39°22′48″ şm. e. 46°07′56″ ş. u.HGYO

Şinadağ

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Kənd
Şinadağ
39°22′48″ şm. e. 46°07′56″ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Zəngəzur mahalı
Rayon Sisyan rayonu
Tarixi və coğrafiyası
Sahəsi
  • 43,84 km²
Mərkəzin hündürlüyü 1.750 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 389 nəf. (2011)[1]
Rəsmi dili
Xəritəni göstər/gizlə
Şinadağ xəritədə
Şinadağ
Şinadağ

ŞinadağYelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd.[2]

Rayon mərkəzindən 35 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Şnatağ, Şenatağ formalarında da qeyd edilir[3][4].

Toponim qədim türk dilində «tikinti, tikili, qəsəbə, kənd, oba, yurd» mənasında işlənən şen sözünün[5] qədim forması olan şin sözü ilə[6][7] Azərbaycan dilində «yerin hündür, dik, yamaclı və zirvəli hissəsi» mənasında işlənən dağ sözünün[8] qədim fonetik forması olan tağ sözü[9] əsasında əmələ gəlmişdir. «Kənd, oba, yurd, tikili, yaşayış məntəqəsi» mənasında işlənən şen sözü öz izini Azərbaycan dilində «abad yaşayış yeri, ümumiyyətlə məskun yer, məntəqə», «qəsəbə» mənasında işlənən şenlik sözündə[10][11] və «adam az olan, əhalisi az olan» mənasında işlənən şenliksiz sözündə[12] saxlamışdır. Bu söz həm də şin, şın formasında toponimlərin tərkibində (Çavanşin, Buvırşın, Sarığşın, Şin, Şinçay) işlənməkdədir[6][7].

Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 2. III. 1940-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Lernaşen (Dağkəndi) qoyulmuşdur.

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.76
  4. Ermənistan SSR. İnzibati ərazi bölgüsü, (erməni dilində). İrəvan, «Ayastan», 1976. s.113
  5. Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.63-69
  6. 1 2 Бушуева Е.Н. Словарь русской транскрипции географических терминов и других слов, встречающихся в топонимии Азербайджанской ССР, М., 1971. s.160
  7. 1 2 Məmmədov N. Azərbaycanın yer adları (oronimiya), Bakı, «Azərnəşr», 1993. s.67
  8. Azərbaycan dilinin izahlı lüğəti, II c., Bakı, «Elm», 1980. s.11
  9. Древнетюркский словарь, Л., «Наука», 1969. s.526
  10. Yüzbaşov R. Azərbaycan coğrafiya terminləri (tədqiqlər), Bakı, «Elm», 1966. s.133
  11. 12, s.506
  12. 12, s.507