Tarix-Memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Dünya əhəmiyyətli tarix-memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Dünya əhəmiyyətli tarix-memarlıq abidələri arasında ən çox ziyan çəkəni e.ə. II minilliyin sonlarına aid olan və Orta Tunc dövrü insanlarının yaşayış izlərini daşıyan Üzərliktəpə arxeoloji abidəsidir. 1993-cü ildən ermənilərin işğalı altında olan abidə ərazisi 2019-cu ilə kimi mütəmmadi olaraq hər il ermənilər tərəfindən yandırılmışdır.[14]
Ağdam rayonu ərazisindəki Qutlu Musa türbəsi baxımsızlıqdan qəzalı vəziyyətə düşmüş, türbənin fasadlarını bəzəyən unikal divar rəsmləri boyanaraq məhv edilmiş, interyerindəki oyma naxışlı daş plitələri isə dağıdılmışdır.[15] Şuşa şəhərinin tarixi mərkəzində yerləşən abidələr şəhərin 90-cı illərdə ermənilər tərəfindən bombardman edilməsi zamanı ciddi zədə almışdır.[16][17][18][19][20] 1992-ci ildə şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra burda olan İslam memarlıq nümunələrinin hamısı tamamilə və ya qismən dağıdılmışdır.
XIII əsrə aid Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir.[21] 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.[22]
1992-ci ildə Laçın rayonunun işğal edilməsi ilə ermənilərin nəzarəti altına keçən Sisərnəvəng monastırı 1999–2000-ci illərdə əsaslı təmir edilmiş, bu zaman abidənin dam örtüyü, fasadları və interyerinə ciddi dəyişikliklər edilmişdir. 2020-ci il Dağlıq Qarabağ atəşkəs bəyanatına əsasən Laçın rayonu ərazisini tərk edən ermənilərin monasıtın həyətində yerləşən VI–IX əsrlər və sonrakı dövrlərə aid bədii təsvirli daşlar və xaç daşları aparmalarını əks etdirən fotolar sosial mediada yayımlanmışdır.
№ | Abidə | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Qutlu Musa türbəsi | Ağdam, Xaçındərbətli | Hülakülərin hakimiyyəti dövründə — 1314-cü ildə Şahbənzər adlı yerli memar tərəfindən inşa edilmiş Qutlu Musa türbəsi türbəsi aktiv döyüş mərkəzlərindən uzaq olsa da, əraziyə nəzarət edən erməni əhali tərəfindən ciddi dağıntıya məruz qalmışdır. Ümumilikdə türbənin dam örtüyü və divarları saxlansa da, dekorativ elementlərinə, xüsusilə unikal fasad rəsmlərinə zərər vurulmuşdur. Belə ki, türbənin fasad rəsmləri üzərinə sprey boya ilə xaç rəsmləri çəkilmiş və müxtəlif adlar yazılmış[15], interyeri bəzəyən dekorativ daşyonma sənəti nümunələri isə dağıdılmışdır. | 40°01′58″ şm. e. 46°49′01″ ş. u.HGYO | |
2 | Gəncəsər monastırı | Kəlbəcər, Vəngli | 1216–1261-ci illərdə inşa edilmiş Gəncəsər monastırı 1990-cı illərdə erməni silahlı birləşmələri tərəfindən məşvərət yeri və silah anbarı kimi istifadə edildiyinə görə dəfələrlə Azərbaycanlı hərbi birləşmələrin hücumuna məruz qalmış, monastırın fasadına qismən zərər dəymişdir.[21] 2000–2002-ci illərdə monastırın dam örtüyü və interyerlərində ciddi təmir işləri aparılmış[23] və ilkin memarlıq xüsusiyyətlərinə uyğun olmayan elementlər əlavə edilmişdir. 2011-ci ildən etibarən monastırın fasadlarının memarlığına müdaxilə edilmiş, kompleksi əhatə edən qala divarları müasir daşlarla üzlənmişdir.[22] | 40°03′24″ şm. e. 46°31′52″ ş. u.HGYO | |
3 | Üzərliktəpə | Ağdam, Xındırıstan | Orta Tunc dövrünə aid Üzərliktəpə yaşayış yeri Qafqazda ilk şəhər tipli yaşayış məskəni hesab edilir.[24][25] 1993-cü ildən ermənilərin nəzarəti altında olan Üzərliktəpə abidəsi ərazisində tədqiq edilmiş kurqanlar məhv edilib[26], ərazi hərbi məqsədlərlə istifadə olunub[14] və dəfələrlə yandırılıb. | 39°59′01″ şm. e. 46°55′43″ ş. u.HGYO | |
4 | Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu | Şuşa | 39°45′30″ şm. e. 46°44′54″ ş. u.HGYO | ||
5 | Sisərnəvəng monastırı | Laçın, Hüsülü | Hüsülü kənd ərazisini tərk edən ermənilər monastır ərazisindəki VI–XIII əsrlərə aid bədii tərtibatlı və oyma naxışlı qəbir daşlarını Ermənistana aparıblar.[27][28] | 39°38′39″ şm. e. 46°24′27″ ş. u.HGYO |
Ölkə əhəmiyyətli tarix-memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Yerli əhəmiyyətli tarix-memarlıq abidələri
[redaktə | mənbəni redaktə et]Monumental və xatirə abidələri
[redaktə | mənbəni redaktə et]№ | Abidə | Ünvan | Qısa təsvir | Şəkil | Koordinantları |
---|---|---|---|---|---|
1 | Xurşudbanu Natəvanın qəbirüstü abidəsi | Ağdam | Birinci Qarabağ müharibəsindən sonra abidə tamamən dağıdılmış, qəbr təhqir olunmuş, Xurşudbanu Natavanın sümükləri isə çıxarılmışdır[31]. | 39°59′33″ şm. e. 46°59′19″ ş. u.HGYO | |
2 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Ağdam | 39°59′04″ şm. e. 46°54′56″ ş. u.HGYO | ||
3 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Cəbrayıl | |||
4 | Məhəmməd Füzulinin heykəli | Füzuli | |||
5 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Füzuli | |||
6 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Kəlbəcər | |||
7 | Qaçaq Nəbi və Həcərin heykəli | Qubadlı | |||
8 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Qubadlı | |||
9 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Laçın | |||
10 | Molla Pənah Vaqifin büstü | Şuşa | |||
11 | Üzeyir Hacıbəyovun heykəli | Şuşa | |||
12 | Mir Möhsün Nəvvabın qəbirüstü abidəsi | Şuşa | 46°45′26″ şm. e. 39°45′15″ ş. u.HGYO | ||
13 | Molla Pənah Vaqifin heykəli | Xankəndi | |||
14 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Xankəndi | |||
15 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Xocavənd | |||
16 | Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsi | Zəngilan |
Muzeylər
[redaktə | mənbəni redaktə et]Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, İstifadə tarixi:9 yanvar 2015
- ↑ "Шуша - цитадель Карабаха: почему она важна для азербайджанцев и армян" [Shusha is the citadel of Karabakh: why is it important for Azerbaijanis and Armenians]. BBC Russian Service (rus). 7 November 2020. 9 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 November 2020.
- ↑ "Shusha Armenians recall their bittersweet victory". Institute for War and Peace Reporting. 10 May 2002. 18 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
- ↑ de Waal, Thomas. "Shusha Armenians Recall Their Bittersweet Victory". Institute for War and Peace Reporting. 10 may 2002. 5 oktyabr 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2015.
- ↑ de Waal, Thomas (2003, 2013). Black Garden: Armenia and Azerbaijan through Peace And War. New York University Press, pp. 196-197.
- ↑ OSCE Minsk Group, 31 January-5 February 2005, Report of the OSCE Fact-Finding Mission (FFM) to the Occupied Territories of Azerbaijan Surrounding Nagorno-Karabakh (NK) (April 2005), pp. 7–8.
- ↑ P. Osterlund, “After the war: Touring Azerbaijan’s reclaimed territories”, Eurasianet (22 December 2020), available at https://eurasianet.org/after-the-war-touring-azerbaijans-reclaimedterritories[ölü keçid].
- ↑ "Organization of Islamic Conference. RESOLUTIONS ON POLITICAL AFFAIRS ADOPTED BY THE ELEVENTH SESSION OF THE ISLAMIC SUMMIT CONFERENCE" (PDF). 2011-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
- ↑ "OIC RESEARCH CENTRE FOR ISLAMIC HISTORY, ART AND CULTURE" (PDF). 2010-12-27 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2010-12-13.
- ↑ "Organization of Islamic Conference. The Destruction and Desecration of Islamic Historical and Cultural Relics and Shrines in the Occupied Azerbaijan Territories Resulting From the Aggression of the Republic of Armenia Against the Republic of Azerbaijan" (PDF). İstifadə tarixi: 2010-12-14.[ölü keçid]
- ↑ R. Orujev. "Министры иностранных дел ОИК приняли три резолюции по Нагорному Карабаху" [Ministers of Foreign Affairs of OIC adopted three resolutions on Nagorno-Karabakh]. Ekho. 2010-05-20. 2021-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-14.
- ↑ Ghazanchyan, Siranush. "ECtHR Grand Chamber to examine two inter-state cases lodged by Armenia and Azerbaijan". Public Radio of Armenia. 12 May 2021. 17 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 September 2021.
- ↑ INTERNATIONAL COURT OF JUSTICE INTERPRETATION AND APPLICATION OF THE INTERNATIONAL CONVENTION ON THE ELIMINATION OF ALL FORMS OF RACIAL DISCRIMINATION (REPUBLIC OF AZERBAIJAN v. REPUBLIC OF ARMENIA) Arxivləşdirilib 2022-08-18 at the Wayback Machine. APPLICATION INSTITUTING PROCEEDINGS filed in the Registry of the Court on 23 September 2021
- ↑ 1 2 "Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü". sputnik.az. Sputnik Azərbaycan. 18.04.2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ 1 2 ""Sarı Musa türbəsini "xaça çəkiblər"" (19 iyul). Ekspress. 2007. 2020-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Появились кадры последствий утреннего обстрела Шуши". Известия. 3 ноября 2020. 2022-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Нагорный Карабах заявил об обстреле персидской мечети в Шуши". Кавказский Узел. kavkaz-uzel.eu. 02 ноября 2020. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Стало известно об осквернении часовни в контролируемом Азербайджаном Шуши". lenta.ru. 20 ноября 2020. 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Город Шуши в Карабахе подвергся ударам". ria.ru. Ria Novosti. 2 октября 2020. 2022-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Три журналиста ранены при обстреле собора в Шуши". kavkaz-uzel.eu. 08 октября 2020. 2022-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ 1 2 Отчёт лорда Хилтона о посещении Нагорного Карабаха Arxivləşdirilib 2009-06-27 at the Wayback Machine Gandsazar Monastery: deliberately bombed by Azeri aircraft. A monastic building was destroyed but the Church was fortunately missed
- ↑ 1 2 "Gandzasar facelift: Vandalism or restoration as tiling continues at Karabakh medieval church's fence?". ArmeniaNow. 12 July 2011. 2012-05-18 tarixində arxivləşdirilib.
- ↑ Organova, Natalya. "Гандзасар: война амбиций". noev-kovcheg.ru (15). 2011. 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-05.
«Когда Левон Айрапетян ремонтировал в 2000-2002 годах притвор церкви, когда выкладывал пол церкви плиткой, когда ремонтировал алтарь церкви, где были архитекторы?» – задается риторическим вопросом отец Григор.
- ↑ Məmmədova, Aidə. "Qarabağda tunc dövrü boyalı qablar istehsalı ocaqları". anl.az. Azərbaycan Milli Kitabxanası. 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ Məmmədov, Zaur. "Ağdam məscidinin qarşısından dünyaya göndərilən mesajlar". apa.az. APA. 25 Noyabr 2020. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Məhv edilən mədəni irsimiz – Erməni işğalı nəticəsində Azərbaycana 23 trln. dollardan artıq zərər dəyib". xeberler.info.az. 10-09-2020. 2021-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ 1 2 Baghirova, Nazrin. "❗️Покидая Карабах, армянская сторона разгромила и разграбила множество древних албанских памятников христианской истории, а также вывезла древние надгробные камни". 3:14 PM · 8 янв. 2021. 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ "Salvaging our cultural heritage at Tsitsernavank to prevent cultural destruction by Azerbaijan". 2 декабря 2020 г. ·. İstifadə tarixi: 5 fevral 2021.
- ↑ 1 2 "Mədəni irsə dəymiş ziyan". mfa.gov.az. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi. İstifadə tarixi: 29 yanvar 2021.[ölü keçid]
- ↑ "Азербайджанцы осквернили храм Катаро на вершине Дизапайта". infoteka24.ru. 16 января, 2021. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 yanvar 2021.
- ↑ "Məşhur fotoqraf Ağdamda: "Natəvanın sümükləri qəbirdən çıxarılmışdı"". 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-28.