39°20′34″ şm. e. 46°26′02″ ş. u.HGYO

Qurdqulaq (Gorus)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Qurdqulaq
39°20′34″ şm. e. 46°26′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Rəsmi dili
Xəritəni göstər/gizlə
Qurdqulaq xəritədə
Qurdqulaq
Qurdqulaq

Qurdqulaq (erm. Վանանդ — Vənənd) — Ermənistanın Gorus rayonunun Sünik mərzində kənd. Hazırda kənddə yaşayış yoxdur.

Kəndin 1865-ci ildə Qubadlı rayonunun Hacılar kəndindən köçən adamlar tərəfindən salındığı güman olunur. Qurdqulaq Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonunun ərazisində yerləşmişdir.[1]

1918-ci ildə Qurdqalaq kəndi ermənilər tərəfindən dağıdılmış, kənd camaatının bir hissəsi qətlə yetirilmiş, bir hissəsi isə (təxminən 70-80 ailə) Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Sovet hökuməti qurulduqdan sonra Qurdqalaq camaatından 35-40 ailə yenidən Gorusa qayıdaraq, öz kəndlərini bərpa etmişlər.

1988-ci ilin noyabr ayının sonlarında qurdqulaqlılar Ermənistan dövləti tərəfindən deportasiyaya məruz qalmış və öz doğma yurd-yuvalarını tərk etməli olmuşlar.

Kənddə 1934-cü ildə ibtidai məktəb açılmış, 1935-ci ildə isə kolxoz qurulmuşdur. Kəndin klubu, məktəbi, kitabxanası, tibb məntəqəsi, mağazası, su dəyirmanı, idarə binası və s. sosial obyektləri var idi.

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

1988-ci ildə kənddə 55 təsərrüfat olmuşdur.

Toponim "qurd" türk etnonimi ilə[2] türk dilində "dərə, çuxur, çökəklik" mənasında işlən "kulak"[3] sözü[4] əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Kəndin toponimləri

[redaktə | mənbəni redaktə et]

Qızılqaya, Bəbirin yeri, Uzun güney, Bəxtiyar dərəsi, Almalıq, Soyuq bulaq, Ağa çayı, Qiblə daşı və s.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd rayon mərkəzindən 26 km. cənub-şərqdə, Gorus-Qafan avtomobil yolunun sağ tərəfində, meşəliyin içərisində yerləşir.

Kənd əhalisi bütünlüklə azərbaycanlılardan ibarət olmuşdur. Kənddə 1897-ci ildə 30 nəfər, 1904-cü ildə 54 nəfər, 1914-cü ildə 44 nəfər, 1926-cı ildə 37 nəfər, 1931-ci ildə 49 nəfər,[5] 1979-cu ildə 248 nəfər, 1988-ci ildə 150 nəfər azərbaycanlı yaşamışdır.

1918-ci ildə erməni quldur dəstələri Qurdqalaq kəndinı hücum edərək kənd əhalisinin bir hissəsini öldürmüşlər. Sağ qalan təxminən 70-80 ailə qonşu Qubadlı və Cəbrayıl rayonlarına qaçmışlar. Ermənistanda sovet hökuməti qurulduqdan sonra 35-40 ailə geri dönərək yenidən öz doğma kəndlərində məskunlaşmışlar.

İkinci Dünya müharibəsində Qurdqalaq kəndindən 27 nəfər iştirak etmiş, onlardan 21 nəfəri həlak olmuşdur.

1988-ci ilin noyabrın sonlarında Qurdqalaq kəndi ermənilər tərəfindən zorla boşaldılmış, kolxozun və kənd camaatının bütün əmlakı, o cümlədən evləri əllərindən alınmışdır.

Hazırda Qurdqalaq kəndinin sakinləri Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Beyləqan, Qubadlı və Füzuli rayonlarında məskunlaşmışlar.

Qarabağ uğrunda gedən döyüşlərdə Qurdqalaq kəndindən 4 nəfər şəhid olmuşdur: Babayev Nizami Hidayət oğlu, Ağayev Habil Kamil oğlu, Məmmədov Müşviq Yusif oğlu, Əsgərov Şahin Rəcəb oğlu.

2011-ci ilin məlumatlarına görə kənddə yaşayış yoxdur.[6]

  1. PDF versiyası. //İ.M.Bayramov. Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Bakı: Elm, 696 səh.
  2. Гейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку: Элм, 1986, стр.61
  3. qulaq - İbrahim Bayramova görə
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984, стр.310-311
  5. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.;  (erm.) Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.;  (rus.) Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.28-29, 144-145  (az.)
  6. "Report of the Results of the 2011 Armenian Census" (PDF). National Statistical Service of the Republic of Armenia. 2017-02-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-11-30.
  • Musa Urud. Zəngəzur. Bakı: Nurlar, 2005.